|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?
Tarix 03.12.18, 13:00 |
|
Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin məhkəməsi davam etdirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. Məhkəmənin baxış iclası keçirilərkən hakimlər heyəti belə bir qərar qəbul etdi ki, proseslər bundan sonra qapalı keçirilsin.
AzFakt.com müsavat.com-a istinadən məlumat verir ki, bu iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində cinayət işinin əsas diqqət çəkən məqamı Eldar Mahmudovun bu iş üzrə şahid qismində dindirilməsidir.
Sabiq MTN başçısı şahid qismində ona görə dindirilib ki, onun rəhbərlik etdiyi nazirlikdə dövlət əhəmiyyətli layihənin icrası üçün ayrılan vəsaitin 30 milyona yaxını mənimsənilib və başqa bir şirkətin hesabına köçürülərək ölkədən çıxarılıb.
İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş. İmzalanmış müqavilə şişirdilərək 30 milyon manat Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb. Bu işdə Sahib Ağayevlə yanaşı, Kanada vətəndaşı Kazem Askarinin də adı keçir.
Sahib Ağayevin və ona himayədarlıq edənlərin əməli MTN ləğv edildikdən sonra üzə çıxıb. Bundan sonra Sahib Ağayev axtarışa verilib. O, Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib.
Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamalarından biri olub. Xəbər verdiyimiz kimi, bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib. “Yeni Müsavat” qəzeti sabiq nazirin istintaqa ifadəsinin bəzi təfərrüatlarını əldə edib. Bildirək ki, bu ifadə “MTN əməliyyatları” başlayandan bu günə qədər Mahmudovun ictimaiyyətə məlum olan ilk ifadəsidir.
Xatırlayırsınızsa, Eldar Mahmudovun adı 2015-ci ildən başlayan “MTN əməliyyatları” çərçivəsində dəfələrlə çəkilib. Həm həbs edilən MTN-çilər, həm də zərərçəkmiş kimi tanınan bir çox iş adamları məhkəmədə ifadə verərkən Eldar Mahmudovun dindirilməsini tələb edirdilər. Lakin məhkəmə bunu zəruri hesab etməyərək Eldar Mahmudovu məhkəməyə dəvət etmədi. Akif Çovdarov, Sübahir Qurbanov və digər MTN generallarının işində də bir çox epizodlarda Eldar Mahmudovun adı keçsə də, onun istintaq orqanı tərəfindən dindirilmədiyi üzə çıxmışdı.
Lakin indi məlum olub ki, Mahmudov dostu Sahib Ağayevin əməllərinə görə istintaqda dindirilib.
Onu da xatırladaq ki, bir neçə dəfə Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsindən çıxarkən görüntülənmişdi. Məlumata görə, sabiq nazir məhz bu işə görə dindirilmiş, ifadəsi alınmışdı. E. Mahmudov dindirilən zaman bir zamanlar şəriklik etdiyi Sahib Ağayevin əməllərindən xəbərsiz olduğunu söyləyib.
Eldar Mahmudov ifadəsində bildirib ki, nazir kimi rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinə uyğun olaraq, üzərinə düşən vəzifələri icra edib. General-polkovnik hərbi rütbəsində olan Mahmudov hazırda işləmədiyini deyib.
Suallara cavabında Eldar Mahmudov “Main İnvestment LTD” MMC-nin rəhbəri, Kanada vətəndaşı Kazem Askarini təxminən 1998-ci ildən tanıdığını deyib. Mahmudov dindirilən zaman Kazemlə hansı şəraitdə tanış olduğunu xatırlamayıb və bildirib ki, Kazem sahibkar kimi müxtəlif sahələrdə bizneslə məşğul olub.
Daha sonra o, şərikinə qarşı irəli sürülmüş ittihamlarla bağlı danışıb. Qeyd edib ki, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində təhlükəsizlik sisteminin qurulması üçün araşdırmalar aparıblar.
Mahmudovun sözlərinə görə, onların maraqlarına uyğun olan təhlükəsizlik sistemi Kanadada olub. Necə təsadüfdürsə, elə həmin təhlükəsizlik sisteminin qurulması işini də Mahmudovun 1998-ci ildən tanıdığı Kazem bilirmiş. Kazem Kanadada olan şirkəti vasitəsi ilə bu işləri görməyə başlayıb. Mahmudov söyləyib ki, Kazem Kanada vətəndaşı olduğu və informasiya texnologiyaları ilə işlədiyi üçün nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşlarına bu işlə məşğul olmağı tapşırıb. Amma Mahmudov bu işi hansı işçisinə tapşırdığını xatırlamayıb.
Suallara cavabında Mahmudov bildirib ki, Kazemin şirkəti ilə bağlanmış müqaviləyə əsasən o, Kanadada olan təhlükəsizlik sistemini Azərbaycanda quracaqmış. Müqavilənin 2013-cü ildə imzalandığını deyən Mahmudov bunun üçün Kazemin şirkətinə ödənilən ümumi məbləği əvvəlcə xatırlamadığını söyləyib.
Müqavilənin qiymətinin bir neçə dəfə dəyişdirilməsi, hər dəfə də məbləğin artırılması ilə bağlı suallara cavab verən Mahmudov deyib ki, bu prosesləri də tam olaraq xatırlamır. Amma təsdiqləyib ki, müqavilə bir neçə dəfə dəyişdirilib və qiymətlər artırılıb. Bunu da belə izah edib ki, sonradan görüləcək işlərin həcmi artırmış. Müqavilə üçün ödəniləcək məbləğin Maliyyə Nazirliyi ilə razılaşdırıldığını deyən Mahmudov qeyd edib ki, müqavilə imzalandıqdan sonra MTN-in Maddi Texniki Təminat baş İdarəsinə də məlumat verilib.
“Müqaviləyə ayrılacaq məbləğ Maliyyə Naziriliyi ilə “Main İnvestment LTD” arasında razılaşdırılıb. Daha sonra da bizə məlumat verilib. Məbləğ MTN-nin büdcəsinə köçürüldü. Bundan sonra da “Main İnvestment LTD” ilə MTN arasında müqavilə imzalandı. Bu barədə mənə mütəmadi məlumat verilirdi. Həmin məbləğ MTN-nin büdcəsindən ayrılmırdı. Buna görə də müqavilənin dəyəri ilə çox da maraqlanmırdım. Məbləğ Maliyyə Nazirliyindən ayrıldıqdan sonra şirkətin bank hesabına köçürülüb” – , deyə Mahmudov söyləyib.
Təkrar suallara cavabında Mahmudov deyib ki, təxminən müqavilə üçün 80-90 milyon manat ayrıldığını xatırlayır. Bundan sonra isə Mahmudov şərikinin 30 milyonu necə mənimsəməsi ilə bağlı suallara cavab verib.
İttihamda göstərilir ki, Sahibin də iştirakı ilə “Main İnvestment LTD”yə ayırlan 90 milyona yaxın vəsaitin 30 milyona yaxını Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting. SA” şirkətinin bank hesabına köçürülüb.
Amma Mahmudov suallara cavabında bundan xəbərsiz olduğunu deyib. O bildirib ki, “Main İnvestment LTD” ilə MTN arasında imzalanmış müqaviləyə əsasən şirkətə ilk olaraq avans kimi layihənin dəyərinin 30 faizi ödənilib. Bundan sonra isə MTN-də yaradıllan komissiya görülən işlərə nəzarət edərək qalan məbləği mərhələli şəkildə ödəyib. Mahamudov ifadəsində bu layihənin icrasına hazırda vəzifədə olan generallardan birinin rəhbərlik etdiyini bildirib.
Bu işdə şübhəli və suallar doğuran məqam həyata keçirilən layihənin məbləğinin həqiqətən də 90 milyon manat dəyərində olub-olmamasıdır. Layihənin ümumi dəyərinin bir neçə dəfə şişirdildiyi bildirilir. Maraqlıdır ki, bu layihəyə milyonlar ayrılsa da, heç bir mütəxəssis tərəfindən araşdırmalar aparılmayıb. Mahmudova bu barədə də suallar verilib. Soruşulub ki, layihənin dəyərini araşdırmaq üçün mütəxəssislər cəlb edilibmi? MTN tərəfindən heç bir mütəxəssisin cəlb edilmədiyini deyən Mahmudov bu mütəxəssislərin Maliyyə Nazirliyi tərəfindən təyin edildiyini bildirib.
Daha sonra Mahmudov mətbuatda “şəriki” kimi təqdim edilən və hazırda həbsdə olan Sahib Ağayev haqda sualları cavablandırıb. O, Sahib Ağayevin Qazaxıstanda yaşadığını və bizneslə məşğul olduğunu söyləyib. Mahmudov söyləyib ki, həyat yoldaşı Ağayevin xanımı ilə rəfiqə olub və tanışlıq da buradan başlayıb.
Əldə etdiyimiz məlumata görə, Mahmudov ailəvi tanışı olan Sahib Ağayevin oğlu Əlini də MTN aparatında işə götürübmüş. Amma özü vəzifədən çıxarıldıqdan sonra Əli Ağayev də işdən çıxarılıb. O da məlum olub ki, 30 milyona yaxın vəsaitin köçürüldüyü və Dominikanda qeydiyyatdan keçmiş şirkət də Sahib Ağayevin imiş. Amma Mahmudov bundan və şirkətin fəaliyyətindən də xəbərsiz olduğunu söyləyib.
Mahmudov Sahib Ağayevlə Kazemin əməkdaşlığından və birgə fəaliyyətindən də xəbərsiz olduğunu deyib. Sabiq nazirin bu ifadəsindən belə məlum olur ki, ailəvi dostu Sahib Ağayev və 1998-ci ildən tanıdığı Kazem birləşərək ona da yalan danışıblar. Qulağa inandırıcı gəlməsə də, belə çıxır ki, onların ikisi birləşərək Mahmudova “atıblar”.
Elə bundan əvvəl baş tutan “MTN əməliyyatları”nda da məlum olmuşdu ki, Mahmudov MTN-də baş verən bütün hadisələrdən “xəbərsiz” imiş…
Xəbərin oxunma sayı : 427
Gündəm
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV