Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Əlillik dərəcələrinin alınması qaydası dəyişdi - İndidən sonra nə olacaq?

Tarix 25.05.26, 12:19

Font ölçüsü : - / +
bitmap-img6


“Nazirlər Kabineti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydasını” təsdiq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda isə dəyişiklik edib”.

Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, yeni sənədlə istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiq olunub:

“Qaydalar ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilkin olaraq müəyyən edilən zaman xəstəlik və ya zədə, habelə zədə ilə əlaqədar çatışmazlığın səbəb əlaqəsini təsdiq edən sənədlərin siyahısı da konkretləşdirilib.

Eyni zamanda, “peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi (faizlə)” ilə orqanizmin funksiyalarının pozulması faizinin peşələr üzrə təzahür dərəcəsi və sığorta olunanın yaşına uyğun olaraq peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi müəyyən edilib və bunun üçün xüsusi düstur da təsdiq olunub.

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı müddətdə konkretləşdirilib. Belə ki, komissiya peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirilmənin aparıldığı gün, əlavə araşdırma tələb olunduğu hallarda, həmin gündən sonra 5 iş günü müddətində qərar qəbul edərək protokolla rəsmiləşdirməlidir. Kağız daşıyıcıda qəbul edilmiş qərar 3 iş günü ərzində MEİS-in “Əlillik” altsisteminə daxil edilmədən sığortalıya təqdim edilməlidir. Eyni zamanda, qərarın altsisteminə daxil edilməsi də nəzərdə tutulur. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılan zaman orqanizmin funksiyalarının 30 faizə qədər və bu göstəricidən daha çox pozulması halları fərqli meyarlar ilə aparılır.

Bütövlükdə, yeni sənəd istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. Əlillik təyinatının elektronlaşdırılmasının dərinləşdirilməsi və xüsusən də süni intelektdən daha yaxından istifadə olunması da prioritet olaraq qalmaqdadır”.



Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap