Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Qılıncoynatma federasiyasında nə baş verir? - ARAŞDIRMA

Tarix 11.03.20, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Yay Olimpiya Oyunlarının proqramına düşən idman növlərinə maraq böyükdü. Təbii haldı. Çünki, dörd ildənbir keçirilən möhtəşəm idman bayramında qazanılan uğurlar ölkənin beynəlxalq nüfuzunun artması baxımından ideal fürsət sayılır. Şübhəsiz, dövlət də məhz sözügedən vitrinə xüsusi diqqət göstərir. Sirr deyil ki, Olimpiya Oyunlarına salınan idman növlərinə cavabdeh federasiyaların büdcəsi digərlərindən kəskin fərqlənir. Sual yaranır: yüzminlərlə, milyonlarla büdcəsi olan federasiyalar etimadı doğrulda bilirmi? Ayrılan pulların qarşılığı beynəlxalq arenalarda qazanılmış medalların əyarı ilə uzlaşırmı? Təbii ki, xeyr! 

Zaman-zaman medianın gündəminə gələn federasiyalarda maaliyyə qalmaqalları, qohumbazlıq xəbərlərinə rast gəlirik. Bu tip neqativ halların baş verdiyi qurumlardan biri də Azərbaycan Qılıncoynatma Federasiyasıdı (AQF). 

Sözügedən qurumda yuxarıda qeyd etdiyimiz xoşagəlməz halların olub-olmadığını araşdırmaq qərarına gəldik.

Öncə AQF-in rəsmi saytına nəzər saldıq.  Saytda qılıncoynatma klubları barədə heç bir bilgi yoxdu. Halbuki, "NEFTÇİ”, "FENCİNG", "DİFAİ", "BABƏK", "ESKRİM", "YAQUAR", "AZƏRBAYCAN QILINCOYNATMA AKADEMİYASI", "BAKI QILINCOYNATMA AKADEMİYASI", "VAŞAQ", "BOZ QURD" kimi klublar mövcuddu və hazırda fəaliyyət göstərir. Adları çəkilən klublarla federasiya arasında hansısa problemin olduğunu düşünsək, yanılmarıq. Elə bu ehtimalın izi ilə yola çıxmağa qərar verdik.

Araşdıranda məlum olur ki, klublardakı inventar çatışmazlıqları, bəzi avadanlıqların valideyinlərin hesabına alınması bu idman növünə olan marağı azaldıb. Qurum inventar təminatı ilə bağlı söz versə də, vədinə xilaf çıxır. Nəticədə federasiya tərəfindən yaradılan süni çatışmazlıqlar, klublara müraciəti kəskin azaldır. Bundan istifadə edən AQF idmançıları öz maraqları istiqamətində yönləndirir. Təəssüf ki, bu gün federasiya klublarla əməkdaşlıq etmir, üstünlüyü uşaq idman məktəblərinə verir. Bu da səbəbsiz deyil. Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili şöbəsinin müdiri Vasif Məmmədov  həm də Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibidi. İdman məktəbləri məhz baş katibin kurasiyasında olduğu üçün üstünlük də onlara verilir. Beləliklə, qurumda olan monopoliya mexanizmi klubları sıradan çıxarır. Əslində idman məktəblərində gənc qılıncoynadanların yetişməsinə qarşı deyilik. Amma peşəkar klublara problem yaradılması heç bir məntiqə sığmır. 

Bəlli məsələdi, Təhsil Nazirliyinin tabeliyində olan qurumlar  nazirliyin büdcəsindən "qidalanır”. İnventarlar, müəllimlərin əmək haqqı, yarışların təşkili və keçirilməsi, eləcə də digər xərclər nazirlik tərəfindən qarşılanır.

Maraqlıdı, bəs federasiyaya ayrılan vəsait hara gedir? 

Nə yazıq ki, suallar və qaranlıq məqamlar göründüyündən də çoxdu. 

Mənbə: Fanat.az



Xəbərin oxunma sayı : 889




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap