| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
“İndi bir çoxları deyəcək ki, bu da hökumətə satıldı” - Elçin Şıxlı
Tarix 28.07.20, 12:16 |
|
Bu günlərdə Milli mətbuatın 145 illik yubileyi ilə bağlı Prezident bir qrup jurnalisti mükafatlandırdı. Təltif olunanlar sırasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ayna”-“Zerkalo” qəzetlərinin (2001-2014-cü illər), ayna.az saytının və AynaTV-nin təsisçisi Elçin Şıxlının da adı var.
AzFakt.com 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən Elçin Şıxlının müsahibəsini təqdim edir:
- Elçin bəy, yüksək mükafata layiq görülməyiniz münasibətilə təbrik edirik. Elə bilirik ki, yüksək dövlət mükafatına layiq görülməyiniz şəxsən sizinçün gözlənilməz olmayıb. Çünki həm keçdiyiniz yol, peşəkar fəaliyyətiniz, eyni zamanda, dövlətə, millətə bağlı media təmsilçisi olaraq bunu haqq edirsiniz...
- Təşəkkür edirəm. Amma gözlənilməz idi. Nə mənada? Çünki düzü, mən heç vaxt belə şeylərə doğru... Necə deyim sizə? Olsa, çox sağ olun, təşəkkür edirəm, olmasa da, olmasın. Ümumən insanlar var ki, özünüz də bilirsiniz, “mükafat olsun, filan olsun”. Yəni bu, gələndə gələcək... İstəyəndə heç nə olmur, istəməyəndə gəlir. Bu nöqteyi-nəzərdən elədir, bəli.
- Elə mən ikinci sualı bu haqda verəcəkdim. Çünki söhbətlərinizdə ara-sıra dövlətin jurnalistləri mükafatlandırması ilə bağlı fərqli fikirlərinizi ifadə edirdiniz...
- Yox. Bu, birmənalı deyil. Nə mənada? Yəni maddi bir şey verilməsinin tərəfdarı deyiləm, mənzil, ya başqa bir şey olsun. Amma mənə verilən dövlət tərəfindən qiymətdir, dövlətin mükafatıdır, bu, bir başqa məsələdir. Burada maddiyyat yoxdur, bu, başqa bir şeydir.
- Deyirsiniz yəni Elçin Şıxlının mənzili olmasaydı və dövlət ona mənzil hədiyyə etsəydi, imtina edərdi?
- Hə, mən götürməzdim, mənzil almazdım. Bunu yüz faiz deyə bilərəm.
- Amma əgər ehtiyacı olan çoxsaylı jurnalistlər dövlət tərəfindən mənzillə təmin olunubsa, bunun özü də dövlətin mətbuata diqqəti, dəstəyidir, pis nə var ki?
- Yox. Bunun formaları var da. Mən bu şəkildə mənzil verilməsinin tam əleyhinəyəm. Hər şeyin forması var. Tutalım forma bundan ibarətdir ki, mən jurnalist üçün şərait yaradıram... Məsələn, 10-15 il bundan əvvəl bizim bir qrup jurnalistimiz kooperativ yaratmışdılar və Bakı şəhər İcra Hakimiyyətindən bina tikintisi üçün yer istəyirdilər. O binanı tikəcək şirkət də tapılmışdı. Sadəcə olaraq, yeri vermədilər. Versəydilər, o, tamam başqa bir şey idi. Yəni kömək etmək bundan ibarətdir. Bakıda bilirsiniz, torpaq sahəsinin qiyməti nədir... Amma Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi o yeri vermədi. Belə olsaydı, məsələn, KİV DF-nin özü desəydi ki, bax, budur, yer ayrılır, biz rəhbərliklə danışmışıq, jurnalistlərə bu istiqamətdə güzəşt edilir. Həmçinin jurnalistlərin mənzillərinin tikilməsinə və tutaq ki, qiyməti 5 manatdırsa, onun 2 manat yarımını KİV DF ödəyəcək, qalanını jurnalist ödəsin, bu, tamam başqa məsələ idi. Bir də var ki, mən mənzili tikirəm, hər şey yadınızdadır, mənzili tikib jurnalistə verir, sonra özünə lazım olan məqamda Əli Həsənov onların başlarına vururdu ki, bəs, sizə mənzil verdim, nə oldu, səsiniz niyə çıxmır? Yəni mən belə şeyin əleyhinəyəm. Amma jurnalistə kömək etmək, şərait yaratmaq lazımdır. Bilirsiniz söhbət nədən gedir? Bir var balığı tutub verirəm ona, deyirəm al, bu balığı ye. Bir də var mən tilovu verirəm və gölü göstərirəm ki, burada balıqlar olmalıdır, gör tuta bilirsənmi? Tamam başqa şeylərdir.
- Fikirləriniz aydındır, amma bunu da unutmamalıyıq ki, dövlət, dövlətin başçısı ilk gündən birmənalı mövqe qoyub ki, yeganə məqsəd medianın inkişafı, mətbuat nümayəndələrinə kömək etməkdir. Üstəlik, prezident jurnalistləri ölkənin, cəmiyyətin inkişafı istiqamətində özünün köməkçiləri olaraq gördüyünü bəyan etdi, başqa təmənnası olmadığını, media təmsilçilərinin hər hansı öhdəlik götürmədiklərini bildirdi.
- Aydındır. Söhbət dövlət başçısından getmir. Dövlət başçısının jurnalistlərdən başqa nə bilim 1 milyon 592 problemi var. Onun bu sahəni tapşırdığı adamlar bundan sui-istifadə etdilər, normal insanları düşmən elədilər, yaltaqları, əlində qələm tutub iki sözü bir-birinin arxasınca qoşa bilməyənləri gətirib qəhrəman elədilər. Nəticəsi də o oldu ki, bu saat Azərbaycanda qəzet adına demək olar ki, heç nə qalmayıb, nominal bir şey qalıb. Görün bir qəzet oxuyan varmı, yoxmu? Yerdə olan qəzetlər də çox çətin vəziyyətdədir. Bunu özünüz “Yeni Müsavat”dan bilirsiniz. Əgər KİV DF-nin ayırdığı vəsait olmasa, “Yeni Müsavat”ın da böyük problemləri olacaq və elə də var. Çünki yayım sistemini məhv ediblər, reklam bazarımız demək olar ki, yoxdur. Qəzetin də iki gəlir mənbəyi var: reklam və satış. Bunlar olmayandan sonra qəzet qəzetlikdən çıxır. Məsələ belədir.
- KİV DF-nin yeni rəhbərliyinin, həmçinin Prezident Administrasiyasında bu sahə ilə məşğul olan səlahiyyətlilərin, o cümlədən media təmsilçilərinin iştirakı ilə müzakirələrə başlayıb bu sahəyə dinamizm gətirmək, irəli addım atmaq olarmı?
- Təbii, gətirmək olar.
- Belə yanaşma da var ki, onlayn media ənənəvi medianı üstələyir və qəzet arxivə gedir...
- Yox. Texnologiyaların inkişafı, yeni platformaların əmələ gəlməsi tamam başa bir şeydir. Məsələn, sosial şəbəkələr platformadır, KİV deyil. Orda hamı sərbəst öz fikrini deyir və bir çox hallarda da gəlib yanınızdan ötməyə cürət belə, etməyən məxluqlar orda sizin haqqınızda sicilləmə şeylər yaza bilirlər. Bu, bir başqa məsələdir, platformadır, fikir azadlığıdır, nə bilim demokratiyanın təzahürüdür, bunlar qalsın bir yanda. Amma sadəcə olaraq hətta biz qəzet olaraq, yəni brend olaraq həmin platformalara çıxanda belə, bizi demək olar ki, oxuyan yoxdur, oxuyan da yazdığımıza inanmır. Çünki bizi bu vəziyyətə saldılar.
- “Ayna” və “Zerkalo” qəzetləri fəaliyyətini dayandırsa da, sizi qəzetçi olaraq tanımışıq, tanıyırıq. Baxmayaraq ki, elektron mediaya rəhbərlik edirsiniz. Sayt qəzetçiliyin zövqünü verirmi?
- Mən qəzetçi olaraq qalıram. Bilirsiniz nəyə görə? Çünki qəzetin yaranma prosesi tamam başqa bir şeydir. Məsələn, biz indi sayt işlədirik, saytın öz üstünlükləri var. Amma mən qəzetçilik üçün darıxıram.
- Yəni qəzet qoxusu, məsələsi?
- Yox, tək qoxu məsələsi deyil. Ümumiyyətlə, o proses bir başqadır. Qəzetlə onlayn işləmək mümkün deyil. İşləyirsən e, amma belə də, o, həmənki keyfi vermir. Qəzet istehsalatdır, zavoddur, fabrikdir. Təbii ki, mənimlə razılaşmayanlar tapılacaq. Amma qəzet mənimçün tamam başqa bir aləmdir.
- KİV DF-nin yeni rəhbərliyinin “oksigen balonu”nu qoşması nəticəsində bəzi populyar qəzetlər yenidən dövriyyəyə qayıtdılar. Nədən siz istəmədiniz?
- Birincisi, işləyən qəzetin sadəcə olaraq dövriliyini artırması tamamilə başqa bir şeydir. Bir də var mən qəzetçiliyə, qəzetə qayıtmaq üçün gərək KİV DF-dən asılı olmayım. KİVDF yeni heç nə eləmədi, çox təəssüf. Amma inanıram ki, bəlkə gələn dəfə görüşər əsl qəzetçilər, jurnalistlərlə, orda məsləhətləşmələr olar və müəyyən dəyişikliklərə gedilər. Qəzetlərə, heç bir mətbu orqana, KİV-ə bayaq da söylədiyim kimi, balıq vermək olmaz, ona tilov verilməlidir. Qəzetlərin çıxmağına kömək etmək istəyirlərsə, yayım sistemi yenidən bərpa olunmalıdır, mətbəə xərclərinə kömək edə bilərlər, tam ödəmə lazım deyil. Çünki burada məsuliyyət bölüşdürülməlidir. Bu da ilkin mərhələlərdə. KİV-ə Dəstək Fondu şəraitin yaradılması istiqamətində iş görməlidir. Yoxsa mən qəzetlərə pul paylayacam, birdən sonra neftin qiyməti aşağı düşər, büdcə ayırmaları azalar, KİV DF-nin də büdcəsi azalan kimi, həmin qəzetlər də dayanar, belə olmamalıdır. KİV DF özü də özünü maliyyələşdirə bilər, müxtəlif üsullar var. Sadəcə olaraq bundan əvvəlkilər ancaq büdcə pullarını darmadağın etməklə məşğul idilər. Onlarınkı o idi ki, ver yeyim, oğurlayım yatım, başqa söhbət yox idi. Çünki onların başqa şey üçün nə intellekti çatırdı, nə də istəkləri var idi.
- Elçin bəy, “Vətənə xidmətə görə” ordeni yəqin ki, karantin qaydalarına görə şəxsən təqdim olunmayıb, eləmi?
- Yox, təbii. Hələ heç nə yoxdur, olanda bilinəcək.
- Prezidentə təşəkkür məktubunuzu da oxuduq. Cavab, hər hansı reaksiya oldumu?
- Reaksiya o oldu ki, President.az saytında çap olundu. Yəqin ki, nəzərinə çatdırıblar.
- Son iki ildə Prezidentə ikinci məktubunuzdur. Keçən il rəhmətlik İsmayıl Şıxlının yubileyinin keçirilməsi barədə sərəncamla bağlı məktub yazmışdınız.
- Bilirsiniz, elementar etik qaydalar var. Yəni kimsə sənə doğru addım atırsa, qiymət verirsə, sən “çox sağ ol” deməlisən. Bunlar elementar şeydir və təbii qəbul olunmalıdır. İndi bir çoxları deyəcək ki, bu da hökumətə satıldı, ya neylədi. Bunlar hamısı boş şeylərdir. Söhbət ondan gedir ki, mən büdrəmişəm, yaxud yıxılmışam, qalxmaq istəyirəm, qalxan məqamda bir insan mənə əl uzadır, ya mənim qalxmağımı sürətləndirir. Mən bu insana mütləq “çox sağ ol” deməliyəm. Deməsəm, deməli, mənim tərbiyəmdə qüsurlar var.
- Bəli, əvvəlki illərdə bu məsələyə fərqli, bir sıra hallarda anormal yanaşmaları müşahidə etmişik, mənzil məsələsində jurnalistlərin adicə təşəkkürünə də sərt təpki verənlər olmuşdu. Sizin yaxın dostlarınız var: Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu, sizin təltifinizə onların reaksiyası necə oldu?
- Arifin mükafatlara münasibətini bilirsiniz, ona görə də sadəcə olaraq dedi ki, bu mükafatını “yuyanda” yəqin ki, məni dəvət eləsən də süzməyəcəksən. Təbii ki, bu, zarafatdır. Hamısı məni təbrik etdi.
- O gün Az TV-də media ilə bağlı müzakirələrdə mükafatlardan da danışıldı. Sizin rəhbərlik etdiyiniz Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı artıq təqdim olunmur. Bunun səbəbi nədir?
- Keçən il təqdim etmişdim, bu il yox.
- Səbəb?
- Birincisi, pandemiya ilə bağlıdır. Mən indi onlayn mükafat paylayası deyiləm. İkincisi də yubiley idi, dövlətin özünün siyahıları var idi, hamının fikri-zikri orda olacaqdı. 146-cı ildönümündə sağlıq olsun, biz bir şey fikirləşərik.
- Düşündüm ki, bəlkə artıq nominasiyaya layiqliləri tapa bilmirsiniz.
- Söhbət ulduz olaraq ortaya çıxanlardan gedir. Ulduz yoxdur, mən görmürəm. Təbii, güclü jurnalistlər var... Bir nəfər var idi, bir neçə il bundan qabaq Zərdabi Mükafatını almışdı, sonra gəldi ki, “mənə birini də ver!” Dedim birincisi, bu, Sovet İttifaqı Qəhrəmanı adı deyil ki, bir neçə dəfə alasan. İkincisi də Zərdabi mükafatı bir dəfə verilir. Dedi nə olar, birini də ver də... Mən peşman oldum ki, o adama həmin adı vermişdim. Mükafatlara belə yanaşmaq olmaz. Gəlirlər, yalvarırlar, əl-ayağa düşürlər, nə bilim adam göndərtdirirlər. Vallah, belə mükafat almaqdansa, o mükafatı ləğv eləmək ondan yaxşıdır. Ən xoşuma gəlməyən şeydir. Mükafat ətrafın sənə verdiyi qiymətdir. O qiymət hansısa maddi forma alırsa, diplom, bir “çox sağ ol” şəklindədirsə, bu, tamam başqa şeydir. Onu heç vaxt xahiş etmək olmaz.
- Bildiyimə görə, sizinlə bağlı bu cür təltif ilkdir, eləmi?
- Bundan əvvəl Əməkdar jurnalist var idi, amma orden kimi, hə, bir ilkdir. Özü də adı mənim üçün şərəflidir: Vətənə xidmət. Bir var deyəydilər mediaya xidmət, o, tamam başqa şeydir, bəlkə deyərdim onu istəmirəm. Amma Vətənə xidmət elə bir şeydir ki, ... biz hamımız gəldi-gedərik, Vətən qalır.
- Siz həm də İTV-dəki “Pressinq”in aparıcısısınız. Veriliş davam edəcək?
- Davam edəcək, sadəcə olaraq, yay tətilidir, adətən, bu ərəfədə belə verilişlər dayanır. Sentyabrın sonu inşallah başlayarıq.
- Yeni sezonda “şok” anonslarla?
- Yox, vallah “şok” sözündən heç xoşum gəlmir, bizim dilimizdə elə bir şey yoxdur. Sağlıq olsun, o məqamda nəsə olacaqsa, kimisə şaşırda biləcəyiksə, onda hə, təbii olacaq. Şok anons bilirsiniz nə vaxt olar: mən çıxıb deyirəm ki, pandemiya yoxdur, artıq dünya COVİD 19-a qalib gəldi.
- Məncə, başqa bir şok xəbər də gözləyirik: torpaqlarımızı azad etdik, erməniyə qalib gəldik, həyata davam!
- Mən heç erməni sözünü işlətmərəm. Deyərəm Qarabağı qaytardıq! Çünki erməni mənim üçün mücül ünsürdür. Erməninin dalında duranlar olmasaydı, sizi inandırıram ki, 6 aydan sonra erməni ilə məsələləri həll edərdik, erməni bizim ayağımıza düşərdi, əgər qıraqdan onu qısqırdan olmasa...
- Cəbhə xətti həm də Qazaxdan keçir. Tez-tez də olmasa, yəqin ki, doğma rayona baş çəkirsiniz.
- Hə, tez-tez getmək olmur, buraxmayacaqlar da. İkincisi, canımız, qanımız, cismimiz hamısı ordadır. Bir şey də deyim. Biz bütün danışıqlarda Dağlıq Qarabağ və ətraf 7 rayonumuzdan danışırıq, ancaq işğalda Qazaxın 7 kəndi var. Düzdür, onların 2-3-ü neytral zonada qalıb, Əskipara, Qızılhacılı, orda yaşamaq olmaz indiki halda, çünki erməninin içidir, amma 4 kənd var ki, onların ümumiyyətlə, adı çəkilmir. O kəndlərin camaatı qaçqın düşüb, amma Qazaxdan qırağa çıxmayıb. Yəni bu məsələ qaldırılmalıdır, çünki bizim torpaqdır və beynəlxalq çərçivədə tanınmış sərhədlərimizdir. Bunları da unutmamalıyıq. Ola bilsin Qarabağ ərazisi ilə müqayisədə bunları az bilirik. Amma torpağın böyük-kiçiyi, az-çoxu olmur. Allah şəhidlərimizin ruhunu şad eləsin! (Musavat.com)
Xəbərin oxunma sayı : 2248
Müsahibə
Xəbərlər
-
“Bizə hörmətlə yanaşsanız, heç bir əməliyyat olmayacaq” - Putin
-
“Kamran Əsədovun bu qədər rahat davranması məni təəccübləndirdi” - Məleykə Abbaszadə
-
Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - FOTO
-
Aylarla xəstəyə baxmayan həkimlər aşkarlandı - TƏBİB-dən xəbərdarlıq
-
Tramp Venesuella ilə müharibə məsələsindən danışdı - “Yox” demədi
-
Yeni il hədiyyə qutularında problemlər aşkarlandı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Narınginin qiymətindən narazı olan aktyora məsləhət: “Neftçilər metrosuna get“
-
Türkiyə “S-400”-ləri Rusiyaya geri qaytaracaq? - Generalın açıqlamaları
-
Azərbaycanlılar niyə əvvəlkindən daha çox xərcləyir? - Statistika
-
Milli Məclis amnistiya ilə bağlı qərar qəbul etdi - Tam mətn
-
Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir - Arayik Arutyunyan
-
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik... - Yeni qanun qəbul olundu
-
Dabaq xəstəliyi kənd süd satışına necə təsir etdi? - Açıqlama
-
Avropa İttifaqının Rusiya aktivləri ilə bağlı planı iflasa uğradı - “Politico“
-
Elektron siqaretlərlə bağlı qadağalar – Qanun ilk oxunuşda qəbul olundu
-
Hökməli və Qobuda yollar təmir ediləcək - Sərəncam
-
Bu obyektlərin tikintisinə - İcazə lazım olmayacaq
-
Si Szinpindən İlham Əliyevə təbrik məktubu: “Sizinlə birlikdə çalışmağa hazıram“
-
Azərbaycana buğda idxalı artıb: Əsas tədarükçülər iki ölkədir
-
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
-
Nazir adı qalmaqallarda hallanan notariusu hansı səbəbə vəzifəsində saxlayıb?
-
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
-
NATO-nun güclənməsi təhlükə yaradır - Gerasimov
-
Özləri də, milyonları da həbsdə: Sabiq məmurların əmlaklarının aqibəti necə olur?
-
Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı - Cəzasını ciddi rejimdə çəkəcək
-
“Avropa Putinlə dialoqu bərpa etməlidir“ - Makron
-
Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı
-
Milli Məclisin iclası başladı - Amnistiya aktı müzakirə olunur
-
Aİ-də açıq parçalanma: üç ölkə Ukraynaya 90 milyard avroluq dəstəyə “yox” dedi
-
Prezident konqres iştirakçılarına müraciət ünvanladı - MƏTN
-
Bakıda ticarət mərkəzinin qarşısında suyun içində yol: Piyadalar təhlükə ilə üz-üzə qalıblar
-
ABŞ ordusu Sakit okeanda iki gəmiyə zərbələr endirdi: Beş nəfər öldürüldü
-
“Səs-küydən mənzildə rahat otura bilmirik” - “Lemoon“ restoranından ŞİKAYƏT
-
Gələn ildən təyyarə ilə səyahət zamanı dərman daşınması tələbi dəyişir? - VİDEO
-
“Venesuelaya zərbələr endirmək üçün Konqresin təsdiqini almağa ehtiyac yoxdur“ - Tramp
-
“Məzun evi“ndə doqquz aydır istilik yoxdur: “Vedrədə su qızdırırıq“
-
Amnistiya dövlətin cəza siyasətində ən humanist və ən məsuliyyətli hüquqi-siyasi qərarlardan biri hesab olunur
-
Ölkəmizdə humanizm ənənələri yaşadılır və inkişaf etdirilir
-
Aygün Kazımova və Samir Bağırov illər sonra eyni səhnədə - VİDEO
-
Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi - Məhkəmə iclası
-
“İran atom bombası hazırlamağı planlaşdırmır“ - Pezeşkian
-
Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? - VİDEO
-
Amnistiya aktı- dövlətin gücü mərhəmətindədir
-
“Hər şey böyük sövdələşməyə doğru gedir“ - LUKAŞENKO
-
“Ağıllı işıqforlar“ ilk olaraq harada quraşdırılıb? - VİDEO
-
Türkiyədə narkotik əməliyyatı:Saxlanılan məşhurlar sərbəst buraxıldı
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Burada hər şey buzdandır - FOTOLAR/VİDEO
-
“Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib“ - Peskov
-
Vilayət Eyvazov yenidən federasiya prezidenti seçilib - FOTO
-
“ATF“ bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb - TENDER
-
“Hazırda “bomj” kimi bir həyat yaşayıram...” - Xalq artisti nədən narazıdır?
-
Amnistiya dövlət humanizminin parlaq təzahürüdür
-
Prezident İlham Əliyevin çıxışları informasiya müharibəsində həlledici rol oynayıb - Cavid Musayev
-
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı
-
Azərbaycanda 6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq - SİYAHI
-
Yeni il hədiyyə qutuları alanların nəzərinə! - Xəbərdarlıq edildi
-
“Qoç ət”in dönərindən tük çıxıb? - Tanınmış reklamçıdan sərt sözlər
-
“İranın nüvə proqramını məhv etdik” - Trampdan sərt açıqlama
-
Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı:Müdirə cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan benzini Ermənistana neçəyə satır? - Papoyandan açıqlama
-
“Nar” lotereyasında böyük finala az qaldı - “Li L9 Ultra” avtomobili səni gözləyir
-
Ticarət mərkəzində bu nöqsanlar aşkarlandı - FOTOLAR
-
Venesuela hərbi gəmilərini dənizə çıxardı - ABŞ-la qarşıdurma riski artır
-
Bakıda narkokuryerdən 11 kq marixuana götürüldü - Əməliyyat görüntüləri
-
Prezident su obyektləri barədə yeni qaydanı təsdiqlədi - FƏRMAN
-
“Əsgərlərimizi Ukraynaya göndərmək niyyətində deyilik” - Meloni
-
“UNİBANK“ın rəhbəri ultralüks villasını satışa çıxardı - FOTOLAR
-
“Məndən başqa sizə heç kim dürüst sözü deməyəcək“ - Rauf Vəliyev narazı işçilərə belə dedi
-
Prezident bu universitetin əməkdaşlarını təltif etdi - SİYAHI
-
Dövlət qurumlarında olan işlərin həllini vəd edirdi - Həbs olundu
-
Təhsilin İnkişafı Fonduna sədr təyin edilib - Yeni rəhbər kimdir?
-
Nazirlikdən Yeni illə bağlı əhaliyə - Müraciət
-
Qəzaya düşən hərbçi dünyasını dəyişdi - Bərxudarovun sürücüsü olub
-
“Putinin Donbasda dayanacağını düşünmək ağılsızlıqdır” - ABŞ konqresmeni
-
Azərbaycanda dezinformasiya problemi ölkənin nüfuzu artdıqca özünü daha qabarıq büruzə verir - Əhməd İsmayılov
-
Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: “AQTA-nın açıqlaması qərəzlidir...“
-
Emin Əmrullayev iki gənci vəzifəyə təyin etdi - Onlar kimdir? (FOTO)
-
Prezident İlham Əliyev Qətər Əmirinə məktub göndərib - MƏTN
-
Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...
-
“Borc faizindən faiz tutulması qanunaziddir“ - Ali Məhkəmə
-
ABŞ Tayvana milyardlarla dollarlıq silah satacaq: Pentaqon TƏSDİQLƏDİ
-
Yük maşını reklam dirəyinə çırpıldı - Xəsarət alan var + Video
-
Türkiyədə genişmiqyaslı əməliyyat:Aleyna Tilki və daha bir neçə məşhur saxlanıldı
-
Müəllimin sinif otağında ölməsinin təfərrüatı... - VİDEO
-
131 min manatı mənimsəyən direktor: “Özümə əlavə dərs saatları yazdırdım“
-
Şabranda şəhərində palçıqlı yollar - Sakinlər təngə gəlib
-
Ağdamda baş verən mina hadisəsi ilə bağlı - Rəsmi açıqlama
-
Tramp xalqa müraciət edib - “Rüsumlar mənim ən sevdiyim sözdür“
-
Saatlı sakinlərinin kabusuna çevrilən yollar - VİDEO
-
Nərimanov rayonunda səkilər zəbt edilib - VİDEO
-
Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO
-
“Sabah“ın ulduzu Azərbaycanı bu ölkəyə dəyişir? - AÇIQLAMA
-
Deputatdan Həmkarlar haqda sərt açıqlama: Fatı qalx, Fatı otur...
-
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı - DETALLAR
-
“NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığına dair sübutlar var“ - Belousov
-
Bakıda məktəblilər arasında yayılan "snus"la bağlı araşdırma başladıldı - Açıqlama
-
Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş - FOTOLAR
-
Yepiskoplar II Qareginin istefasını tələb edir - Aksiya təyin olundu
-
“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur - FOTOLAR
-
Bu bazardan balıq və kürü alanların nəzərinə! - Nöqsanlar aşkarlandı
-
“İranın nüvə proqramını yenidən işə salmasına imkan verməyəcəyik” - “Mossad” rəhbəri
-
Fransaya satdığımız neft 3 dəfə artıb, qiymət isə aşağı düşüb - Ölkələr üzrə siyahı
-
Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi
-
“Mask respublikaçıların yeni seçki kampaniyalarını maliyyələşdirir” - “Axios”
-
Sahibə Qafarova Aİ rəsmisi ilə görüşdü - Nəyi müzakirə edib?
-
“Ramin Nur“ şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir - FOTOLAR
-
Məktəblilər arasında “snus” təhlükəsi - “Köşklərdə satılır”
-
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
-
“Hər kəsdən üzr istəyirəm...” - Suad Qarayeva
-
Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kamran Əliyev bir sıra görüşlər keçirdi - FOTOLAR
-
Azərbaycana 18 ölkədən 13,8 milyon dollarlıq it və pişik yemləri gətirilib – Siyahı
-
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
-
Saxta ödənişlərlə 100 min manatın mənimsənildiyi iddia olunur - Arif Əsgərovun çevrəsində qalmaqal
-
Rusiya sülhə razı olmasa - ABŞ yeni təzyiq vasitələri hazırlayır
-
Mütəşəkkil dəstə üzvlərindən 47 kq narkotik vasitə aşkarlandı - VİDEO
TOP 10
ARXİV






