“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Pakistanda neft zavoduna hücum: Çox sayda hüquq-mühafizə işçisi qətlə yetirildi

Tarix 23.05.23, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Pakistanın şimal-qərbində yaraqlılar təbii qaz və neft zavoduna basqın edərək 4 polis və iki mühafizəçini öldürüblər.

Qeyd olunur ki, 50-yə yaxın yaraqlı Əfqanıstan sərhədinə yaxın Qanqa rayonunda “MOL Pakistan Oil and Gas Company” zavoduna hücum edib.

Polis M-8 və M-10 quyularının ağır silahlardan atəşə tutulduğunu bildirib.

“M-8-dəki mühafizəçilər terror hücumunu dəf edib, lakin M-10-da itkilər var”, - deyə polis sözçüsü İrfan Xan bildirib.

Onun sözlərinə görə, yaraqlılar gəldikləri yaxınlıqda yerləşən Şimali Vəziristana qaçmazdan əvvəl günəş elektrik stansiyasına da ziyan vurublar.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Agentliyin məlumatına görə, Pakistanda neft və qaz hasilatı hər il azalır. Ölkə yataqların əksəriyyətini işlədib və təhlükəsizlik vəziyyətinə görə Əfqanıstan sərhədi yaxınlığında yeni yataqları kəşf edə bilmir.

Mənbə: Reuters



Xəbərin oxunma sayı : 700




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap