Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov... - 5 milyonluq qalmaqalı iş

Tarix 20.05.26, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işləri artıq bir-bir məhkəmə baxışına təqdim edilir.

AzFakt.com “Qafqazinfo”ya istiandla xəbər verir ki, ibtidai istintaqı bitənlərdən biri Məhərrəmov Fariz Ramiz oğludur.

Fariz Məhərrəmov rəsmi olaraq heç bir dövlət qurumunda çalışmayıb. İttihamda yazılıb ki, Fariz xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirilir. Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.

Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən çox həbs cəzası gözləyir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs həbsdə mühakimə ediləcək.

Qeyd edək ki, bu epizodların və təqsirləndirilən şəxslərin sayına görə ötən il üstü açılan ən böyük cinayət işlərindən biridir. Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.



Xəbərin oxunma sayı : 130




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap