“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Hadı Rəcəblinin qardaşı qızı külli miqdarda krediti ödəmir

Tarix 29.06.20, 18:09

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin sabiq üzvü Hadı Rəcəblinin qardaşı qızı Firuzə Rəcəbli 2014-cü ildə "Zaminbank" ASC-dən götürdüyü külli miqdarda krediti ödəməkdən boyun qaçırır.

Index.az-ın əldə etdiyi məlumata əsasən, kreditin əsas məbləği 300 000 manat, hesablanmış faizlərlə birgə isə 440 000 manat təşkil edir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank" ASC-nin lisenziyası ləğv edilib. Ləğvetmə prosedurunu Əmanətlərin Sığortalanması Fondu icra edir.

Kreditini ödəməkdən boyun qaçıran Rəcəbli bildirib ki, borc üzrə iddia müddəti bitib. Beləliklə, Fond Firuzə Rəcəblini 2018-ci ildə məhkəməyə verib. Lakin məhkəmələr Rəcəblinin lehinə qərar çıxarıb.

Maraqlıdır ki, bu yaxınlarda Ali Məhkəmənin çıxardığı qərara əsasən, iş baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Firuzə Rəcəblinin atası və Hadı Rəcəblinin qardaşı Lənkəran Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbovdur. O, son parlament seçkilərində Lənkəranın 73-cü dairəsinin namizədlərinə və onların nümayəndələrinə qarşı təhdid və hədə-qorxu ilə yadda qalıb.



Xəbərin oxunma sayı : 1852




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap