“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Pakistan Hindistanla avtobus əlaqəsini də kəsib- Nazir səbəbini açıqladı

Tarix 10.08.19, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Pakistanın hakimiyyət orqanları Lahor – Nyu-Dehli marşrutu üzrə avtobusların hərəkətini müvəqqəti olaraq dayandırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı Pakistanın rabitə və poçt xidməti naziri Murad Səid rəsmi Twitter səhifəsi vasitəsilə yayıb. Nazir bu addımın Milli Təhlükəsizlik Komitəsinin qərarına əsasən atıldığını bildirib.

Bundan əvvəl isə Cammu və Kəşmir ştatının statusu ilə bağlı fikir ayrılığı səbəbindən Pakistan tərəfinin Hindistan istiqamətində iki qatarın hərəkətini ləğv etdiyi barədə xəbər yayılıb.

Hindistanın avqustun 5-də Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Pakistan hökuməti Hindistanla diplomatik münasibətləri aşağı səviyyəyə endirdiyini, onunla ikitərəfli ticarəti dayandırdığını və bu ölkə ilə digər sazişlərə yenidən baxılacağını elan edib.




Xəbərin oxunma sayı : 313




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap