“Məndən qorxun ...“ - Nuradan həmkarlarına “Artıq ərə getmək vaxtımdır“ - Sevda Gecəyə transparan libası ilə damğa vurdu - Fotolar “Əgər istəsəm, uşaq doğacam“ - Dilarə
Axtar
 
  • / Maqazin / — 07 Oktyabr 2018

    “Məndən qorxun ...“ - Nuradan həmkarlarına

  • / Maqazin / — 06 Oktyabr 2018

    “Artıq ərə getmək vaxtımdır“ - Sevda

  • / Maqazin / — 03 Oktyabr 2018

    Gecəyə transparan libası ilə damğa vurdu - Fotolar

  • / Maqazin / — 01 Oktyabr 2018

    “Əgər istəsəm, uşaq doğacam“ - Dilarə

  • / Maqazin / — 20 Sentyabr 2018

    Gülyanaq: “Atamla vidalaşa bilmədim“

  • / Maqazin / — 14 Sentyabr 2018

    Selena Qomez sinəsini böyütdü - Fotolar

“Bütün məsuliyyət Paşinyanın üzərinə düşəcək“ - İlham Əliyevdən xəbərdarlıq

Tarix 12.09.18, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib.

AzFakt.com AZƏRTAC-a istinadən xəbər verir ki, Tomas Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlət başçısı bildirib ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu baxımdan, prezident qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 



Xəbərin oxunma sayı : 1495

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda