“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ermənistan rəhbərliyi öz xalqını təhqir etməyə başladı - Fərariliyin qarşısını ala bilmirlər

Tarix 17.10.20, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın hərbi rəhbərliyi çaşqınlığını və məyusluğunu gizlətməkdə çətinlik çəkir. Aqoniya və isterika içərisində olan Ermənistan rəhbərliyi artıq öz xalqının kişi cinsindən sayılan kəsimini təhqir etməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi sözçüsü Artsrun Ovannisyan öz sosial şəbəkə səhifəsində erməni kişilərini qeyrətli olmağa çağırıb.

Erməni qadınlarını erməni kişilərinə misal göstərən A.Ovannisyan onları qadınlara layiq olmağa, ləyaqət göstərməyə dəvət edib: “Maşınlara bayraq asıb patriotik mahnılar oxudaraq İrəvan küçələrində şütüməklə qələbə yaxınlaşmır.”

Müdafiə Nazirliyinin sözçüsü deyib ki, onun tələbələri olan qızlar könüllülər dəstəsinə yazılır, hətta onların arasında “canlı bomba” olmaq istəyənlər də var: “Erməni qadınlarına layiq olun. Artıq 20 gündür 18-25 yaçında əsgərlər və zabitlər ön cəbhədə ölümlə üz-üzə dayanırlar. Onlara layiq olaq.”

Bununla da nazirlik sözçüsü əslində ermənilərin hərbi səfərbərlikdən, orduya könüllü qoşulmaq çağırışlarından boyun qaçırdığını etiraf etmiş olub.

Göründüyü kimi, Ermənistanın hərbi rəhbərliyini cəbhədəki uğursuzluq bir tərəfdən, erməni kişilərinin fərariliyi isə digər tərəfdən çıxılmaz vəziyyətə salıb.

Bütün çağırışlara baxmayaraq, ermənilərin döyüş xəttindən qaçması, döyüşə yararlı ermənilərin isə cəbhəyə yollanmaqdan boyun qaçırması, fərarilik etməsi Ermənistan rəhbərliyini öz vətəndaşlarını təhqir səviyyəsində aşağılamasına səbəb olub. 

Və göründüyü kimi, erməni kişilərinin ölkəni tərk etməsinə qoyulan qadağalar, səfərbərlik tədbirləri və s. heç cür məğlubiyyətin, eləcə də ermənilər arasında fərariliyin qarşısını ala bilmir.




Xəbərin oxunma sayı : 538




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap