Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

90 milyard avro almaq üçün yeni maneə - Aİ Ukraynaya şərt qoyub

Tarix 19.05.26, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı Ukraynaya nəzərdə tutulan 90 milyard avroluq yardım paketinin bir hissəsinin ayrılmasını yeni vergi islahatları ilə əlaqələndirəcək. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb...

Söhbət 8,4 milyard avro həcmində makromaliyyə yardımından gedir. Mənbələrin bildirdiyinə görə, Aİ ölkələri bazar ertəsi bu proqramın şərtlərini razılaşdırıblar.

Kiyev bu vəsaiti əldə etmək üçün 150 avroya qədər olan beynəlxalq bağlamalara 20% ƏDV tətbiq edən qanunu qəbul etməlidir. Plana əsasən, Ukrayna ilk tranşı iyunda, ikincini sentyabrda, üçüncünü isə ilin sonuna qədər ala bilər.

Bloomberg-in mənbələri bildirir ki, bu tələb Beynəlxalq Valyuta Fondu tərəfindən Ukraynaya 700 milyon dollarlıq əlavə tranş üçün irəli sürülən şərtlərlə üst-üstə düşür. Avropa Komissiyası maliyyə yardımının şərtlərini BVF ilə koordinasiya edir.

Lakin bu vergi dəyişiklikləri Ukraynada ciddi narazılıq doğurur və parlamentdə onların qəbul olunmasını çətinləşdirir. Deputat Yaroslav Jeleznyak Bloomberg-ə bildirib ki, hazırda qanunun qəbul edilməsi üçün kifayət qədər səs yoxdur.

Ukraynanın Maliyyə Nazirliyi isə agentliyə açıqlamasında hökumətin Aİ ilə razılaşmanın yekunlaşdırılması üzərində işlədiyini bildirib.

Bloomberg-in qeyd etdiyi kimi, ukraynalılar ümumilikdə vergi yükünü artıran təşəbbüslərə mənfi yanaşır, baxmayaraq ki, əlavə gəlirlər ordunun maliyyələşdirilməsi üçün vacibdir. Eyni zamanda, bu islahatların bir hissəsi Ukraynanın Aİ-yə üzvlük prosesində tələb olunur.

Mənbələrin məlumatına görə, BVF və Aİ artıq daha bir həssas vergi islahatının – daha çox sahibkarın ƏDV ödəməsini tələb edən qaydanın – bir il təxirə salınmasına razılaşıblar.

May ayının sonunda BVF Ukraynaya yardım proqramına yenidən baxacaq. Mənbələrdən birinin Bloomberg-ə bildirdiyinə görə, fond beynəlxalq bağlamalara vergi tətbiqi tələbinin də təxirə salınmasını nəzərdən keçirə bilər.



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap