Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Ebola sürətlə yayılmağa davam edir - Yoluxma sayı 1000-ə yaxınlaşır

Tarix 25.05.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Konqonun şərqində yayılan ölümcül Ebola virusu nəzarətdən çıxmaq üzrədir.

Rəsmi məlumatlara görə, ölkədə Ebola şübhəsi olan yoluxma sayı 904-ə çatıb, virus səbəbindən həyatını itirənlərin sayı isə 119 nəfər olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın Konqo üçün “çox yüksək risk” səviyyəsində olduğunu açıqlayıb.

Virusun ən çox yayıldığı bölgələr olan İturi və Şimali Kivu əyalətlərində vəziyyətin gərginləşdiyi bildirilir. Son bir həftə ərzində iki fərqli şəhərdə yerləşən Ebola müalicə mərkəzləri yerli gənclər və silahlı qruplar tərəfindən yandırılıb. Rvampara bölgəsindəki müalicə mərkəzinə hücumun karantində ölən bir şəxsin cəsədini geri almaq istəyən gənclərlə başladığı qeyd olunur. Şahidlərin sözlərinə görə, xəstəxanaya daxil olmaq cəhdi uğursuz olduqdan sonra toplaşan kütlə mərkəzi yandırıb.

Məlumata görə, hücum edən şəxslər beynəlxalq humanitar təşkilatları hədəf alıblar. Etirazçılar “Ebola barədə yalan danışılır” və “xəstəlik uydurmadır” kimi şüarlar səsləndiriblər.

Ebola virusunun yayılmasının əsas səbəblərindən biri ənənəvi dəfn mərasimləri hesab olunur. Yerli adətlərə əsasən, həyatını itirən şəxslərin cəsədləri ailə üzvləri tərəfindən yuyulur və dəfnə hazırlanır ki, bu da virusun yayılma riskini artırır.

Yoluxma zəncirini qırmaq üçün hökumət ənənəvi dəfn mərasimlərini tam qadağan edib və dəfn prosesini tibbi protokollar əsasında öz nəzarətinə götürüb. Lakin bu qərar yerli əhali arasında ciddi narazılıq yaradıb.

Konqo Demokratik Respublikasının şimal-şərqində fəaliyyət göstərən hərbi rəhbərlik Ebola epidemiyasının qarşısını almaq məqsədilə 50 nəfərdən çox insanın bir yerə toplaşmasını da qadağan edib. Hazırda yardım işçiləri və tibb personalı yalnız silahlı hərbçilərin müşayiəti ilə dəfn mərasimləri keçirə bilir.



Xəbərin oxunma sayı : 226




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap