Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Eyyubov, Daşdəmirov və general oğlu haqda yeni qərar - Məhkəmə

Tarix 18.05.26, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov hakim qarşısına təkrar çıxarılıblar.

AzFakt.com xəbər verir ki,  bu barədə “qafqazinfo” məlumat verib. Məlumatda bildirilir ki,  prokuror təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Binəqədi Rayon Məhkəməsi ibtidai araşdırmanın davam etməsini və əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib.

Qərara əsasən, Ruslan Eyyubov, Rəşad Daşdəmirov və Fərid Usubovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 5 ay əvvəl həbs ediliblər. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

F.Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğludur.



Xəbərin oxunma sayı : 157




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap