“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Tarix 01.10.26, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb.

AzFakt.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib.
Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaş - Gülnar Bağırzadə və Məlahət Əsgərova mühakimə edilirlər. Onlar dördü də istintaq dövründə azadlıqda olublar, məhkəmə müddətində sərbəst mühakimə edilmələrinə qərar verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah edilib, iş məhkəmə baxışına verilib.

Artıq cinayət işi üzrə dəymiş ziyanın da nə qədər olduğu məlumdur.
Əldə edilən məlumata görə, təqsirləndirilən şəxslər 360 min manatdan artıq dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilirlər. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ilkin istintaqla müəyyən edilib ki, pullar əsasən kənar şəxslərin adına əməkhaqqı yazılması və kollecdə inşaat işlərinin aparılması bəhanəsi ilə mənimsənilib. Prokurorluq məhkəməyə qədər dövlətə dəymiş ziyanın 100 min manatını geri ödətdirib.

Fəxrəddin Zeynalov, İlqar Kubışov və digərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda mənimsəmə maddələri ilə yekun ittiham verilib. Bu maddələrlə təqsirli bilinən şəxsi 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir. Lakin dəymiş ziyanın ödənilməsi vəziyyəti yüngülləşdirə bilir.

Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinin 2023-cü ilə kimi rəhbəri Fəxrəddin Həsənov olub. O, təqaüdə getdikdən sonra yerinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Lakin Kubışov cəmi 1 il sonra vəzifəsindən azad olunub.



Xəbərin oxunma sayı : 685




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap