“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Paytaxt polisinin mətbuat katibinin ölümlə hədələnməsi... - Cinayət işi açıldı

Tarix 03.10.19, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin ölümlə təhdid olunması ilə bağlı birgə məlumat yayıb.

AzFakt.com-a daxil olan birgə məlumata görə, kütləvi informasiya vasitələrində Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin "facebook” sosial şəbəkəsində "Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.

Belə ki, "Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi "facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qeyd olunan polis əməkdaşının öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.

Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin xarakterinə görə dövlət və cəmiyyətin mənafeyinə qəsd etməsini, işin xüsusiyyətləri, ibtidai araşdırmanın maraqları nəzərə alınmaqla cinayət təqibinin səmərəliliyini, eləcə də iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir



Xəbərin oxunma sayı : 748




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap