“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: “Nə maşın var, nə də pul“ (VİDEO)

Tarix 16.08.26, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş iddia edir ki, sosial şəbəkədə tanış olduğu şəxs xaricdən avtomobil gətirmək vədi ilə ondan 3 545 manat alıb.

Rəvan Vəliyevin sözlərinə görə, təxminən iki ay əvvəl sosial şəbəkədə Fərid adlı şəxslə tanış olub. Həmin şəxs özünü xaricdən avtomobil gətirən biri kimi təqdim edib.

"3 545 manat ödəmişəm. Qalan pulu isə maşın Azərbaycana gəldikdən sonra ödəyəcəkdim. Amma artıq maşının gəlməli olduğu tarixdən təxminən bir ay keçir. Nə maşın var, nə də pul. Hər gün deyir ki, bu gün-sabah gömrükdən çıxacaq. Sonradan öyrəndim ki, avtomobil ümumiyyətlə Azərbaycana gəlməyib", - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı şikayət olunan şəxs isə bildirib ki, vətəndaşla artıq razılıq əldə olunub və avtomobil yaxın vaxtda təhvil veriləcək. Lakin Rəvan Vəliyev bu açıqlamaya inanmadığını və qarşı tərəfin dəfələrlə verdiyi vədləri yerinə yetirmədiyini deyib.

Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, əgər avtomobil gətiriləcəyini vəd edən şəxsin xarici ölkələrdəki tərəflərlə və ya daşıyıcı ilə hər hansı əlaqəsi yoxdursa, bu hal dələduzluq əlamətləri daşıya bilər. "Vətəndaşa polisə müraciət etməyi tövsiyə edərdim. Əgər həmin şəxsin əməli sübuta yetirilərsə, məsuliyyətə cəlb oluna bilər", - deyə hüquqşünas bildirib.




Xəbərin oxunma sayı : 607




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap