“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Pakistanlı jurnalistdən Azərbaycan lideri ilə bağlı maraqlı paylaşım - FOTO

Tarix 10.08.24, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


"Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar Salam "X" hesabında Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib.

"Report" xəbər verir ki, jurnalist ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, Azərbaycan lideri barəsində diqqətini çəkən doqquz məqamı qeyd edib.

Paylaşımı təqdim edirik:

"Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən doqquz məqam:

1. İngilis, türk, Azərbaycan, fransız və rus dillərində danışa bilir;

2. Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir;

3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir;

4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır;

5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır;

6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir;

7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır;

8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir;

9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır".







Xəbərin oxunma sayı : 1054




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap