“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək” – Yadigar Sadıqlı

Tarix 09.10.19, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı partiyanın sabiq başqanı İsa Qəmbərin Arif Hacılıya səs verəcəyini açıqlamasına münasibət bildirib.

Y.Sadıqlı İ.Qəmbərin mövqeyindən təəssüfləndiyini bildirib: “Namizədliyimi bəyan edəndə gördüm ki, insanlar Müsavat Partiyasını sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavat Partiyasının tarixində tamamilə yeni bir səhifə açacaq. Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür”.

O qeyd edib ki, bununla belə, sona qədər namizəd olacaq: “Mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmazsa “bacardığımı etdim” deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, “bəlkə…” sualı qarşısında əzab çəkmək istəmirəm. İsa bəyin mövqeyi mənim üçün gözlənilməz olmadı”.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayının oktyabrın 12-də keçirilməsi planlaşdırılır. Partiyanın başqanı vəzifəsinə hazırki başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb.



Xəbərin oxunma sayı : 706




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap