Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Şagird müəllimini bu niyyətlə güllələyibmiş - Atası da dindirildi

Tarix 25.05.26, 14:33

Font ölçüsü : - / +
bitmap-img6


“İdrak” liseyində 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzFakt.com xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, 4 ay davam edən araşdırmanın sonunda təqsirləndirilən şagirdin ittihamı ağırlaşdırılıb.

İstintaq belə qənaətə gəlib ki, məktəbli öz müəllimini xuliqanlıq niyyəti ilə öldürməyə cəhd edib. Bu əsasla Ə.Ş-ya Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə verilmiş ittiham 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə əvəz edilib.

İlkin araşdırma müddətində məktəblinin atası Samir Şirinov da ifadə verib. Müstəntiq onu oğlunun davranışları və cinayətlə bağlı sorğu-sual edib. 

Bundan əlavə, daha əvvəl məlumat verdiyimiz kimi, güllələnən müəllim şagirdini bağışlayıb. Tərəflər arasında barışıq var.

Yaxın günlərdə məhkəmə araşdırması başlayacaq. 

Qeyd edək ki, şagirdə verilmiş yekun ittihamın sanksiyasında 14 ildən 20 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yetkinlik yaşına çatmadığı üçün ona 10 ildən artıq cəza təyin edilə bilməz. Amma maddənin dəyişdirilməsi cəza təyini zamanı ağırlaşdırıcı hal kimi nəzərə alına bilər.



Xəbərin oxunma sayı : 229




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap