| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Türk dünyası ilə Kremlin fərqi: Rusiyanın hərbi eksperti Ermənistana nə təklif edir?..
Tarix 04.01.21, 14:29 |
|
Tarix boyu zəiflərin ən təsirli silahı “dilgödəkliliyi” və “sülhpərvər mehribanlığı” olub. Bu xüsusiyyətlərini yumşaq gücə çevirə bilən dövlətlər yalnız yaşamaq hüququ qazana biliblər. Ətrafdakı daha böyük güclərə arxalanıb başqasının ərazisinə göz dikənlər isə adətən uzun illər himayədarlarının istismarına məruz qaldıqdan sonra düşmənləri qarşısında ağır məğlubiyyətə uğrayıblar. Çünki hər alətin son istifadə müddəti olur və himayə qarşılığında özünü tükəndirən zəiflər əvvəlki faydalılıq əmsalını itirəndə tərk edilirlər. 30 il Rusiyanın himayəsinə sığınaraq Azərbaycandan qazandıqlarını ordumuzun dəmir yumruğu ilə 44 gün ərzində itirən Ermənistan kimi.
44 günlük Vətən müharibəsində zəng edib yalvarmadığı dünya lideri buraxmayan Ermənistan rəhbərliyi yenidən Rusiyanın himayəsinə sığınıb revanş müharibələrindən dəm vurur. Bəzi erməni liderləri bir az da uzağa gedərək son uğursuzluqlarını müharibə məğlubiyyəti kimi yox, sadəcə müvəqqəti geriçəkilmə kimi qiymətləndirməkdən belə çəkinmirlər. Onların ümid yeri kimi baxdıqları ünvan isə yenə də əsasən Rusiyadır.
Bəs bu ümidin müqabilində Kreml Ermənistana nə vəd edir?
Rusiyanın hərbi sənaye kompleksinin sözçülərindən olan MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri, hərbi ekspert Vladimir Yevseyevin İrəvana qurtuluş resepti kimi təqdim etdiyi müdafiə təklifləri bu suala kifayət qədər aydınlıq gətirir.
Ovqat.com-un məlumatına görə, rus hərbi eksperti “Sputnik Ermənistan”a verdiyi açıqlamasında öz tövsiyyələrini bu cür sıralayır:
“İlk növbədə, Ermənistan Silahlı Güvvələri gələcək inkişafı və silahlanması zamanı əsas diqqəti kəmiyyətcə deyil, keyfiyyətcə üstünlüyə ayırmalıdır”. Onun sözlərinə görə, Rusiyanın bu sahədə müttəfiqinə təklif edə biləcəyi çox şey var:
"Bu yaxınlarda Azərbaycanın havadakı üstünlüyü ilə keçən müharibənin təcrübəsini nəzərə alsaq, Ermənistana hava hücumundan müdafiə sisteminin müasirləşdirilməsi son dərəcə vacibdir. Aydındır ki, yalnız ZRK "OSA" və bir neçə ədəd "Tor" silah sistemləri ilə kifayətlənmək olmaz. Müasir hava müdafiə sistemlərinin yaradılması üçün bir sıra komponentlər olmalıdır. Birincisi, C-400 sistemləri almaq lazımdır, HHM hərbi sistemlərindən isə mən ZRK "Pansir - SM" və bundan başqa daha çox "Tor" komplekslərini təklif edərdim", - Yevseyev “Sputnik Ermənistan”a müsahibəsində bildirib.

Ekspertin fikrincə, güclü HHM sisteminin inkişafı müasir radioelektron mübarizə sistemləri olmadan mümkün deyil: “Odur ki, Ermənistan "Krasuxa" REB-in yerüstü sistemlərini və "Xibina" hava bazalarının REB-ni əldə etməlidir. Hər iki sistem düşmən uçuş aparatlarına qarşı mübarizə aparmaq üçün etibarlı və effektiv hərb aləti kimi özünü təsdiqləyib”.
Bundan əlavə, Yevseyev hesab edir ki, Azərbaycan Ordusunun çoxlu sayda pilotsuz uçan aparatları var, gələcəkdə Ermənistan da pilotsuz uçan aparatlardan istifadə etməli olacaq. Ekspertin təklifinə əsasən, Ermənistanın pilotsuz uçan aparatlar sahəsində öz istehsalının olduğunu nəzərə alsaq, gələcəkdə bu seqmenti inkişaf etdirmək olar: “Məlumdur ki, hazırda Rusiya da öz pilotsuz aviasiyasını sürətlə inkişaf etdirir. Söhbət 2024-cü ildə Rusiya ordusuna daxil ola biləcək "Oxotnik"lərdən gedir”.
Müasir pilotsuz təyyarələrin Ermənistan-Rusiya birgə istehsalını tamamilə real sayan Yevseyev nədənsə, Azərbaycanın da 2024-cü ilə qədər yatmayacağını, Türkiyə və İsraillə bərabər ərsəyə gətirdiyi “İtiqovan”larını inkişaf etdirə biləcəyini hesaba qatmır.
Bununla belə, Yevseyev də pilotsuz uçan aparatlardan səmərəli istifadə etmək üçün inkişaf etmiş idarəetmə sisteminin lazım olduğunu anlayır və İrəvana Rusiyanın hərbi idarəetmə sistemlərini almağı məsləhət bilir.

"Rusiyanın peyk sistemlərinə çıxış əldə etmək də Ermənistan üçün maraqlı olardı. Bu barədə danışıqlar aparmağa başlamaq olar. Əgər Ermənistan Rusiya kosmik kəşfiyyatının verdiyi məlumatlardan istifadə etmək imkanı əldə etsə, bu, onun döyüş imkanlarını xeyli artıracaq. Müharibəni real vaxtda aparmağı bacarmaq lazımdır, amma hələlik, təəssüf ki, erməni silahlı qüvvələri bunu edə bilmir", - deyə o bildirir.
Bu yerdə rusiyalı ekspert unudur ki, Ermənistan Rusiyanın kosmik peyklərindən nə dərəcədə istifadə edib-etməyəcəyi bəlli olmadığı halda, Azərbaycanın fəzada 3 ədəd öz peyki var. Və onlardan istifadə etmək üçün nə kiməsə ağız açmalı, nə də əlavə pul ödəməlidir.
Hərbi ekspert hesab edir ki, yaxın illərdə Ermənistan pilotlu aviasiyanın inkişafını da davam etdirməlidir: “Güclü qırıcı aviasiya olmadan təkcə havada üstünlük qazanmaq yox, həm də hava hücumundan səmərəli müdafiə barədə danışmaq mümkün deyil. Ümumiyyətlə, havada hökmranlıqdan danışırıqsa, bu “uzun zəncir”də bütün həlqələr eyni dərəcədə vacibdir – qırıcılar, dronlar, hücum təyyarələri, vertolyotlar. Bu sahədə qırıcılar bütün bu sistemin təməl daşıdır. Onlar olmadan havadan müdafiə sistemi tamamilə dağıla bilər. Qeyd etmək lazımdır ki, Ermənistan hərbi rəhbərliyi uzun illər bu sadə həqiqəti anlamırdı və bu səbəbdən Ermənistan ilk addımlarını yalnız indi atmağa başlayıb. Keçən il isə İrəvan 4 ədəd Su-30SM çox məqsədli qırıcı almışdı və bu təyyarələrin daha səkkizini almağı planlaşdırırdı”.
Ekspert deyib ki, effektli hava müdafiəsi üçün dörd təyyarəylə kifayətlənmək sadəcə “ağılsızlıq”dır: “Cəmi 4 təyyarə sadəcə faydasız oyuncaqlardır. Bu maşınların tam imkanlarını təmin etmək üçün ən azı bir dəstə – 12 təyyarəyə malik olmalısan. Elə həmin müharibədən bir ay əvvəl oraya göndərilmiş Türk F-16-ları sayəsində Azərbaycan havada hökmranlıq qazana bildi. Türkiyə təyyarələri olmasaydı, Bakının imkanları xeyli məhdudlaşardı”.

Görünür, rus ekspert həmin F-16-ların Dağlıq Qarabağ döyüşlərinə qatılmaq üçün Azərbaycana göndərilmədiyini və bu savaşda istifadə olunmadığını da unudur.
Vladimir Yevseyev təkcə hərbi aviasiya ilə kifayətlənməməyi, quru qoşunlarını da inkişaf etdirməyi məsləhət görür.
“Aviasiyanın roluna, əlbəttə, etiraz etmək mümkün deyil, amma nəzərə almaq lazımdır ki, hərbi əməliyyatların əsas hissəsi yer üzündə gedir. Bu isə o deməkdir ki, quru qoşunlarının da ciddi modernləşməyə və komplektləşdirməyə ehtiyacı var”, - deyən Yevseyevin fikrincə, Qarabağdakı son müharibə Ermənistan ordusunda özüyeriyən silahların çatışmazlığını üzə çıxardı:
"Bu qədər az sayda özüyeriyən texnikaya sahib olmaq yolverilməzdir. Erməni artilleriyasının əsas hissəsi yedəyə qoşulan alətlərdir. Bu vəziyyət artilleriyanın hərəkətliliyini son dərəcədə azaldır. Özüyeriyən silahların kalibrləri də müxtəlif olmalıdır – böyük kalibrli "Pionlardan" kiçik kalibrli silahlara qədər. Mən bunları deyərkən batalyon taktiki qruplar səviyyəsində effektiv döyüş əməliyyatlarında istifadə olunan atəş dəstəyini nəzərdə tuturam. Bu atəş dəstəyi ilk növbədə, özüyeriyən texnikalarla təmin olunur",
Azərbaycanın hərbi arsenalında "Qrad”lar və "Tornada”lardan tutmuş İsrailin “LAR – 160” və Türkiyənin “Kasirga”larına qədər geniş diapazonlu reaktiv sistemlərin olduğunu xatırladan ekspertin fikrincə, Ermənistan ordusu bu cür zənginliklə öyünə bilməz: “Düzdür, Ermənistanın da "Qradları" və "Tornada”ları var, amma onların sayı düşmənlə müqayisədə xeyli azdır”.
Ekspert Ermənistana gələcəkdə müasir T-90 tanklarının, piyadaların döyüş maşınlarının – BMP-3-lərin alınmasına xeyli pul xərclənməyi də məsləhət bilir. Amma nə ilə? Nəzərə alsaq ki, Ermənistanın bütün dövlət büdcəsi cəmi 2 milyard dollardır və son döyüşlərdə Azərbaycan ordusunun sıradan çıxardığı hərbi texnikaların dəyəri bu rəqəmdən daha böyükdür, Ermənistan nəinki hərbi qüdrətini inkişaf etdirmək, hətta əvvəlki vəziyyətə gəlmək üçün illər boyu yeməyib, içməyib əlindəki-ovcundakı bütün pullarını müdafiə sisteminə xərcləməlidir. Üstəlik, pandemiya iqtisadiyyatı dövründə bu pulu tapa bilsə.

Görünür, rusiyalı ekspert də açıqlamasının axırında Ermənistanı çox çətinə saldığının fərqinə vardığından fikrini belə yekunlaşdırıb: “Şübhəsiz ki, sadalanan bütün silah sistemlərinin satın alınması ölkə iqtisadiyyatdan və əhalidən böyük fədakarlıqlar tələb edir”.
Bir sözlə, Rusiyanın hərbi sənaye kompleksinin sözçüsü kimi çıxış edən Vladimir Yevseyev guya dost canıyananlığı ilə son müharibədə bədbəxt vəziyyətə düşən İrəvana “əlin cibində olsun” mesajı göndərir. Halbuki, onun bu dostanə təklifləri ilə qarşılaşdırdığımızda Ermənistanın düşmən kimi gördüyü Azərbaycanın və Türkiyənin məsələyə yanaşmaları müqayisəedilməyəcək dərəcədə daha ədalətli və vicdanlıdır. Xatırlayırsınızsa, müharibənin son günlərində Azərbaycan prezidenti İlham Əliyev İrəvanı bu axmaq düşmənçilikdən vaz keçib ölkəmizin qoşulduğu beynəlxalq iqtisadi layihələrdə iştirak etməyə çağırmışdı. İlham Əliyevin bu təklifi erməni xalqına firavanlıq və iqtisadi yüksəliş gətirəcəyi kimi, başqalarının təlqinləriylə Azərbaycanın yumruğu altında bir daha əzilməmək fürsəti verərdi.
Eyni təklif 100 ildir yalançı “erməni soyqırımı” ittihamları ilə İrəvanın guya beynəlxalq arenada çətinə saldığı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən də səsləndirilmişdi. Türkiyə prezidenti Bakıya son səfərində Ermənistanın da aralarında yer aldığı regional 6-lıq ittifaqının qurulması ideyasını irəli sürmüşdü. Türkiyə, İran, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi əməkdaşlığını ön görən bu təklifə hazırda iqtisadi böhran keçirən düşmən dövlətin daha çox ehtiyacı var.
Bax, budur Türk dünyası ilə Kremlin fərqi: Biz düşmənimizi belə islah edib haqq yoluna gətirməyi, Rusiya isə döşlərindən qan gələn dostunu hələ də sağmağı düşünür.
Xəbərin oxunma sayı : 409
Analiz
Xəbərlər
-
AQEM-in 7-ci Sammiti: Unikal dialoq platforması
-
Füzuli Zəfərin və Böyük Qayıdışın simvoludur
-
Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
-
Füzuli uğrunda gedən döyüşlər Ordumuzun şücaətinin göstəricisi idi
-
AQEM-in 7-ci zirvə görüşü Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolunu nümayiş etdirdi
-
Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
-
Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan
-
Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil - Edi Rama
-
Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərib - Repçi Navainin həbsi ilə əlaqədar
-
Özəl məktəblərdə təhsil haqqı 5-45 min manat arasında dəyişir - Siyahı
-
Azərbaycanda gənc kişilər qadınlardan 2,2 dəfə çox ölür - SƏBƏBLƏR
-
PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
-
Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır
-
“Yenidən evlənmək və ana olmaq istəyirəm” - Hadisədən etiraf
-
Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə
-
Bu şəraitdə toyuq kəsirmişlər - Sex bağlandı
-
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı - Paylaşım
-
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
-
“Ərdoğan sonuncu dəfə namizəd olacaq” - Türkiyədə seçkilərin vaxtı açıqlandı
-
Ailədə bir qazi, iki əsgər var - Nəsimi Musayevin atası maraqlı detallar AÇIQLADI
-
DTX-nin saxladığı şəxslərə hökm oxundu - Sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilirlər
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?
-
Kərə yağı ilə bağlı xəbərdarlıq - “İstehsalçılar bu boşluqdan istifadə edir”
-
Azərbaycan xalqı Füzuli Şəhər Gününü qürur və sevinclə qarşılayır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Saleh Səmədova hökm oxundu - Keçmiş “ağsaqqal“a 8 il cəza kəsildi
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTO
-
Azərbaycanda bankların mənfəəti açıqlanıb - Tam siyahı
-
Mətbuat Şurasının İdarə Heyəti dəyişir - Yeni namizədlərin siyahısı
-
Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar
-
Pakistanda dərs zamanı məktəbin damı çökdü - 32 şagird öldü
-
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - İlham Əliyev
-
“Bal Badem“ vergidən yayınır? - Şirniyyat evi müştərilərindən kartla ödənişi qəbul etmir
-
14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
-
Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib - Tokayev
-
Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - Məhkəmə
-
“Bizi müharibəyə Ermənistan məcbur edib“ - Prezident
-
Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
-
İrana hücum planı sızıb, əməliyyat təxirə düşüb - “Onları güllələmək lazımdır”
-
Azərbaycanda “Rəqəmsal rabitə“ informasiya sistemi yaradılır - SƏRƏNCAM
-
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib - Prezident
-
Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub - Mask
-
“Neft emalı zavodlarına hücumlar bərpa olunacaq“ - Zelenski
-
“Dərnəgül bazarının “Abşeron” TM-ə köçürülməsi qiymətləri aşağı sala bilər” - VİDEO
-
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
-
Azərbaycanlı reper saxlanıldı - Hansı cəza verilə bilər?
-
Naxçıvanda xəstələrin ərzağını məmurlar mənimsəyir - Narazılıq var
-
Beyləqanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - Fotolar
-
“Yelo Bank”ın mənfəəti kəskin azaldı - Şirkətlər pullarını bankdan geri götürür
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı - Yeni qiymət
-
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - Fotolar
-
Hicaba dair qadağanın olduğu məktub saxtadır - Media və Yayım Şurası
-
Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - VİDEO
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib - Zirvə Toplantısında iştirak edəcək
-
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
-
İki xalq arasında dostluq münasibətlərinin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə
-
Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər
-
“Aston Villa”dan darmadağın, “Real”dan geridönüş - ÇL-də gecənin nəticələri
-
Azərbaycan-Laos münasibətlərinin yeni əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərən Birgə Bəyanat
-
Azərbaycan-Laos münasibətlərini yeni mərhələyə yüksəldə, ölkəmizin Asiya istiqamətində əməkdaşlıq imkanlarını daha da genişləndirə bilər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsrail Prezidenti Azərbaycana gəldi - FOTOLAR
-
Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb - Hesabat
-
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
-
İçkili halda sükan arxasına əyləşdi - Arvadı öldü, oğlu yaralandı
-
Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
-
Ət bazarında qiymətlər niyə dayanmadan artır? - VİDEO
-
İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
-
Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi
-
“Azərbaycan ittiham etmək tamamilə əsassızdır“ - Rəsmi Bakıdan Fransaya çağırış
-
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
-
İnsanlar hər ay banklara 240 manat borc ödəyir - Son 6 ildə 2,6 dəfə artıb
-
Böyük Britaniyaya qarşı yönələn təhlükələr dörd dəfə artıb - Kəşfiyyat
-
Sabiq sədrin məhkəməsi: Şahid istintaqdakı ifadəsini təsdiqləmədi
-
Kiyev vuruldu, ABŞ xəbərdar etmədi - Ölənlər və yaralananlar var...
-
Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ
-
“Sabah” qələbəyə görə nə qədər qazanıb? - Klubların siyahısı
-
“300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib“ - Prezident
-
Kirayə mənzillər ucuzlaşdı - Median qiymət açıqlandı
-
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
-
Maskdan Respublikaçıların seçki kampaniyasına ianə - 366 milyon dollar
-
Azad edilmiş ərazilərin bərpasına 25.5 milyard manat ayrılıb - Prezident
-
Şura İran və Türkiyə ilə bağlı bəyanat verdi - TAM MƏTN
-
“Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır“ - Paşinyan
-
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı - Video
-
“Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq” - Lukaşenko
-
Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ
-
Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO
-
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edə bilər - “Politico“
-
Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi
-
Azərbaycan-Kamboca münasibətlərində yeni dövr
-
“Azərbaycanda hicab qadağan olunmayıb, bu məsələ həll olunacaq...“ - Şeyxdən AÇIQLAMA + VİDEO
-
Azərbaycan-Kamboca münasibətlərində yeni əməkdaşlıq mərhələsində
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
-
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Video
-
“44 il əvvəl səfər etdiyim Azərbaycanı çətinliklə tanıdım“ - Laos lideri
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - RƏSMİ
-
“Bu sərmayələr bizim imkanlarımızı göstərir“ - Prezident İlham Əliyev
-
“Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir“ - Donald Tramp
-
Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - Statistika
-
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
-
Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı
-
Azərbaycan-Laos sənədləri mübadilə edildi - FOTOLAR
-
Bu vəziyyətdə 5 ay əlillik təyinatı ilə bağlı cavab gözləyib... – Video
-
Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - VİDEO
-
Prezidentlər təkbətək görüşdü - FOTOLAR
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO
-
Aeroportlar yenə bağlandı - Türkiyədən uçan təyyarələr geri qayıtdı
-
Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq - “The Atlantic“
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 131 dolları ötüb
-
Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO
-
“44“ bədii filminin premyerası oldu - FOTOLAR
-
Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO
-
Paytaxtın bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - Sərəncam
-
Aİ ilə bağlı referendum keçirməyəcəklər - Baş nazir açıqladı
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO
-
Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? - Azərbaycana gözlənilən qərar
TOP 10
ARXİV






