“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

AFFA Bundesliqadan 4 futbolçunu milliləşdirir - ADLAR

Tarix 07.01.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda milliləşdirmə siyasəti 2021-ci ildə də davam edəcək. Daha 4 Türkiyə əsilli futbolçunun ölkəmizə köçmək variant yaranıb.

Bunların hamısı Almaniyanın III Bundesliqa klubunda çıxış edən oyunçulardır. Konkret olaraq, "Türkgücü Münhen”in mərkəz müdafiəçisi Erol Alkan, "Çvikkau”nun sol cinah müdafiəçisi Can Coşkun, "İnqolştadt”ın hücumçusu Fatih Kaya və "Yurdingen”in forvardı Muhammed Kiprit hazırda "Sumqayıt” klubu və AFFA rəhbərliyinin diqqət mərkəzindədir.

Adıçəkilən oyunçuların "Sumqayıt”a gəlməsi və ümidləri doğrultması təqdirdə milliləşdirilməsi nəzərdən keçirilir. Onlardan birinin hətta "Neftçi”nin formasını geyinmək ehtimalı da mövcuddur. Erol və Canın klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdirsə, digərləri 2022-ci ilin yayına qədər komandalarına məxsusdur. Azərbaycan millisində çıxış etmək perspektivi bu oyunçular üçün də cəlbedicidir.

23 yaşlı Can Coşkun müdafiənin hər iki cinahında, 27 yaşlı Erol Alkan sağ cinahında, eyni zamanda dayaq yarımmüdafiəçisi mövqeyində, 21 yaşlı Fatih Kaya hücumun hər üç xəttində çıxış edə bilirsə, 22 yaşlı Muhammed Kiprit mərkəz hücumçusudur. 

Ucaboy Erol Alkan Niderlandda, digərləri isə Almaniyada doğularaq futbolun sirlərini öyrənib. Muhammed bir mövsüm Avstriyada da oynayıbsa, Erol Niderland və Almaniya ilə yanaşı, Türkiyə, həmçinin Bolqarıstanda çıxış edib.

Can Coşkun Türkiyənin U-19 və U-21, Fatih Kaya Almaniyanın U-19, Muhammed Kiprit Almaniya və Türkiyənin U-19, eyni zamanda Türkiyənin U-21, Erol Alkan isə Türkiyənin U-21 yığmasının formasını geyinib. Sonuncu hətta 2017-ci ildə Rumıniya və Albaniya ilə yoldaşlıq görüşlərində Türkiyənin əsas millisinə dəvət alıb, lakin meydana çıxmayıb.

apasport.az



Xəbərin oxunma sayı : 811




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap