Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Parlamentin qarşısında təxribat törədənlər saxlanıldı - Cinayət işi başlanıldı

Tarix 15.07.20, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir:

Cari il iyul ayının 14-dən 15-nə keçən gecə, paytaxtın bəzi sakinləri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən hərbi əməliyyatlara dəstək və respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanı qarşısında toplaşıblar.

Sonradan həmin yerə gələn bir qrup şəxs vətəndaşlar arasında çaşqınlıq yaratmağa, ictimai qaydanı pozmağa cəhd etmiş, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərmişlər.

Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilməyib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkənin paytaxtında, digər şəhər və rayonlarında hər hansı kütləvi toplantının keçirilməsinin yolverilməzliyini xüsusi qeyd edir, vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə, təmkinli olmağa, dövlətçilik maraqlarını üstün tutmağa, təxribatlara uymamağa çağırır.



Xəbərin oxunma sayı : 1363




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap