Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Putin müharibəyə hazırlaşır və çox tələsir… – O, neft qiymətlərinin sürətlə düşməsindən narahatdır

Tarix 17.06.19, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Federasiyası (RF) terror aktlarını, dəqiq desək, Oman körfəzində neft tankerlərinə yönəlik hərbi əməliyyatları şərh edir. Hamıya məlumdur ki, indiki meyllər davam edərsə, neft qiymətləri düşəcək, analizlə məşğul olan bəzi kompaniyalar isə elə bu il ərzində kəskin düşmə vəd edirlər.

Özü də neft qiymətlərinin RF-nin büdcəsini formalaşdırmaq imkanlarından aşağı, kritik həddə düşməsi gözlənilir.

Biz “Anakonda planı”na nə qədər lağ etsək də, silahlanma yarışı, RF-nin regional münaqişələrə cəlb edilməsi, sanksiyalar və neftin qiymətinin düşməsi öz işini görür.

RF rəhbərliyi bütün bunları anlayır və tələsir.

Xatırladım ki, 22 apreldə RF Xarici işlər nazirinin müavini S.A.Ryabkov İran İslam Respublikasının RF-dəki səfiri M.Sanayi ilə görüşüb. Onlar bu görüşdə “İranın nüvə proqramı üzrə Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) da daxil olmaqla, beynəlxalq gündəliyin aktual məsələləri haqqında ətraflı fikir mübadiləsi aparıblar”.

İndi Putinin mətbuat katibi Dmitri Peskov bəyan edir: “Oman körfəzində baş verən hadisələrə bənzər insidentlər dünya iqtisadiyyatının əsaslarını sarsıtmağa qadirdir. Ona görə də belə hallarda irəli sürülən əsassız ittihamları diqqətə almaq olmaz”.

Belə bəyanatları Solsberidə (Sergey Skripal və qızı Yuliyanın 4 mart 2018-ci ildə Solsberidə zəhərlənməsi – tərc.) və ya MH-17 reysilə hərəkət edən “Boeing 777” təyyarəsi ilə bağlı (Donetsk vilayəti, 17 iyul 2014-cü il – tərc.) baş verən hadisədən sonra da eşitmişk.

Bununla birlikdə, aydındır ki, RF-nin özü ABŞ və İran arasında müharibədə maraqlıdır. Çünki müharibə neft qiymətlərinin nisbi yüksəliş müddətini uzadar və dünya birliyinin diqqətini RF-nin maraqları olan digər yerlərdən – Belarusiya, Ukrayna, Moldova və digərlərindən yayındırar.

Biz artıq görürük ki, Rusiya müharibə üçün öz infrastrukturunu bizim sərhədlərimizdə yerləşdirməyə davam edir.

Hamı hər şeyi başa düşür. Ona görə də ABŞ artıq Polşada öz kontingentini artırır.

Rusiya da Ukraynada geridə qalmır. Medvedçuk Ukraynada televiziya kanalları alır. İndi artıq STB, İCTV, “Novıy”ı da, yəqin, bütün holdinqi satmağa hazırlayırlar. Bəs kim alacaq? Hər halda, alıcının “Netflix”in olmayacağı dəqiqdir.

Belarus Respublikası ilə RF arasında vahid valyuta zonasının yaradılması haqqında danışıqlar gedir, Vahid İttifaq Dövlətinin (VİD) hərbi doktrinası isə Rusiya tərəfindən artıq təsdiq edilib. Bu barədə RF Prezidentinin saytında məlumat verilib.

Hamı tələsir, hamı vəsait toplayır və infrastruktur yaradır.

Əgər bütün bunların hamısı Ukrayna ilə də bağlı olmasaydı, ABŞ, Belarus, hətta Baltik ölkələrinin problemləri, mümkündür, heç mənim vecimə də olmazdı.

RF artıq nüvə silahının taktiki növlərini sınaqdan keçirir və çoxdandır ki, Rusiyaya yönəlik qeyri-nüvə xarakterli təhdidə cavab olaraq ilk zərbə endirmə doktrinasına sahibdir.

Bəs Ukraynanın nəyi var? Şortları, fontanları, təbii qaz tədarükü üzrə yeni kampaniya başladan Boyko və Medvedçuku və bütün siyasi qüvvələrin regionlar üzrə rəqslərlə gedən konsertləri? Axı bütün bunların hamısı, benzinin qiymətindən real müharibəyədək, ilk növbədə bizə toxunacaq.

Miroslav Qay

“Obozrevatel”, Ukrayna, 16 iyun 2019-cu il

Strateq.az



Xəbərin oxunma sayı : 793




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap