“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ-dan İrana qarşı sensasion ittiham:“Tehranda “Əl-Qaidə“nin bazası var“

Tarix 13.01.21, 23:13

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın ən təhlükəli cihadçı terror təşkilatlarından biri nəinki yoxa çıxa, ağıla gəlməyən bir müttəfiqi sayəsində yenidən canlanmağa başlaya bilər.

AzFakt.com “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı sensasion bəyanatla çıxış edib. O deyib ki, ABŞ-ın 2001-ci il 11 sentyabr tarixində Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə və Pentaqona hücumlar həyata keçirən Əfqanıstandakı “Əl-Qaidə”ni hədəf almasından, təxminən, iyirmi il sonra bu terror qruplaşması özünə yeni bir “ev” qurub.

“”Əl-Qaidənin yeni bir bazası var, bu, İran İslam Respublikasıdır” – deyə, Pompeo Vaşinqtondakı Milli Mətbuat Klubundakı çıxışı zamanı bildirib.

“Tehran “Əl-Qaidə”yə vəsait toplamasına, dünyadakı “Əl-Qaidə” üzvləri ilə sərbəst ünsiyyət qurmasına və əvvəllər Əfqanıstandan və ya Pakistandan idarə olunan bir çox funksiyanı yerinə yetirməsinə imkan verib. Bu yardımlar nəticəsində “Əl-Qaidə” liderliyini Tehranda mərkəzləşdirib” – deyə, o əlavə edib və İranı terror qruplaşmasının yeni “əməliyyat qərargahı” kimi xarakterizə edib.

ABŞ prezidenti Donald Trampın prezidentlik vaxtının azaldığı bir vaxt Birləşmiş Ştatların baş diplomatının xəbərdarlığı Tramp administrasiyanın diqqətini yenidən İrana qaytarıb.

Bu, eyni zamanda son bir neçə ayda administrasiyanın digər rəsmiləri tərəfindən “Əl-Qaidə” ilə bağlı qiymətləndirmələrindən təəccüblü bir dəyişikliyi də təmsil edir.

Dövlət Departamentinin Terrorla Mübarizə Koordinatoru, səfir Natan Seyls keçən ilin noyabr ayında virtual bir forumda “Şübhəsiz ki, “Əl-Qaidə”nin durumunun ağır olduğunu düşünürəm” deyib.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Robert Obrayen də eyni dərəcədə nikbin idi. Bir gün əvvəl o, ABŞ-ın “Əl-Qaidə”yə qarşı göstərdiyi təzyiqlər səbəbindən bu təşkilatın ABŞ-a qarşı genişmiqyaslı hücumlar həyata keçirmək iqtidarında olmadığını deyib.



Xəbərin oxunma sayı : 358




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap