![]() |
|














Prezident Tarif Şurasının qərarını dəyişdi - Güzəştli limitlər artırıldı
Tarix 22.12.16, 19:08 |
|

Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. APA xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub.
Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb. Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb.
Xatırladaq ki, bu ilin noyabr ayının 28-də Tarif Şurası təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
İclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Dövlət Neft Şirkətinin Tarif (qiymət) Şurasına müraciətində bildirilir ki, son illərdə şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Müraciətdə həmçinin qeyd edilir ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur.
Bu baxımdan təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilib.
Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülüb, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.
Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunub.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
“Azərişıq” ASC-nin məlumatına görə əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Bu baxımdan diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.
İstehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək.
Eyni zamanda tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.
Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.
Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.
Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.
İclasda Dövlət Neft Şirkəti, “Azərenerji” ASC və “Azərişıq” ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb.
Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minib.
Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli Qərarına əsasən, ölkədə tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə isti su təchizatının tarifləri dövlət tənzimlənməsindən çıxarıldığı üçün Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən edilmiş tariflər 2017-ci ilin 1 yanvar tarixindən qüvvədən düşəcək. Bununla bağlı Tarif (qiymət) Şurasının müvafiq Qərarına dəyişiklik olunub, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib.
Xəbərin oxunma sayı : 3340
loading...
Gündəm
Xəbərlər
-
Arsen Venger PSJ-ni çalışdıra bilər - Açıqlama
-
Üzeyir İsmayılov müdafiə sənayesi naziri gətirilir? - İddia
-
Sürücülərin nəzərinə: Bu gecədən yollar bağlanır
-
“Atena” şirkətinin işdən çıxarılan 250-dən çox işçisi etiraz aksiyası keçirib –FOTO
-
Bakının mərkəzində ucuz mənzillər: fırıldaq, yoxsa real qiymət? (VİDEO)
-
300 milyon çinli Çin kommunist partiyasını tərk edib:proses həbslər və qətllərlə müşayiət olunur – Araşdırma
-
Azərbaycanlı aparıcının yarıçılpaq qızlarla görüntüsü üzə çıxdı - FOTO
-
“Məni narahat edən futbolçuların uğurlardan çaşmaq ehtimalıdır” – Qurban Qurbanov
-
İşsiz qalan Abid Şərifovun vəziyyəti pisləşdi - Son dəqiqə!
-
Putinin dostunun bankda olan 2 milyardı donduruldu – Rus oliqarxı çətin vəziyyətdə
-
Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi
-
“Qarabağ“ futbol klubu ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub
-
“Balta zərbələrindən əli və barmaqları qopmuşdu” - namus yoxsa, şübhə?
-
Nalbandyan səfirlərlə təcili görüş keçirdi –Diplomatlar müxalifətlə dialoqa başlamağı təklif edir
-
“Tehran cəlladı” tutuldu – İran polisi nümayişçilərə işgəncə verən prokuroru həbs edib
-
Boksun calı əfsanəsi: “Ərdoğanla görüşmək istəyirəm”
-
Oqtay Şirəliyevə yeni vəzifə verilir (İDDİA)
-
Türkiyədə növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq –Adlar açıqlandı
-
ADİU-nun Zaqatala filialında Orucəli Rzayev kabusu - İttiham
-
Ruhaninin köməkçisi “azərilər türk deyil“ dedi, ara qarışdı
-
AKP-dən CHP-İYİ Partiya ittifaqına reaksiya: “Əxlaqdankənar birlik...“
-
Bu bazar da boşalır: Sığorta şirkətləri geri çəkilir
-
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olundu
-
Londonda Skripalları zəhərləyən agentin kimliyi bəlli oldu
-
Ağcabədi “MERO”-da açıq rüşvət - Video
-
Yeni nazir haqda maraqlı faktlar: polkovnik oğlunun 19 yaşından SOCAR-dan başlayan həyat yolu...
-
Çinin saxta yumurtaları Bakıya da gəlib? – ŞOK FOTO
-
Ötən günlərimi qaytaraydılar... - Yola salınan məmurlarla bağlı satirik VİDEO
-
Rövşən Rzayev Əli Həsənovun nəvəsi BARƏDƏ: “Ömrü boyu adı ləkəli qalacaq“
-
İranda aksiyalar davam edir: 150 nəfər saxlanıldı
-
Qohumluq əlaqələri işə yaramadı: “Əmlak kralı”nın taleyi necə olacaq?
-
Səudiyyə kralının sarayında nə baş verir?
-
46 qızı zorladığı iddia olunan falçı azadlıqda: “Özümü asmaq istəyirdim... “
-
Tramp sazişi uzatmasa, İran nüvə proqramını bərpa edəcək - Rəsmi Tehran
-
“Barselona“da yadplanetlilər oynayır“ - Montella
-
Sabaha olan hava proqnozu – Bakıda qısamüddətli yağış yağacaq
-
“Valyutaya ehtiyacı olmayanlar da valyuta alır” – Ekspertlər manatın taleyindən danışdılar
-
İrəvanda Sərkisyanın istefası tələbi ilə aksiya başlayıb – Respublika meydanında
-
İlk üç ayda vətəndaşlar 1280 manat gəlir əldə edib –Statistika Komitəsi
-
“Cavid Qurbanovla bağlı bu şayiələr heç bir həqiqəti əks etdirmir” – Açıqlama
-
“Beşiktaş” həm də Azərbaycanı təmsil edir“ – Fikrət Orman
-
İrəvanda müxalifət lideri saxlanılıb - Aksiyaçılarla polis arasında toqquşmalar başlayıb
-
“Hesab edın ki, artıq problemlər həll olunub” – “Qaçqınkom”un yeni sədri
-
Müdafiə Nazirliyi:“Ermənistandakı rejim bu cür çirkin, yalan xarakterli məlumatlar yayır”
-
Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir...
-
Sərksiyanla müxalifət lideri arasında oteldə gərgin görüş:“Bu dialoq deyil, ultimatumdur” (FOTO VİDEO)
-
Almaniyanın müdafiə naziri:“Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməlidir”
-
“Novruz Məmmədov hökumətin ən təmiz məmurlarındandır” – Etibar Məmmədov
-
“Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir…” – Ərdoğan
-
Sarqsyan istefa şərtlərini açıqlayıb
-
Azərbaycanlı modeldən erotik paylaşım – FOTO
-
General Səudiyyədə çevrilişə qalxdı: kral Salman gizli məkana qaçırıldı –Paytaxtda döyüş gedir + VİDEO
-
ŞOK! Çox sayda futbolçu kölə kimi satıldı - FOTOLAR
-
Fövqəladə hal və yaxud hərbi vəziyyət zamanı siyasi partiyaların fəaliyyəti dayandırılacaq –Dəyişiklik
-
Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
-
Yaddaşınızı gücləndirmək istəyirsinizsə, bunları yeyin - SİYAHI
-
Cem Yılmazla Dəfnə Samyeli sevgilidir?
-
Bakıda marketdən oğurluq edən şəxs “iş başında” tutuldu
-
Dmitri Medvedyev Novruz Məmmədovu təbrik edib- Mətn
-
Dərbənddə əməliyyat: 9 silahlı məhv edilib
-
Abid Şərifov danışdı - “Bu gün sadə vətəndaş kimi…”
-
Yeni nazir Sahil Babayev kimdir? - DOSYE
-
Milli Məclisdə deputatların sayı azaldı
-
Boş qalan nazir postları, yüksək vəzifələr – SİYAHI
-
Kənd təsərrüfatı naziri İnam Kərimov kimdir? - DOSYE
-
Ölkədə işsizlərin sayı azalıb - Dövlət Statiska Komitəsi
-
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI
-
Türkiyə Azərbaycana alça ixracına başladı -FOTO
-
Qərb İraqdakı kimi Suriyada da tədrici soyqırımı aparır –Təhlil
-
Səlim Müslümovla Heydər Əsədov yola salındı, deputat isə komitə sədri oldu – Hökumətdə dəyişiklik
-
Qızıl 11 dollardan çox ucuzlaşıb - Qiymət
-
Ermənistanda son durum- Baş nazir müxalifəti dialoqa çağırır
-
Türkiyə ordusu 37 terrorçunu zərərsizləşdirib- Son bir həftədə
-
Yaponiyanın Baş naziri üzr istəyib- İctimai etimadı itirdiyinə görə
-
Bakıda sakinlər qorxu içində – Naməlum şəxs binanı oda verdi (FOTO)
-
ABŞ marixunanı leqallaşdırır – Federal səviyyədə
-
“Novruz Məmmədov heç bir qruplaşmada olmayıb” – Hadi Rəcəbli
-
Respublika Klinik Xəstəxanasında açıq bazar - VİDEO
-
Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu dağılıb – FOTOLAR
-
Nazarbayevdən xüsusi gediş: Bakı və Astanadan keçməklə…
-
“Real“dan Ronaldoya yeni təklif - ilinə 30 milyon avro
-
Rusiyanın kabusu Aralıq dənizinə gəldi
-
“Əlimdən gələni edəcəyəm” – Baş nazir
-
Qızları zorladığı iddia edilən “falçı Mirseymur“la bağlı yeni iddia - sevgi, xəyanət, intiqam? VİDEO
-
Sabah hava necə olacaq?- PROQNOZ
-
Milli Məclis təsdiqlədi – Yeni baş nazir Novruz Məmmədovdur!
-
Azərbaycanda 12 sm hündürlüyündə qar yağıb – FAKTİKİ HAVA
-
Qaradağda “Oktyabrın 70 illiyi” küçəsi varmış – FOTO
-
Prezidentin Baş nazirliyə namizədi elan olundu: Novruz Məmmədov
-
Hacıbala Abutalıbovun istefa xəbərinə reaksiya: “Elə şey olar?“
-
25 yaşlı modeldən cəsarətli fotosessiya
-
Qvardioladan 228 milyonluq transfer
-
Bakıya yeni başçı gəlir? – Cavid Qurbanovun adı çəkilir
-
İlham Əliyev Artur Rasi-zadəyə təşəkkürünü bildirdi
-
“Bu, bütün dünya üçün xoş xəbərdir” – Tramp
-
Rusiya və ABŞ maliyyə nazirləri sanksiyaları müzakirə ediblər- Toplantı
-
Ermənilər ötən gecə atəşkəsi 93 dəfə pozub- Müdafiə Nazirliyi
-
“Arsenal”da 22 illik Venger erasının sonu! – istefasını rəsmən açıqladı
-
Bakıda 46 qızı zorlayan falçı ilə bağlı araşdırma başladı
-
Məktəb direktoru maşını məktəbin həyətində saxlayır – Şagirdləri qovur
-
Dünyanın ən cəlbedici pasportları: Siyahıda Azərbaycan da var...
-
Məhkəməyə təcili yardım gəldi: “Boğub öldürdüm ki... “ - Vəzifəli şəxsin qardaşı oğlundan ŞOK İFADƏ
-
Nazirlər Kabinetində kardinal dəyişikliklər: Hansı nazirlərə yol göründü?
-
Fazil Məmmədovun adamı “Atena”nı satır - Qarşıdurma
-
Ayrılıq səbəbi bəlli oldu - Aslı Muradı cana yığıbmış
-
Akşenerin 50 faizlik siyasi çaları: tarixi dəyişməklə Ərdoğan “İyi Parti“nin seçkidə iştirakına sədd çəkib - TƏHLİL
-
Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib – «Parçalanma yaradır…»
-
“Serj Sarkisyan vəziyyətə nəzarət etmir” – Nikol Paşinyan
-
Kim cəld tərpənsə, sosial evi o alacaq –260 mənzil mayın 7-də satışa çıxarılır
-
Türkiyə parlamenti qərar verdi –Növbədənkənar prezident və parlament seçkiləri
-
Ölkədə 100 yaşlı insanların sayı azalıb –Uzunömürlülər ən çox hansı rayonlarda yaşayırlar?
-
“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası
-
Elçin Şıxlı:“Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb” – MÜSAHİBƏ
-
Mətbuat Şurasının sədri Ombudsmanın fəaliyyətinə iradını bildirib
-
Vergilər nazirliyi və Gömrük komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?
-
“Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib” – Ərdoğan
-
Prezident struktur islahatlarına başladı! – Bir nazirlik və bir komitə ləğv edildi
-
Bakı metrosunda əl qumbarası tapılıb – FOTO
-
General haqda hökm qüvvəyə mindi – 10 il 6 ay həbs, rütbə və əmlaklar da alındı
-
“Bu, futbol terrorundan betərdi” – Ərdoğan
TOP 10
ARXİV