“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Etibar Pirverdiyev vəzifədən çıxarılandan sonra...” - “Azenco”-nun işçiləri 2 aydır maaş almır

Tarix 13.02.20, 22:56

Font ölçüsü : - / +
bitmap-img6


Hələ ötən ilin əvvəllərindən Azərbaycanın ən böyük və tanınmış enerji tikinti şirkətlərindən olan “Azenco” ASC-nin maliyyə durumunun ağırlaşması barədə məlumatlar yayılmışdı. Bunun əsas səbəbi isə bu şirkətin sahibi olduğu bildirilən Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin vəzifədən azad edilməsindən sonra “Azenco”-nun dövlətin iri layihələrindən pay ala bilməməsi göstərilirdi.

Mətbuatda sözügedən şirkətdə xeyli sayda işçinin ixtisara salındığına dair məlumatlar yayılmışdı. İndi isə məlum olur ki, şirkət artıq işçilərinə əmək haqqı verməkdə də ciddi çətinliklərlə üzləşib. Belə ki, “AzPolitika.info”-ya müraciət edən şirkətin bir qrup işçisi 2 aydır “Azenco”-dan maaş ala bilmədiklərini qeyd edir və bu problemin ölkə rəhbərliyi səviyyəsində qaldırılmasını xahiş edirlər. Müraciətdə “Etibar Pirverdiyev vəzifəsindən çıxarılandan sonra “Azərenerji” bizə iş vermir” deyə qeyd olunur. Bu, E.Pirverdiyev postunu itirəndən sonra şirkətin dövlət sifarişlərindən məhrum edildiyini təsdiqləyir.

Xatırladaq ki, "Azenco" uzun müddət enerji sektorundakı iri layihələri həyata keçirib, bu layihələrin baş podratçısı və subpodratçısı olub. "Mərkəzi İstehsal Təmir" müəssisəsinin 2000-ci ildə özəlləşdirilərməsi nəticəsində yaranan "Azenko" Etibar Pirverdiyev «Bakı elektrik şəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri postunu tutan dövrdən sürətlə böyüməyə başlayıb və enerji sektorundakı layihələrin həyata keçirilməsində faktiki olaraq inhisarçı şirkətə çevrilib. E. Pirverdiyevin "vurulmasınadək" elektroenergetika sənayesinin bütün layihələrində iştirak edən "Azenco" "Dövlət Bayrağı Meydanı" və "Bakı Kristal Hall" layihələrinin tikintisini də həyata keçirib.

2018-ci ilin sentyabrında E.Pirverdiyev "Azərenerji"-nin prezidenti vəzifəsini itirdikdən sonra "Azenco"ya yeni layihələrin verilməsi dayandırılıb və şirkətin “qara günləri” başlayıb. Lakin göründüyü kimi, bu prosesdən sözügedən şirkətin sahibindən daha çox sıravi əməkdaşları, fəhlələr əziyyət çəkirlər. (azpolitika.info)

“Azenco” ASC-nin də mövqeyini dərc etməyə hazırıq. 



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap