Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Yaponiya miqrantlara qarşı yeni mərhələyə keçir: Sosial şəbəkələr izlənəcək

Tarix 25.05.26, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiyanın Miqrasiya Xidməti gələn ildən etibarən sosial şəbəkələr və digər platformalarda monitorinq aparacaq xüsusi bölmə yaradacaq.

Oxu.Az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, yeni bölmə ölkədə qanunsuz işləyən, həmçinin vizasının müddəti bitsə də, Yaponiya ərazisini tərk etməyən şəxslər barədə məlumat toplamaqla məşğul olacaq.

Nəşrin yazdığına görə, bu qərar Yaponiyada yerli əmək resurslarının çatışmazlığı səbəbindən xarici işçi qüvvəsindən istifadənin artması fonunda qəbul edilib. Hakimiyyət orqanları xüsusilə etibarlı vizası olmayan əcnəbiləri işə götürən şəxslərlə mübarizəyə diqqət yetirəcək.

Miqrasiya Xidməti onlayn mühitdə qanunsuz əmək fəaliyyəti ilə bağlı məlumatları aşkarlamaq üçün analitik alətlərdən istifadə etməyi planlaşdırır. Buraya xarici dillərdə yayımlanan iş elanları da daxildir.

Bundan əlavə, nəşr qeyd edir ki, Tokionun şimal-şərqində yerləşən İbaraki prefekturasının administrasiyası qanunsuz miqrantları işə götürən şirkətlər barədə məlumat verən şəxslər üçün mükafat proqramına başlayıb.

Belə məlumatlar miqrasiya qanunvericiliyinin pozulmasının qarşısının alınmasına səbəb olarsa, məlumat verən şəxslərə 10 min yen (təxminən 63 ABŞ dolları) məbləğində mükafat veriləcək.

Yaponiya hökumətinin məlumatına əsasən, ölkədə qanuni çalışan xarici vətəndaşların sayı 2025-ci ildə 2024-cü illə müqayisədə 11.7% artaraq, oktyabr ayına olan vəziyyətə görə 2.57 milyon nəfərə çatıb.



Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap