Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Paşinyan sürətlə nüfuzunu itirir – Baş nazir xalqın gözündən niyə düşür?

Tarix 30.11.19, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


“Ötən həftə “Twiplomacy” təşkilatı “Facebook” sosial şəbəkəsində aktiv siyasətçilərin reytinqini açıqlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan yaxşı nəticə göstərərək siyahıda 10-cu yerdə qərarlaşıb.

Həqiqətən də, dövlət başçısı gah “məxməri” inqilabdan sonra məskunlaşdığı iqamətgahda dolaşır, gah ailəsi ilə istirahət edir, gah diaspora nümayəndələri ilə şəkil çəkdirir, gah Aİİ liderlərini mikroavtobusa yığır, gah da iqtisadi artım haqqında məlumatlarla xalqı sevindirir. Baş nazirimiz “xalqın” naziridir, bunu heç kim inkar edə bilməz”, - Samvel Oqenasyan “ArmenianReport.com” saytında yazır.

Bununla belə, artıq noyabrın ortalarında Paşinyanın reytinqi ilə bağlı əndişəli mesajlar gəlməyə başlayıb. “Past” qəzeti məlumat verib ki, sorğulara əsasən, baş nazirin reytinqi 21-23% arasında dəyişir.

Bəs bunun səbəbi nədir? Jurnalist hesab edir ki, Nikol Paşinyan ictimaiyyətin gözü qarşısında olsa da, onun reytinqini sarsıdan səbəblərin siyahısı kifayət qədər uzundur.

 “Burada Paşinyanla yanaşı, onun ətrafı da mühüm rol oynayır. Təəssüf ki, baş nazirin ətrafının özünü elə də yaxşı tərəfdən göstərmədiyinə şahid oluruq”. “Xüsusən, qubernatorların davranışı narahatlıq doğurur. Sentyabrda Yexeqnadzorda polkovnik Ara Mxitaryan vəhşicəsinə döyülərək, koma vəziyyətinə salınıb. Artıq məlumdur ki, eks-qubernator Trdat Sarkisyanın yaxın çevrəsinin bu işdə əli var. Hazırda sözügedən şəxs istefa verib. Trdatın hadisədə əlinin olub olmaması sual altındadır. Lakin onun istefa verməsi hadisə ilə əlaqəsini dolayı yolla da olsa sübut edir”, - məqalədə deyilir.

“Noyabrda növbəti analoji hal yaşanıb. Bu dəfə Ararat vilayətinin qubernatoru Qarik Sarkisyan “özünü göstərib”. Onun əlaltıları (ya qardaşı, ya da sürücüsü) məmura növbədənkənar xidmət göstərmək istəməyən kənd bərbərini şil-küt edib. İşə bir bax, Qarik Sarkisyan Nikol Paşinyanı qarşılamağa tələsirmiş!”,- jurnalist qeyd edir.

“Qubernator boyun qaçırmağa çalışıb. Guya bədbəxt bərbər döyülüb eləməyib. Ancaq biz hamımız çox yaxşı bilirik ki, yalandan belə bir hadisə uydurmazlar, özü də hamının bir-birini çox gözəl tanıdığı balaca bir kənddə”, - məqalə müəllifi vurğulayır.

Köşə yazarı xüsusilə hərbi polisin fəaliyyətinə diqqət çəkir: “Hərbi xidmətə çağırılan gənclərin valideynlərindən şikayət məhz hərbi polisə daxil olur. Koçaryan və Sarkisyan rejimlərinin vicdansız polis-məhkəmə maşını tərəfindən məhkum edilən günahsız insanlar azadlığa çıxmalı və bəraət qazanmalıdır. Ötən gün Nikol Paşinyan şikayət edərək ölkədə hələ müstəqil məhkəmə sisteminin formalaşmadığını qeyd edib. Belə ki, müstəqil məhkəmə sistemi yaradıldıqdan, hüquq müdafiəçiləri işə cəlb edildikdən sonra komissiya bir çox məhkumun işinə baxmalıdır”.

“Paşinyan tabeliyində olan insanlara daha tələbkar olmalıdır. Özbaşınalıq halları araşdırılmalı, günahkarlar ictimai şəkildə cəzalandırılmalı, işindən azad edilməli, lazım olsa, məsuliyyətə cəlb edilməlidir. Paşinyan başa düşməlidir ki, kralı ətrafı formalaşdırır. Və, xalq Paşinyanın təyin etdiyi məmurların “serjin” məmurlarından heç bir şeylə fərqlənmədiyini görəndə, baş nazir sıravi ermənilərə nə qədər yaxın görünmək istəyirsə istəsin, “xalq” rəhbərinin və məxməri inqilabın bir qəpiklik qiyməti qalmır”, - məqalədə deyilir.

“Əgər sıravi erməni vətəndaşı görsə ki, özünü apara bilməyən məmur qanun çərçivəsində cəzalandırılır, onda bir də gördün, emiqrasiya zəiflədi, investisiyalar artdı və orduda xidmət edən əsgərlər daha həyatlarına son qoymadı”, - jurnalist sonda qeyd edir. (Tərcümə: xpressa.net)



Xəbərin oxunma sayı : 574




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap