Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Prezident Çexiyanın Baş naziri ilə də görüşdü - FOTO

Tarix 18.07.24, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

AzFakt.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olundu.

Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakteri daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirdi. Qeyd etdi ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulandı. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edildi.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunuldu, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlət başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirdi və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğuladı.







Xəbərin oxunma sayı : 892




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap