Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ərdoğandan sərt xəbərdarlıq:“Lazım olan cavabı verməkdən çəkinməyəcəyik“

Tarix 17.08.20, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə qatıldığı proqramda açıqlamalar verib. 

AzFakt.com xəbər verir ki, çıxışı zamanı Yunanıstana və onun arxasında duranlara xəbərdarlıq edən Ərdoğan, “Biz bu günə qədər həmişə yumşaldan olduq. Ancaq Yunanıstan bizim mövqeyimizə eyni şəkildə yanaşmır. Ona görə bunu bilməlidirlər ki, belə yanaşma tərzini davam etdirsələr lazım olanı edəcəyik. Ölkəmiz həm beynəlxalq dəniz hüququ, həm də qəbul olunmuş konvensiyalar baxımından bu məsələdə sonuna qədər haqlıdır. Bu hüququ da əlindəki bütün imkanlardan istifadə edərək müdafiə etməyə davam edəcəkdir. 100 il əvvəl Türkiyəni incə bir siyasət ilə cənubdakı enerji qaynaqlarından kənarda qoyanlar Şərqi Aralıq dənizində bunu bacarmayacaqlar. Qitə sahəsində quldurluğa heç vaxt boğun əyməyəcəyik.Sanksiya və təhdid dili qarşısında geri addım atmayacağıq. Bir əsr əvvəl vətənimizi parçalamağı hədəfləyən Sevr sazişini cırıb atdığımız kimi, bu gün də “Mavi Vətəni” eyni qətiyyətlə qoruyub saxlayacağıq. “Oruc Rəis” gəmimiz planlaşdırıldığı və elan edildiyi şəkildə müəyyən olunan sahədə seysmik tədqiqatlarını aparır. Dəniz qüvvələrimizə aid vasitələr də “Oruc Rəis”i müşayiət edir. “Oruc Rəis” fəaliyyətinə 23 avqusta qədər davam edəcək. Bu müddət ərzində gəmimizə qarşı ən kiçik hücum edilməsi halında lazım olan cavabı verməkdən heç vaxt çəkinməyəcəyik. Daha əvvəl də qeyd etdiyim kimi, biz əsla gərginlik tərəfdarı deyilik. Kimsənin haqqına da əl uzatmırıq. Biz sadəcə millətimizin və Kipr türklərinin hüquqlarını müdafiə edirik. Aralıq dənizində atdığımız bütün addımları beynəlxalq hüquq və mehriban qonşuluq çərçivəsində atırıq”, – deyə bildirib.

Yunanıstandan gözləntilərinin birilərinin qızışdırması ilə deyil, məntiqlə hərəkət etməsi olduğunu vurğulayan Ərdoğan, “Xüsusilə Qərbi Trakiyadakı soydaşlarımıza qarşı dövlət terrorunu xatırladan əməllərə qısa müddətdə son verməsidir. Qərbi Trakiyadakı məscidlərimizə və məktəblərimizə hücumlar edilir. Biz isə tam əksinə, Trabzonda Sümela Monastırının bərpasını yekunlaşdırdıq və gəlib ayinlərini etdilər. Bizim dini azadlıq məsələsində heç kimlə bir problemimiz yoxdur. Hər kəs inancını bu ölkədə təklükəsiz bir şəkildə yaşayır və yaşayacaqdır”, – deyib.




Xəbərin oxunma sayı : 2551




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap