Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - Fotolar

Tarix 26.05.26, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər.

AzFakt.com xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin xatirəsini ehtiramla yad edib, qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Lənkəran rayonunun Daştatük kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Babazadə Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüşlərdə igidlik göstərib. 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.





Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap