Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Mehriban Əliyeva: “İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar“

Tarix 04.04.17, 1:54

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir. Bunu biz nazirlərin çıxışlarında da eşitdik. Mən əminəm ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın hər bir vətəndaşının ən böyük arzusudur".

Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 3-də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşdə yekun çıxışı zamanı deyib.

"Biz hamımız çox yaxşı bilirik ki, Azərbaycanın ən böyük problemi məhz bu münaqişədir. Hamımız inanırıq ki, ədalətin bərpa olunacağı gün tezliklə gələcək, torpaqlarımız azad olunacaq, qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına, doğma evlərinə qayıdacaqlar.



Əlbəttə, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin bu işdə əməyi əvəzsizdir. Buna görə dövlətlə yanaşı, hər bir vətəndaşımız, Azərbaycan xalqı o günlər birlik nümayiş etdirdi. Hər kəsdə ruh yüksəkliyi var idi. Hər kəs özünü tamamilə çox güvənli hiss edirdi. Əminəm ki, bu qələbəni hər bir ailə evində qeyd edirdi. Hər bir azərbaycanlının borcudur ki, orduya, əsgərlərə yardım göstərsin. Bir daha deyirəm ki, Azərbaycan dövləti bu yardımı edir və bunu etməyə qadirdir. Dövlətimizin bütün imkanları var, bu yardımı edir və edəcək. Lakin mən hiss edirəm ki, insanlar da bu dəstəyi verməyə hazırdır. Bir daha demək istəyirəm ki, siz həmin günlərdə əsl qəhrəmanlıq göstərmisiniz. Sizin göstərdiyiniz qəhrəmanlıq, əlbəttə, ilk növbədə, hərbi qələbə idi. Bu qələbə sayəsində torpaqlarımızın bir hissəsi azad olundu. İndi orada qəsəbələr salınır, insanlar öz evlərinə qayıdacaqlar. Amma bu, hərbi qələbə ilə yanaşı, həm də ümumxalq qələbəsidir. Çünki siz insanlara yeni bir nəfəs, yeni bir inam verdiniz. Torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Yəni, inam yarandı ki, biz bütün torpaqlarımızı işğaldan mütləq azad edəcəyik. Çünki ədalət bərpa olunmalıdır. Cənab Prezident çıxışlarında dəfələrlə söyləyib ki, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Bizim əsgərlərimiz başqa dövlətin torpağında deyillər. Bizim oğullarımız doğma torpaqlarını müdafiə edirlər, doğma torpaqlarına görə vuruşurlar və həyatlarını qurban verirlər" - Azərbaycanın Birinci vitse-prezidenti bildirib.

O söyləyib ki, bu hadisələrdən sonra mən şəhid əsgərlərimizin anaları ilə görüşdüm: "Mən bir daha o qadınların – anaların, xanımların, bacıların, ailə üzvlərinin qarşısında baş əyirəm. Çünki onlar elə övladlar böyüdüblər ki, bütün xalq onların ismini söyləyir, onlarla fəxr edir. Şəhid anaları ilə görüşlərdə mən bir daha gördüm ki, belə qadınların yalnız belə oğulları ola bilər. Çünki onlar özləri də qəhrəman anadırlar. Əlbəttə, ana üçün cavan övlad itirməkdən ağır dərd ola bilməz. Hətta o ağır məqamda da deyirdilər: mən fəxr edirəm ki, oğlum Vətən yolunda ömrünü qurban verib, şəhid olub.

Ona görə, mən bir daha demək istəyirəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən çıxış edir. Haqq-ədalət bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə öz həllini tapacaq. Yenə də deyirəm ki, heç bir xalq istəməz ki, müharibə olsun. Əminəm ki, erməni xalqı da istəmir ki, müharibə olsun. Azərbaycan xalqı da istəmir ki, müharibə olsun. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız və yalnız münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar".



*   *   *

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 3-də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.

Görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva görüşdə çıxış edib. 






Xəbərin oxunma sayı : 508




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap