| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Millimizin yeni taktiki sxemi: Beşli müdafiə nə verə bilər?
Tarix 13.09.20, 14:29 |
|
UEFA Millətlər Liqasının ilk oyununda Lüksemburqa 1:2 hesabı ilə uduzduqdan sonra Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Kiprə qarşı II tur matçında fərqli taktiki sxemdən yararlanıb.
"Report" xatırladır ki, Nikosiyada 1:0 hesablı qələbənin qazanıldığı qarşılaşmada 64 yaşlı mütəxəssis ölkə futboluna yaxın olmayan sistemdən istifadə edib. Yəni komanda üzvləri hücum zamanı 3-4-2-1, müdafiə olunanda isə 5-4-1-ə bənzəyən oyun sxemi sayəsində istəklərinə çatıblar.
"Bu düzülüşdə Emin Mahmudova şans veriləcəyini düşünmürəm"
Azərbaycanın tanınmış futbol agenti Səbuhi Səfiyarlı "Report"a açıqlamasında əvvəlcə yığmanın iki oyununu müqayisə edib:"Lüksemburqla matçın heyətində düz olmayan şeylər var idi. Baş məşqçi 4-4-2 sxemindən istifadə etsə də, meydanda topu saxlaya biləcək oyunçu yox idi. Meydanda olan dayaq yarımmüdafiəçiləri Elvin Camalov və Qara Qarayev topla oynamağı sevməyən futbolçulardır, onlar daha çox top almaqda iştirak edən dağıdıcı futbolçulardır. Həmin boşluq da özünü göstərirdi və top bizdə qalmadı. Əslində 10 nəfər qalan komandanın hansısa tattiki düzülüşündən danışmaq düzgün olmaz. Meydanda 11 nəfər qalsaydı, matçın gedişində taktiki dəyişiklik də etmək mümkün idi.
Səfiyarlı komandanın Lüksemburqla görüşdə iki hücumçu ilə meydana çıxmasının düzgün olmadığını vurğulayıb: "Düşünürəm ki, De Byazi komandanı yaxşı tanımırdı. Ortada top saxlayan və ötürmə verən yoxdu. Hesab bərabərləşəndən sonra beşli müdafiəyə keçdik, bu da özünü doğrultmadı. Lakin edə biləcəyi başqa bir şey də yox idi. Meydana Adil Nağıyevin yerinə daha təcrübəlisini buraxsaydı, bəlkə başqa cür olardı. Amma necə olacağını tam dəqiq deyə bilmərik. Kiprlə görüşdə taktiki sxem də dəyişdi və yeni futbolçu Rəhim Sadıxovu meydanda gördük. O, daha çox nəzərə çarpdı, çünki lazım olan boşluğu doldururdu".
"Qəbələ" klubunun sabiq meneceri De Byazinin Kiprlə matçda istifadə etdiyi sxem barədə isə bunları söyləyib: "Bu bir az fərqli taktika idi, beş müdafiəçi ilə oynadılar və onlardan ikisi cinah müdafiəçisi mövqeyində idi. Mənim üçün maraqlı o oldu ki, Abbas Hüseynov sol, Maksim Medvedev isə sağ cinahda oynayırdı. Halbuki baş məşqçi Maksimi mərkəzdə oynadıb, Abbası sağ, Anton Krivotsyuku isə özünə doğma olan sol cinaha qoya bilərdi.
De Byazi bunu etmədi, hər iki cinaha sağ ayaqlı futbolçu qoydu. Hücuma çıxanda cinahdakı oyunçuların rolu önəmlidir. Bizim çempionatda isə "Qarabağ"ın cinah müdafiəçiləri hücuma daha çox qatılır. Bu səbəbdən, hər iki cinahda "Qarabağ"ın futbolçusu oynayırdı. Onlar irəlidə daha çox oynaya bilir və hücuma dəstək olurdular. Bu isə beşli müdafiədə çox vacibdir. İrəli xəttdəki Rəhim Sadıxov və Təmkin Xəlilzadə topla yaxşı oynaya bilən futbolçulardır. Onlar da top saxlamağa çox köməklik edə bilirdilər. Demək olar ki, baş məşqçinin sxemi özünü doğrultdu.
Ev və səfər matçlarında beşli müdafiə ilə, cinahdakı oyunçuların hücuma kömək etməsi şərti ilə oynamaq daha yaxşı olar. Bizdə çoxlu sayda hücumçu, yarımmüdafiədə elə də güclü futbolçular yoxdur. Amma müdafiədən oynaya bilərik, çünki Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Anton və ya məcburiyyət olsa, Maksim də mərkəz müdafiəçisi kimi çıxış etməyi bacarar".
Futbol agenti yığma üzvlərinin Kiprlə matçın ikinci hissəsində sxemə görə yorulmadığını diqqətə çatdırıb: "Bu sxemi baş məşqçi futbolçulara aşılamalıdır. Cinah müdafiəçiləri rəqib hücum edən anda çatmasalar, dayaq yarımmüdafiəçiləri onları sığortalaya bilərlər. Məsələn, bu, Elvin Camalovda yaxşı alınır. Komanda məşq edəndə də sxemə görə məşq edir. 3 müdafiəçi də arxada qalır və onlar bəs edir. Rəqib də topu alan kimi hücuma keçmir. Əsasən, bu sxemdə irəlidə topla oynamaq lazımdır. "Qarabağ"ın cinah müdafiəçilərinin həmişə irəlidə daha yaxşı olduğunu görmüşük. Hücum başlayanda ən azı mərkəz xəttinə qədər gəlirlər. De Byazi də digər komandaların cinah oyunçularının o qədər də irəli çıxdığını görməyib".
Səfiyarlının sözlərinə görə, bu sxem hazırkı Millətlər Liqasında istifadə edilməlidir: "İndiki heyətlə bu düzülüşü daimi etmək olar. Çünki bizim müdafiədən oynaya biləcək futbolçularımız daha çoxdur. Amma sabah hansısa hücumçumuz və ya yarımmüdafiəçilərimiz yüksək səviyyədə olacaqsa, düzülüşü dəyişmək mümkündür. Məncə, hazırkı komanda üçün ən yaxşı sxem elə budur. Bizim çox seçimimiz yoxdur, bu sxemdə oynamaq daha yaxşı olar. Dayaq yarımmüdafiəçilərimizin biri topla çıxa bilsə, daha yaxşı olar. Məsələn, Eddi İsrafilov o cəhətdən çox yaxşıdır. Həm dağıdıcı funksiaları yerinə yetirir, həm də topla çıxa bilir, topu saxlayır və boyu hündür olduğu üçün hava toplarında da yaxşıdır. Eddi gəlsə, bəlkə bu sxem daha effektli olar. Amma bu düzülüşdə Emin Mahmudova şans veriləcəyini düşünmürəm. Hazırkı heyətdə kiməsə nəsə olsa, bəlkə oynayar.
Mahmudov birdən-birə partlayış etməyən futbolçudur və Sadıxov qədər effektli olacağını düşünmürəm. Camalov və Qarayev qədər də dağıdıcı funksiyaya malik deyil. Mən bu heyətə bircə İsrafilovu əlavə edərdim".

Ayxan Abbasov: "Beşli müdafiə ilə də rahat hücum etmək mümkündür"
Əsasən beşli müdafiəyə üstünlük verən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Kiprdəki qələbəyə görə futbolçuları və məşqçiləri təbrik etdiyini bildirib: "Üç gün ərzində Lüksemburqla matçı unudub, növbəti oyuna köklənmək önəmli idi. Bunu bacardılar və sübut etdilər ki, səfərdə də çətin qələbəni qazana bilirlər. Baş məşqçinin istifadə etdiyi sxemə gəlincə, deyə bilərəm ki, hərənin öz sxemi var. De Byazi bu sxemə üstünlük veribsə, yəqin ki, rəqibi analiz edib. Ya da gələcəkdə tam bu sistemlə çıxış etmək istəyir. Düşünürəm ki, milli komandamızda bu düzülüşə görə yetərincə potensiallı oyunçu var. Əsas məsələ futbolçuları sistemə uyğunlaşdırmaqdır.
Baş məşqçinin nə istədiyi də önəmlidir, futbolçuların fərdi keyfiyyətlərinə baxıb çox şey tələb edə bilər. Müasir futbolda bir çox sistemlər var. Bu da normal sistemdir. Böyük klublar da bundan istifadə edir. Biz də "Sumqayıt"a gələndən bu düzülüşə üstünlük vermişik. Millidə də bu sxem pis alınmadı".
39 yaşlı mütəxəssisin sözlərinə görə, klubda tez-tez sistem dəyişmək yaxşı deyil: "Bu, futbolçularda bir az çaşqınlıq yarada bilir. Milli üzvlərinin çox da birgə vaxtları olmur. Rəqibə görə analiz edib, oynamaq olar. Millidə seçimin çoxdur, istədiyin oyunçunu çağırıb, sxemə uyğunlaşdıra bilərsən. Klubda isə əlində olan futbolçunun sayı bəllidir. Sistemə görə transferlər etməlisən, bəzən isə dəyişə bilərsən. Amma 99 faiz bir sistemdə oynayırsan. Yığma növbəti oyunlarda bu yöndə dəyişiklik edə bilər. Amma futbolçular bir sistemə otursalar, daha keyfiyyətli olar".
Gənc baş məşqçi azərbaycanlı futbolçuların sxemlərə uyğunlaşmaması fikri ilə razı olmadığını söyləyib: "Bizim ölkədə oyunçuların güclərini çox qabardırlar. Güclü rəqiblər sənə imkan vermir və müdafiə olunmağa məcbursan. Heç bir baş məşqçi oyundan əvvəl demir ki, siz hücum etməyin və ya az hücum edin. Hər şey rəqibin sənə nə qədər imkan verməsindən asılıdır. Lüksemburq və Kiprə qarşı matçlar çox fərqli idi. İlk matçda bizim futbolçulara həqiqətən imkan vermədilər, 90 dəqiqə təzyiqdə saxladılar. Nikosiyada isə futbolçularımız rahat hücuma çıxa bilirdilər. Bu, rəqibin sənə nə qədər imkan yaratmasından asılıdır. Beşli müdafiə ilə də rahat hücum etmək mümkündür. Bizim futbolçuların nəyəsə güclərinin çatmadığı fikri ilə razı deyiləm. Çempionatımız da zəif tempdə getmir. "Qarabağ" Çempionlar Liqasının qrupuna düşmüşdü. Bu, nümunə olmalıdır".
Abbasov beşli müdafiənin mənfi və müsbət tərəfləri barədə isə bunları deyib: "Tək bunun yox, hər bir sistemin mənfi və müsbət tərəfləri var. Bu gün sistemi komandaya görə qurmalısan. Yığmada 3-4 yaxşı mərkəz müdafiəçisi varsa, onların hamısından istifadə edilə bilər. Topla davranışları və çıxışları yaxşıdırsa, hücum planında üstünlüyün olacaq, 3-5-2-ə keçdikdə iki hücumçu ilə oynamağın üstünlüyü var, rəqibə qarşı irəlidə pressinq etmək olur. Detallara varsaq, üstünlüyü çoxdur. Taktiki düzülüşü baş məşqçi özü bilib komandaya çatdırmalıdır".
Aslan Kərimov: "Müasir futbolda bir çox sistemdən yararlanmaq lazımdır"
Azərbaycan millisinin sabiq futbolçusu və AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov yığmanın ilk oyunundan sonra hamının məyus olduğunu söyləyib: "Mənim subyektim fikrim odur ki, ilk görüşdə məğlub olmağımızın əsas səbəbi Lüksemburqun Kiprə bənzəməməsidir. Kipri hazırkı vəziyyətdə bizim qrupun autsayderi hesab etmək olar. İkinci matçda meydanın mərkəzinə daha yaxşı nəzarət edə bildik. Lüksemburqla görüşdə isə mərkəzdə iki oyunçu var idi, müdafiə baxımından bir çox şeyə nail ola bildilər, lakin hücum baxımından axsamalar oldu. Kiprlə matçda 5-4-1 sxemi ilə çıxış edirdik. Cinah müdafiəçilərinin hücuma dəstəyi hiss edilirdi. Dördlü yarımmüdafiə isə ortaya nəzarət edirdi. Rəhim Sadıxov pleymeyker mövqeyində oynayırdı, topa nəzarəti özümüzdə saxlaya bildik. Qələbənin səbəbi taktiki düzülüşlə yanaşı, tipik pleymeykerin meydanda olması və Kiprin Lüksemburqa nisbətən zəif komanda olmasıdır".
Kərimovun fikrincə, De Byazinin gələcəkdə hansı sxemə üstünlük verəcəyini demək çətindir: "Bəlkə də Kiprdən başqa digər iki rəqibimiz Monteneqro və Lüksemburq bizdən üstündür. Üstün deməyək, bəlkə də hansısa uyun üslübuna görə bizdən qabaqda olurlar. Lüksemburq bunun bariz nümunəsini göstərdi. Biz növbəti matçlarda da bu düzülüşlə müdafiədən oynaya bilərik. Rəqib meydanındayıqsa, ən doğru seçim bu olar. Əslində 5-4-1 və 5-3-2 ilə oynayan top-komandalara baxanda görürük ki, lazım olanda müdafiəyə meyilli çıxış edir, lazım gəldikdə isə rahat hücum edirlər. Məsələn, "Çelsi" Kontenin dönəmində bundan istifadə edirdi, "Qarabağ"a qarşı da beşli oynadılar, amma hücumameylli oyun sərgiləyirdilər. Əslində sistem bir şey demək deyil, Kiprə qarşı beş müdafiəçi ilə başladıq, amma daha dominant çıxış edirdik. Mövqelərdə olan futbolçuların hansı funksiyanı yerinə yetirmələri önəmlidir. İki cinah müdafiəçisini bu sxemdə hücumameylli və ya müdafiə üçün oynada bilərsən. Hansı sistemdə meydana çıxmaq önəmli deyil, oyunçulara verilən tapşırıqlar vacibdir. Baş məşqçi deyə bilər ki, istəmirəm hücuma çox qatqı verəsiniz, müdafiədə qalın".
Keçmiş müdafiəçi özünün bu sistemdə oynamadığını sözlərinə əlavə edib: "Maarifləndirmədə işlədiyimə görə, bu düzülüşdə çıxış edən bir çox komandalarla rastlaşmışıq. Taktiki düzülüş bizim millidə qala bilər. Sadəcə, bəzən dördlü müdafiəyə keçə bilərik. Önəmli olan iki hücumçu ilə oynamaq idi, bu isə bir az ağır olur. Birinci oyunda 4-4-2-dən istifadə etdik. Bu düzülüşdə oynaya bilən hücumçulara malik deyilik. Hücumameyilli oyunçularımız var, amma bizdə o tipdə olan iki hücumçu yoxdur. Bu baxımdan, yaxşı olardı ki, orta xətti gücləndirək. Baş məşqçinin beşli müdafiəyə nə dərəcədə önəm verəcəyini demək çətindir. Bunun güclü və zəif tərəfləri var. Güclü tərəf odur ki, meydanın enini tam olaraq bağlaya bilirsən, qapının ağzında isə minimum 3 mərkəz müdafiəçisi olur. Mənfi tərəfi odur ki, 5 nəfər arxa xəttədirsə, hücuma çatdırmaq bir az çətin olur".
Kərimovun sözlərinə görə müasir futbolda bir çox sistemdən istifadə etmək lazımdır: "Birindən yapışıb qalsan, nə vaxtsa başağrısı olacaq. Çoxtərəfli oynamaq məcburiyyətindəsən".
Əlavə edək ki, italiyalı baş məşqçilər belə taktiki düzülüşə önəm verirlər. Antonio Kontenin 2011 - 2014-cü illərdə İtaliya "Yuventus"unda istifadə etdiyi 3-5-2 sxemi də buna bənzəyirdi. Həmin düzülüşdə yaxşı mərkəz müdafiəçiləri, sürətli cinah oyunçuları və hücumun sivri ucunda çıxış edə biləcək forvard lazım gəlir. Azərbaycan millisi üçün müdafiəçi tapmaq hücumçu tapmaqdan daha asandır. Bəlkə də məhz bu səbəbdən De Byazi Kiprlə görüşdə bu taktikaya üstünlük verib. Lüksemburqla qarşılaşmada isə meydana iki mərkəz hücumçusu çıxsa da, bu, effekt verməyib.
Xəbərin oxunma sayı : 340
İdman
Xəbərlər
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
TOP 10
ARXİV






