“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Abşeron” yatağından qaz ilk növbədə daxili bazara yönəldiləcək – SOCAR

Tarix 02.12.19, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasil ediləcək qaz ilk növbədə ölkənin daxili tələbatının ödənilməsinə yönəldiləcək.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, “Abşeron” yatağında qaz hasilatına 2021-ci ildə start veriləcək.

“”Abşeron” yatağından qaz ilk növbədə daxili tələbat üçün nəzərdə tutulur, çünki bizim üçün prioritet ilk növbədə Azərbaycanda tələbatın qarşılanması, yerdə qalan həcmləri isə ixraca yönəltməkdir”, – deyə İ. Əhmədov qeyd edib.

SOCAR-ın nümayəndəsi onu da əlavə edib ki, hazırda qaz ehtiyatları təxminən 400 mlrd. kubmetr təşkil edən “Abşeron” yatağında infrastrukturun yaradılması aparılır.

“Abşeron” dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Qeyd edək ki, bu yaxınlarda yataqda kəşfiyyat-hasilat quyusunun qazılması və konservasiyası bitib.

“Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. “Abşeron” yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.

Yatağın operatoru “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (“Joined Operating Company Absheron Petroleum”) birgə müəssisəsidir. (apa)




Xəbərin oxunma sayı : 559




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap