Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Sərnişin qatarlarımız Naxçıvana qədər hərəkət edə biləcək - ADY

Tarix 20.05.26, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda "Azərbaycan Dəmir Yolları” QSC azad edilmiş ərazilərdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində fəal iş aparır.

AzFakt.com APA-aya istinadən xəbər verir ki, bu barədə ADY-nin aparıcı mütəxəssisi Suliddin Bağırov WUF13 çərçivəsində təşkil olunan "Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” infosessiyası zamanı bildirib.

Onun sözlərinə görə, xüsusilə, işğal dövründə yararsız vəziyyətə düşmüş Ağdam–Xankəndi dəmir yolu xəttinin yenidən qurulması və bərpası üzrə intensiv işlər davam etdirilir.

"Hazırda həmin dəmir yolu xəttinin bərpası çərçivəsində fiziki işlərin icra səviyyəsi 40%-ə yaxındır”, - Suliddin Bağırov qeyd edib.

O əlavə edib ki, dəmir yolu infrastrukturunun bərpası baxımından digər mühüm istiqamətlərdən biri də Horadiz- Ağdam dəmir yolu xəttidir. Bu istiqamətdə aparılan işlərin icra səviyyəsi hazırda 72%-ə çatıb.

"Bu layihə başa çatdıqdan, həmçinin Zəngəzur dəhlizinin yaradılması prosesi tamamlandıqdan sonra, "Azərbaycan Dəmir Yollarına” məxsus sərnişin qatarları Naxçıvana qədər hərəkət edə biləcək”, - Suliddin Bağırov vurğulayıb.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap