“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Prokuror “Zaminbank“ın filial müdirinin həbsini istədi - 1 milyonluq yeyinti

Tarix 14.11.19, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


"Zaminbank"ın filial müdiri və onun işçiləri hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxslər çalışdıqları bankın külli miqdarda pulunu mənimsəməkdə ittiham edilirlər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. Prokuror digər təqsirləndirilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Daha əvvəl isə prokuror zərərçəkmiş tərəfdən ziyanın ödənilməsi haqda soruşub. "Zaminbank"ın nümayəndəsi bildirib ki, istintaq orqanı dəymiş zərər kimi 1 milyon 337 min manat göstərib. Bu məbləğ də təqsirləndirilən şəxslır tərəfindən ödənilib. Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib. Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır.

Məhkəmə iclası noyabrın 14-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslərin anket məlumatlarında yazılır ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər "Zaminbank"ın "Sumqayıt" filialının müdiri olub. İki ali təhsili olan İlyasov ailəlidir. O, "Zaminbank"dan əvvəl Maliyyə Nazirliyində çalışdığını deyib.

Təqsirləndirilən şəxslərdən Anar Osmanovun orta təhsilli olduğu, bankın xəzinə şöbəsinin müdiri vəzifəsində çalışdığı məlum olub. Ali təhsilli, ailəli və üç övladı olan təqsirləndirilən Anar Həsənov isə bankın kredit şöbəsinin əməkdaşı olub. Təqsirləndirilənlərdən Zərifə Abıyeva da bankın əməkdaşı olub.

İş üzrə zərərçəkmiş tərəfin - "Zaminbank"ın nümayəndəsi də məhkəmə iclasında iştirak edib.

Onların hər biri ev dustaqlığındadır. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, onlar ayrı-ayrı şəxslərin adına kredit açdıraraq bankın pulunu mənimsəyiblər.



Xəbərin oxunma sayı : 607




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap