“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“YouTube”da AzTV-nin izləyici kütləsi artıb, ATV-ninki azalıb - TV-lərin reytinq göstəriciləri

Tarix 01.10.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış saylarının müqayisəsi göstərir ki, 2026-cı ilin sentyabr ayında da ən çox izlənən kanal “Baku TV” olub.

Yeniavaz.com xəbər verir ki, sosial mediada auditoriya aktivliyini və məzmunun effektivliyini təhlil edən “Feedspy” platformasının açıqladığı məlumata görə, “Baku TV” 80 milyon 372 min 131 baxışla ilk pillədə qərarlaşıb. Kanalın baxış sayı ötən ilin sentyabr ayı ilə müqayisədə 3,2 faiz azalıb.

Reytinq siyahısında ikinci pillədə 52 milyon 122 min 250 baxışla CBC yer alıb. Kanal ötən ilin eyni ayında 19 milyon 214 min 756 baxış topladığı halda, bu il göstəricisini 171,3 faiz artırıb.

İlk üçlüyü isə 21 milyon 673 min 610 baxışla “Xəzər TV” tamamlayıb. Kanalın 2025-ci ilin sentyabr ayındakı baxış sayı 16 milyon 556 min 919 olub. Beləliklə, “Xəzər TV”nin izlənmə sayı bir il ərzində 30,9 faiz artıb.

Siyahıda 4-cü pillədə 14 milyon 257 min 562 baxışla “ARB 24” qərarlaşıb. Kanalın baxış sayı ötən ilin sentyabr ayı ilə müqayisədə 52,8 faiz azalıb.
“İctimai TV” isə 13 milyon 616 min 194 baxışla 5-ci yerdə qərarlaşıb. Kanalın göstəricisi ötən ilin eyni dövründəki 12 milyon 51 min 894 baxışla müqayisədə 13 faiz artıb. Ondan sonra 13 milyon 604 min 30 baxışla “AzTV” gəlir. “AzTV”nin baxış sayı da 8,9 faiz yüksəlib.

Baxış sayını əhəmiyyətli dərəcədə artıran kanallardan biri “CBC Sport” olub. Kanalın göstəricisi 5 milyon 457 min 146-dan 11 milyon 947 min 929-a yüksəlib. Bu isə 119 faizlik artım deməkdir.

APA TV-nin baxış sayı isə 5 milyon 345 min 306-dan 3 milyon 615 min 61-ə düşüb və kanal 32,4 faiz azalma qeydə alıb. Əvəzində “Real TV” ciddi artım göstərib. Belə ki, kanalın baxış sayı 830 min 268-dən 3 milyon 202 min 157-yə yüksəlib. Artım 285,7 faiz təşkil edib.
Ən böyük geriləmələrdən biri ATV kanalında qeydə alınıb. 2025-ci ilin sentyabr ayında 25 milyon 768 min 22 baxış toplayan ATV-nin göstəricisi 2026-cı ilin sentyabrında 2 milyon 440 min 359-a enib. Nəticədə kanalın baxış sayı 90,5 faiz azalıb.
ARB-nin də izlənmə göstəricisində kəskin azalma müşahidə olunub. Kanalın baxış sayı 7 milyon 535 min 849-dan 1 milyon 488 min 851-ə düşüb və 80,2 faiz geriləyib. İdman TV-nin göstəricisi isə 3 milyon 921 min 646-dan 995 min 292-yə enərək 74,6 faiz azalıb.

Bununla yanaşı, “Space TV” və “Kanal S” də baxış sayını artıran kanallar sırasında yer alıb. “Space TV”nin baxış sayı 678 min 7-dən 801 min 6-ya yüksəlib və 18,1 faiz artım qeydə alınıb. “Kanal S” isə 79 min 494 baxışdan 249 min 725 baxışa yüksələrək 214,1 faiz artım göstərib.

Cədvəldə 2025 və 2026-cı illərin sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış sayları təqdim olunub:






Xəbərin oxunma sayı : 535




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap