Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Pensiyaya çıxacaq şəxslərin diqqətinə: Bu ildən belə olacaq – VİDEO

Tarix 13.05.22, 23:02

Font ölçüsü : - / +
bitmap-img6


Pensiyalarla bağlı yeni qaydalar müəyyənləşib. Milli Məclisin iclasında "əmək pensiyaları", "sosial müavinətlər", "onkoloji yardım" və "dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul edilib. Bildirilib ki,  dəyişikliklərin hamısı vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasına şərait yaradır. Plenar iclasda dərman qiymətlərinin baha olmasından, vətəndaşlara özləri üçün xaricdən dərman gətirmələrinə şərait yaradılmasından da danışılıb.

Ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Beş və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxa biləcəklər. Onkoloji və skleroz xəstələrinin pensiya almaq hüququ da olacaq. Sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçının və hərbi rütbəli şəxslərin pensiyası son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılacaq.

Bütün bunlar "Əmək pensiyaları", "Sosial müavinətlər", "Onkoloji yardım" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara edilən dəyişikliklərlə mümkün olub. Milli Məclisin bugünkü plenar iclasında təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul olunub. 

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya yaşının azaldılması, eləcə də səsləndirilən digər təkliflərə münasibət bildirib. 

Millət vəkili Fəzail Ağamalı isə "Silahlı qüvvələrin pensiya təminatı haqqında" qanunun hazırlanması təklifi ilə çıxış edib. Deputat "Qarabağ müharibəsi veteranlarına verilən müavinətin az olduğunu dilə gətirib.

Millət vəkili Rəşad Mahmudov isə dərmanların yüksək qiymətə satılmasına diqqət çəkib. 

Deputat Siyavuş Novruzov isə insanların özləri üçün dərman gətirməsinə icazə verilməsi təklif edilib. "Dərmanlar çox bahadır. İnsanların özləri üçün gətirdikləri dərmanların gömrükdən keçirmələrinə icazə verməliyik",- deyə millət vəkili vurğulayıb.







Xəbərin oxunma sayı : 1744




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap