|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Əli Həsənovun “Qaçqın – məcburi köçkün” korrupsiyası: Talanan milyonlar
Tarix 02.04.18, 17:17 |
|
Azərbaycanda tenderlərin necə keçirildiyi hər kəsə məlumdur
Tenderlər məmurlar üçün dövlət büdçəsini talamağın əsas yolu olaraq qalır. Qaçqın və məcburi köçkünlərlə bağlı heyata keçirilən dövlət proqramlarının icrası ilə bağlı keçirilən tenderlərdə də bnə yazıq ki, böyük korrupsiyaya yol verilir. Bu haqda meydan tv-nin hazırladığı yazını qısa ixtisarla təqdim edirik
Yazıda əvvəlcə Ağdamın Bənövşələr, Dördyo qəsəbələrində məcburi köçkünlərin bir çoxunun uçmaq təhlükəsi olan evlərdə yaşadığı qeyd olunur. Konkret şəxslərin şikayətlərinə yer verilir: “Sakinlər deyir ki, divarlarda elə çatlar əmələ gəlir ki, evin içindən çöl görünür. Qəsəbələrdə evlərin təmir səviyyəsi aşağı keyfiyyətdə olmaqla yanaşı, mənzillərə heç bir mərkəzləşdirilmiş istilik sistemi də çəkilməyib.
Ağdam rayonu cəbhə bölgəsi sayılır və ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Rayonun Azərbaycan hissəsində məcburi köçkünlər üçün bir neçə qəsəbə salınıb. Burada yerləşdirilən məcburi köçkünlər 2005-ci ilə qədər Bərdə və Yevlaxda çadır şəhərciklərində yaşayıblar”.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,2 milyard manat ayrılıb
Sonra tenderin necə keçirildiyindən, tenderlərin kimlərə verildiyindən bəhs olunur: “Tender hesabatlarında şəhərciklərin tikintisində iştirak edən şirkətlərdən biri “Şəms-95”-dir. Rəsmi məlumatlarda Ağdam rayonunda sifarişçi təşkilat olaraq Məcburi Sosial İnkişaf Fondunun 2017-ci il tenderlərində “Şəms-95”-lə yanaşı, “Azəraqrartikinti” ATSC, “Alibəyli” MMC, “Xumar-98” şirkətlərinin də adları keçir.
“Şəms-95” şirkəti 1995-ci il fevralın 17-də qeydiyyata alınıb. Şirkətin təsisçisi və baş direktoru Qasım Qasımov Məmməd oğludur. O, Ağdam icra başçısının keçmiş müavini, Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Lütfi Qasımovun qardaşıdır. Bu şirkətə məcburi köçkünlər üçün yaşayış massivi ilə yanaşı, Heydər Əliyev Fondunun sifarişi əsasında ölkədə məktəblər, digər dövlət obyektlərinin tikintisi də həvalə edilir.
Azərbaycan qaçqınların və məcburi köçkünlərin sayına görə dünyada ən öndə gedən dövlətlərdən biridir. Məcburi Köçkünlərin və Qaçqınların İşi üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) son hesabatında ölkədə 1.2 milyon 500 qaçqın və məcburi köçkünün yaşadığı göstərilir.
Buraya 1988-ci ilə qədər Ermənistanda yaşamış, daha sonra oradan zorla çıxardılmış azərbaycanlılar, Qarabağ savaşında öz torpaqlarından didərgin düşmüş insanlar və sovet dövründə Azərbaycana sürgün edilmiş Axıska türkləri daxildir.
1993-cü ildən etibarən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,2 milyard manat məbləğində vəsait xərclənib. Bunun 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının kreditləri və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük bir qismi məcburi köçkün ailələrinə müavinətlərin verilməsinə və kommunal xidmətlərin ödənilməsinə yönəlib. 2004-cü ildən başlayaraq isə məcburi köçkünlərin sosial vəziyyətinin və mənzil şəraitinin yaxşılaşdırılması Dövlət Proqramı əsasında həyata keçirilməyə başlanıb. Sosial proqram tam icra olunmadan tədricən güzəştlərin ləğvinə başlanıldı. 2017-ci ildən bütün güzəştlər ləğv edilərək birdəfəlik aylıq müavinət müəyyənləşdi: aylıq 36 manatlıq (bəzi qrup ailələrdə 20 manat) müavinət. Bu müavinət isə yalnız işğal olunmuş torpaqlardan çıxan məcburi köçkünlərə aid edilir.
2018-ci ilin mart ayının 1-dən isə prezidentin fevral ayı sərəncamı ilə müavinətlər 10 faiz artırıldı.
Məcburi köçkünlərin sayı çox göstərilərək, büdcə vəsaitləri mənimsənilib
Hazırda məcburi köçkünlərin dəqiq sayı ilə bağlı dolğun rəqəm verilmir. “Qaçqınkom”un sədri Əli Həsənovun son açıqlamasında məcburi köçkünlərin sayının 636 min olduğu göstərilir. Hesablama Palatasının 2016-ci il hesabatlarında isə qeyd edilir ki, müavinət alanların sayı 540 mindir.
Buradan belə çıxır ki, ya hər kəs müavinətlə əhatə olunmur, ya da “Qaçqınkom” göstərdiyi rəqəmlər doğru deyil. Belə bir halı Hesablama Palatası müxtəlif illərdə apardığı yoxlamalarda aşkar etmişdi.
“Bir sıra istehlakçıların dəqiq siyahıları və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləği düzgün hesablanmayıb. Kommunal xidmətlərin ödənişi zamanı bəzi rayonlar üzrə məcburi köçkünlərin dislokasiya sayı artıq göstərilib. Bəzilərinin adı, hətta, bir neçə ərazi üzrə qeydiyyatda göstərilib”, deyə Hesablama Palatasının 2012-ci il hesabatında qeyd edilir.
“Yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin sayının dəqiq aparılmaması nəticəsində dövlət büdcəsindən kommunal təşkilatlara 22 hal üzrə artıq vəsait ödənilib”, – 2012-ci ilin hesabatında göstərilir.
Tikintiyə 2,3 milyard ayrılıb, ancaq …
Xərcin 2,3 milyardı sırf tikinti işlərinə sərf olunub. Təəssüf ki, tender məlumatlarında ifact.ge bu sektora aid dövlət sifarişlərinin ictimaiyyətə açıq olan yalnız 122 milyon manatlıq məbləği tapa bilib.
Azərbaycan Dövlət Neft Fondu, dövlət büdcəsi və xarici kreditlər hesabına 14 ilə yaxındır ki, tikilən qəsəbələrdə cəmi 250 min məcburi köçkün və qaçqın yerləşdirə biliblər. Fondun maliyyə köməyi sayəsində tikilən evlərin orta qiyməti 63, 800 manata başa gəlir, müqayisə üçün isə donorların hesabına tikilən evlərin orta hesabla dəyəri isə 16, 040 manatdır.
Hesablama Palatası 2015-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məcburi köçkünlər üçün tikdiyi qəsəbələrlə bağlı nöqsanlar aşkar etmişdi. Xüsusilə, tender qaydalarının əməl edilməməsi və obyektlərin təmiri zamanı podratçı şirkətlərə artıq vəsaitin ödənilməsi halları müəyyən edilmişdi. Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası yaradılsa da, faktiki olaraq fəaliyyət göstərmədiyi müəyyənləşdi.
Şahmar Mövsümov Neft Fondununun pulunu ayırır, qardaşı tikir
Yaşayış massivlərinin tikintisində iştirak edən şirkətlərdən biri də “As Group İnvestment” şirkətidir. Adıçəkilən şirkət Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümovun qardaşı Şahin Mövsümova məxsusdur. Fondun prezidentinin qardaşına layihələr tendersiz verilib.
Açıq tender məlumatlarına əsasən, “Group İnvestment” AS Tikinti MMC 1170 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan böyük tikinti layihəsində iştirak edib. Tərtər rayonunda 4.7 milyon manatlıq 36 mənzilli iki yaşayış binasının tikintisi sözügedən şirkətə həvalə edilib.
2009-ci ildən başlayaraq şirkət, mütəmadi olaraq Məcbur Köçkünlərin Sosial İnkişaf Fondundan layihələr alır. Şirkətin saytında Mingəçevir, Goranboy, Yexlax, Bakının Qaradağ rayonu, Qəbələnin Zarağan bələdiyyəsi ərazisində, Şəki rayonunda, İmişli, Gəncə, Bakının Müşfiqabad qəsəbəsində, Abşeronun Masazır qəsəbəsində məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisində iştirak edib. Təqribən salınan 97 qəsəbənin 10-nu bu şirkətə həvalə olunub.
Əli Həsənovun neçə vəzifəsi var?
“Qaçqınkom” göndərilən sorğumuza verdiyi cavabda tikilən qəsəbələrin sayının 97-yə çatdığını qeyd edib. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.1998-ci ildən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Əli Həsənov rəhbərlik edir. Ə.Həsənov eyni zamanda Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri vəzifələrini də icra edir.
Ə.Həsənov həmçinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədridir. Məcburi köçkünlərə ayrılan sosial xərclərlə, humanitar yardımlarla paralel, Fondun iri tikinti layihələrinə nəzarət də Həsənovun rəhbərliyi altındadır.
Əli Həsənovun icra başçısı qardaşı və 16 tenderin qalibi
Ə.Həsənovun qardaşı Ramiz Həsənov Zəngilan Rayon İcra Hakimiyyətinin başçısıdır. “Qaçqınkom”-a ayrılan vəsaitlərdən əlavə, dövlət büdcəsindən işğalda olan 10 rayonun icra hakimiyyətlərinin saxlanılması üçün də vəsait ayrılır.
Bu rayonların icra aparatlarına ayrılan vəsaitlər, onların xərcləri dövlət büdcəsində yerli xərclər siyahısına daxil edilir. Zəngilan da həmin rayonlardan biri olmaqla, yerli əhalinin sayı 42, 700 nəfərə çatır (1993-cü ildə 39 min insan rayonu tərk etməli olub).
Zəngilan rayonunun dövlət satınalmalarında qeydiyyatdan keçən 16 şirkət Fəxrəddin Məmmədovun adındadır. F.Məmmədovun şirkətləri 2015 və 2017-ci illərdə tender qalibidir. Başqa bir diqqətçəkən məqam isə F.Məmmədovun adı vergi borclarına görə ölkədən çıxışına qadağa qoyulanların siyahısındadır.
Həmin şirkətlərin 2017-ci ildə Zəngilan rayonu üzrə elan olunan müsabiqədən qalib gəldiyi göstərilib. Həm bu, həm də digər şirkətlərlə bağlı ən diqqət çəkən məqam qeydiyyatdan keçdikləri eyni ildə müsabiqədə dövlət sifarişləri almalıdır. Heç birinin nə saytları, nə əlaqə nömrələri, nə də ki hesabatlılığı var.
Zavod içində yuva
Dövlət Proqramına görə, 2016-ci ilə kimi məcburi köçkünlərin mənzil yaşayışı, sosial, təhsil və tibbi təminatları yaxşılaşdırılmalı idi. “Qaçqınkom”-un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov telefon müsahibəsində 340 min məcburi köçkünün hələ də tərk edilmiş orta məktəb binalarında, uşaq bağçalarında, xəstəxana və digər yarıtikili binalarda yaşadığını bildirdi.
Bakıda Əhməd Rəcəbli küçəsində yerləşən Dərnəgül armatur zavodunda təqribən 160 məcburi köçkün ailəsi məskunlaşıb. Əlağa İsmayilov Ağdam rayonu Saybalı kəndindən məcburi köçkündür. Onun sözlərinə görə, 1993-cü ildən sözügedən zavodun bir hissəsinə yerləşiblər: “Bu zavodum tüstüsündən sağlamlığımız əldən gedib, heç bir müayinə edən də yoxdur. Zavod ərazisində normal kommunal xidmətlər belə təmin olunmayıb. İş günlərində burada zavodun dəzgahlarının səsindən, armaturun tozundan, kimyəvi-zəhərli tüstüdən dayanmaq olmur.
X.Əliyevin üç övladı var. Həyat yoldaşı məcbur köçkün olmadığı üçün övladlarına məcburi köçkünlər üçün nəzərdə tutulan müavinət verilmir. Ailə ünvanlı sosial yardım da düzəldə bilmir. Yalnız ailə başçısı 20 manat müavinət alır: “Uşaqların hamısı xəstəlik tapıb, tez-tez zəhərlənirlər. Zavod işləyən saatlarda uşaqları götürüb burdan bir neçə saatlığa uzaqlaşırıq. Dəfələrlə “Qaçqınkom”-a şikayət etmişik, baxan yoxdur”.
Məcburi köçkünlərə hər il köçürüləcəklərinə dair söz verilsə də, hələ ki, bu reallaşmayıb.
Eyni zavodda yaşayan Füzuli rayonundan olan digər bir məcburi köçkün, 29 yaşlı Xətai Əliyev isə burada ağır xəstəliklə mübarizə aparır. X.Əliyevin ayaqları şişib, yeriməkdə çətinlik çəkir: “Səhiyyənin pulsuz olduğu deyilsə də, bunu heç kim qəbul etmir. Xəstəxanada yatmaq üçün isə pulum yoxdur. Bu şəraitdə adam yaşayar?”
İllüzor layihələr
iFact.ge adı sıyahıda olan, lakin xərci göstərilməyən iki şəhərcik aşkarlayıb. Bunlar, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yan-yana salınan “Binəqədi Gənclər” və “Qarant” şəhərcikləridir. Bu iki şəhərciyə 2012-ci ildən əhali hissə-hissə binalar hazır olduqca köçürülməyə başlanılıb və proses indiyədək də davam etməkdədir. Belə böyük bir şəhərcik salınandan və əhali köçürüləndən sonra məlum olub ki, ərazidə nə məktəb var, nə səhiyyə ocağı, nə də iaşə obyekti.
“Qarant” şəhərciyində yerləşən məktəb direktorlarından biri təqribən belə vəziyyətdə 8 məktəbin olduğunu və 1400-ə yaxın şagirdin orada təhsil aldığını söylədi.
Ərazidə binaların zirzəmiləri və birinci mərtəbələrindəki mənzilləri sonrada məktəb üçün ayırıblar.Ərazidə binaların zirzəmiləri və birinci mərtəbələrindəki mənzilləri sonrada məktəb üçün ayırıblar..
Deputatın qardaşı da şəhərçik tikir, ancaq…
Nəhayət, 7 ildən sonra ərazidə 1200 şagirdin təhsil ala biləcəyi məktəbin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Hər hansı bir tibbi məntəqənin, xəstəxananın, uşaq bağçasının tikiləcəyi hələ ki, planlaşdırılmır. Şəhərciyin sakini və məcburi köçkün Zakir Həsənov, Bakıdan Mehdiabada gəlmək üçün avtomobil yolunun belə salınmadığını söylədi: “Yağış yağanda yollarda qalırıq. Normal bir yol belə çəkilməyib. Yağışlı havalarda təcili tibbi yardım çağıranda bura gələ bilmir. Xəstəxanası, poliklikinası, uşaq bağçası yoxdur. 3 ildir bura köçmüşük, artıq binanın üzü sökülüb-tökülür”.
Şəhərciklərin inşası “Dərhal” MMC və “Gulf Group”-a həvalə edilmişdi. “Dərhal” MMC deputat Rəfail Cəbrayılovun qardaşı Elşən Cəbrayılova məxsudur.
Məcburi köçkünlərin bir çoxu bağça, məktəb, yarıtikili binalarda yaşamalarına baxmayaraq, iş yerləri ilə əlaqədar yolun uzaqlığını, mənzillərin keyfiyyətsizliyini, xüsusilə birinci mərtəbədə yerləşən mənzillərin zirzəmiyə düşməsini əsas gətirərək köçmək istəməyiblər.
Dövlət agentliyi “Azərtac” buraya 2181 məcburi köçkün ailəsi yerləşdirilməsindən və eyni zamanda 8 orta məktəbdən də söhbət açır. Lakin sözügedən ərazidə heç bir məktəb tikilməyib.”(azpolitika.info)
Xəbərin oxunma sayı : 1072
Gündəm
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV