Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Nikah yaşına çatmayanlarla dini kəbinin kəsilməsi qadağan edilir - VİDEO

Tarix 26.05.24, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Nikah yaşına çatmayanlarla dini kəbinin kəsilməsi qadağan edilir
Azərbaycanda nikah yaşına çatmayanlarla dini kəbinin kəsilməsi qadağan edilir. Uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir.

Xezerxeber.az-ın məlumatına görə, qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədər yeni tələblər yer alıb. Yeniliklərə əsasən, qanunla nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan ediləcək.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, bu sahə ilə bağlı qanunların yenilənməsinə ehtiyac var. 

Hicran Hüseynova qeyd edib ki, erkən nikah hallarının statistikası mövcuddur. Qanunvericiliklə erkən nikah qadağandır və bu adla hansısa akt icra olunursa, tərəflər məsuliyyət daşıyırlar. 

İlahiyyyatçı Ağa Hacıbəyli isə qeyd edib ki, həddibuluğa çatmamış qızların ərə verilməsi kabusdur. "Qız yükü, duz yükü" deyib, qızlarını erkən yaşda, yaxud da ağına-bozuna baxmadan ata ocağından didərgin salıb ərə verməklə onları necə çıxılmaz dərənin dibinə yuvarladıqlarının fərqində olmurlar.

Belə tələsik qurulan ailələr uğursuz və bəzən də qızların ağır fizioloji və psixoloji travma almalarına səbəb olur. 

Ağa Hacıbəyli qızların erkən nikaha girməsinə görə daha çox valideynlərin üzərinə məsuliyyət düşüdüyünü deyir.

Onun sözlərinə görə, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq heç bir halda normal qəbul edilə bilməz. 





Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap