Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qanqster Al Kapone Rusiyadakı azərbaycanlıların son ümidi kimi...Eynulla Fətullayev yazır

Tarix 02.06.19, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


Moskvada yaşayan azərbaycanlı diasporu ətrafında baş verən son hadisələr bizi milli gündəmdə olan ən həyəcanverici, taleyüklü problemlərdən birinə - Rusiyadakı soydaşlarımızın vəziyyətinə təkrar qayıtmağa vadar etdi. Əgər söhbət ayrıca ictimai-siyasi kateqoriya kimi Azərbaycan diasporu haqqında gedirsə, onda ilk növbədə, şübhəsiz, Rusiyadakı çoxmilyonlu Azərbaycan icması nəzərdə tutulur.

Son illər ərzində nə Rusiyadakı azərbaycanlılar özləri, nə də Bakıdan şəfqət göstərənlər əsas məsələni həll etməyi - həmyerlilərimizin vahid və nüfuzlu bir təşkilatda inteqrasiyasına nail olmağı bacarmadılar.

Halbuki, Rusiya Azərbaycanın yalnız aparıcı siyasi müttəfiqi və ən mühüm iqtisadi tərəfdaşı deyil, həm də olduqca kövrək bir regional təhlükəsizlik sisteminin təminatçısıdır.

Və təkcə nəhəng dövlətin ucsuz-bucaqsız ərazisinə səpələnmiş milyonlarla azərbaycanlının taleyi yox, həm də regionumuzun və ölkəmizin taleyi ilə bağlı siyasi elitanın və strateji qərar qəbuletmə mərkəzlərinin əhval-ruhiyyəsi diasporun fəaliyyətindən, proseslərə təsirindən asılıdır.

Diaspor insanların yalnız sosial-etnik və mədəni yox, həm də xarici bir məkanda şərtsiz siyasi bütövlüyüdür. Və diasporluq missiyası tarixi vətənin xeyrinə siyasi lobbiçilik etməyi də nəzərdə tutur.

Ancaq Rusiyada diasporun yaradılması hələ də bizim əsas başağrımız olaraq qalır.


Məsələnin tarixi

Putin dövrünün başlanğıcında, əsasən Heydər Əliyevin şəxsi müdaxiləsi nəticəsində, Azərbaycan hakimiyyəti Rusiyadakı azərbaycanlıların bütün təbəqələrini və siniflərini vahid nüfuzlu bir qurumda birləşdirmək kimi başlıca ideyasını reallaşdıra bildi. Ümumrusiya Azərbaycanlıları Konqresi, hansı ki, tarixdə diqqətəlayiq ÜAK abbreviaturası ilə qaldı, öz sıralarına həm proqressiv ziyalıların nümayəndələrini, həm də görkəmli alimləri və əlbəttə ki, bütün dünyada məşhur olan Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və İsgəndər Xəlilov kimi oliqarxları yığdı.

Ancaq illər keçdi və ÜAK-ın idarəetmə dəhlizlərinə vicdansız və məsuliyyətsiz xadimlər soxuldular.

Konyuktura, diletantlıq və oğurluq, havayı qrantlar uğrunda bayağı mübarizə kökündə çox görkəmli Rusiya azərbaycanlılarının durduğu təşkilatın adına düzəlməz ziyan vurdu.

ÜAK-ın tabutuna vurulan daha bir mismar isə milli və etnik azlıqlar barəsində Kremlin yeni siyasəti oldu. Rusiya hakimiyyəti diaspor missiyası vasitəsilə qonşu dövlətlərin lobbiçilik istəyinin güclənməsindən narahatlıq keçirərək, etnik ziddiyyətlərdən qaçmaqdan ötrü icma əlaqələrinin konseptual sistemini yenidən nəzərdən keçirdi - Kreml milli-mədəni muxtariyyətlərin reallaşdırılması ideyasına “stavka” etdi. Təbii ki, öz milli maraqlarına əsaslanan Rusiya hakimiyyəti diaspor qruplarının tarixi vətənləri ilə əlaqələrini mümkün qədər məhdudlaşdırmağa çalışdı.



Sonra nə oldu? Rusiya hakimiyyəti milli siyasətin yeni modelini - diasporlarla milli-mədəni muxtariyyət şəklində qarşılıqlı əlaqəni təklif etdi və digər ölkələrin suveren diaspor təşkilatları kimi ÜAK-ı da bağladı.

Və bütün muxtariyyət rəhbərləri Rusiya prezidentinin nəzdində xüsusi Şuraya daxil oldular. Kreml digər dövlətlərin təsirini mümkün qədər məhdudlaşdıraraq, bütün diaspor qruplarını özünə sıx bağladı. Ola bilsin ki, bu yeni model digər MDB ölkələri kimi, Azərbaycanı da tamamilə qane etmirdi, çünki manipulyasiya imkanlarını məhdudlaşdırırdı.

Bakıda, eləcə də Yerevanda və ya Kiyevdə əla anlayırdılar ki, yeni model çərçivəsində Rusiya hakimiyyəti ilə mübahisələr və ya ziddiyyətlər yaranan vaxt, diaspora tarixi vətənin əhval-ruhiyyəsini ifadə etmək daha çətin olacaq.

Ancaq Azərbaycan üçün, MDB-nin digər ölkələri kimi, seçim çox deyil. Axı diasporluq missiyası özündə yalnız siyasi məsələləri yox, həm də sosial funksiyalar daşıyır. Axı dövlətin milli və siyasi maraqlarından başqa, bizim üçün həm də qorunmayan azərbaycanlıların maraqları əhəmiyyətli prioritetdir. Böyük ölçüdə o azərbaycanlıların, hansılar ki, bazarlarda piştaxtalar arxasında dururlar. Moskvada azərbaycanlılar və çeçenlər arasındakı son münaqişə diasporun özünü təşkil etməməsinin kəskin problem olduğunu bir daha qabartdı.

Beləliklə, ÜAK getdi və bunu qəbul etməyimiz lazımdır. ÜAK-ın keçmiş rəhbəri, Moskvada tanınmış azərbaycanlı alim Fazil Qurbanovun sonuncu bəyanatı şübhə doğurmur - bu təşkilat artıq bərpa edilə bilməz.

Bəs diasporu yenidən yaratmaq üçün nə edirlər? Fazil Qurbanov yeni təşkilatın - Rusiya Azərbaycanlıları Konqresinin yaradılması haqda qərar qəbul edir.

Belə çıxır ki, biz yenidən eyni palçığa batırıq. Halbuki, tam əminliklə fərz etmək olar ki, Rusiyanın hakimiyyət orqanları bu qurumu da qeydiyyata almayacaqlar.

Qərar qəbul edərkən, Kremlin yeni milli siyasətini təhlil etmək lazım idi. Yeni siyasətin əsas prinsipləri və tezisləri isə V.Putinin "Dövlətin milli siyasət konsepsiyasının təsdiq edilməsi haqqında" və "Milli-mədəni muxtariyyət haqqında" qanunlarda göstərilib. Yəni birmənalı şəkildə başa düşmək lazımdır ki, Rusiya hakimiyyəti bütün diasporlara öz milli-mədəni müqəddəratını təyin etmənin tək formasını göstərib – muxtariyyətlər!

Rusiyadakı nüfuzlu və görkəmli azərbaycanlılar, ilk növbədə Fazil Qurbanovun özü nə etməli idi? Mədəni muxtariyyətin Moskva və ya Ümumrusiya təşkilatına – "AzerRos"a birləşmək və demokratik, qanuni və ictimai mübarizə yolu ilə Kreml tərəfindən tanınmış yeganə diaspor təşkilatında hakimiyyəti götürmək. Doğrudanmı, aşkar həqiqəti - Rusiya hakimiyyətinin başqa bir təşkilatın ortaya çıxmasını istəmədiyini və buna icazə verməyəcəyini anlamaq belə çətindir?!

ÜAK-ın son qurultayı

Əfəl oğlanlar

Bayağı və həddən çox işlənmiş bir sual vermək istəyirəm: biz kimisə yad nizamnamə ilə öz qalamıza buraxarıqmı?! Yox, bir daha yox: hətta bizim siyasi müttəfiqimiz Rusiyanı da. Daxili işlərimizə müdaxilə etmək üçün hər cür cəhd qıcıqlandıracaq və qarşısı alınacaq. Belə isə, niyə biz öz şıltaqlığımızı Rusiya hakimiyyətinin boynuna qoymaq istəyirik?

Əgər biz rusiyalılara tərəfimizdən müəyyən edilmiş öz milli-mədəni müqəddəratını təyin etmənin formatını – deputat Mixail Zabelinin başçılığı ilə Rus icmasını göstərdiksə, Rusiya hakimiyyəti azərbaycanlılara və digər diasporlara vahid platforma - muxtariyyət müəyyən etdi.

Tənələr və suallar səslənir: biz bu təşkilatların, necə deyərlər, kukla liderlərindən razı deyilik, "AzerRos"un başçısı Ağadadaş Kərimov isə sönməyən etnik münaqişə şəraitində ermənilərlə qohumlaşdı.

Birincisi, dövlətlərarası və etnik münaqişə Rusiya hüdudlarından kənarda davam edir.

İkincisi, A.Kərimov, erməni qohumları kimi, Rusiya vətəndaşıdır və bu ictimai xadimə qarşı istənilən belə ittiham millətlərarası düşmənçiliyin qızışdırılması kimi qiymətləndirilir. Bu isə artıq cinayətdir!

A.Kərimovu Moskva təşkilatının sədri vəzifəsindən uzaqlaşdırmaq mümkündür və böyük ehtimalla lazımdır. Amma ictimai obstruksiyanın və ksenofobiyanın belə barbar və vəhşi metodları ilə, hansılara ki, məsələn, Rusiyadan deportasiya edilmiş jurnalist Fuad Abbasov çağırırdı, yox.

Rusiyadakı azərbaycanlıların əsas bəlası kəmsavad, simasız nadanların diasporda öz şəxsi maraqları xatirinə birləşmələridir.

Diasporda müstəsna liderlik roluna iddialı olan Söyün Sadıqov kimi fırıldaqçı, ya da Fuad Abbasov kimi dələduz bizim diaspor qruplarının nüfuzunda eyib ləkəsidir.

Fuad Abbasov və Ağadadaş Kərimov

Fuad Abbasovun Rusiya xüsusi xidmət orqanları tərəfindən düşünülmüş “televizordakı əfəl oğlan” layihəsi ayrıca məqalənin mövzusudur. Uzun illər boyunca bu dili topuq vuran, kəmsavad və gülünc “jurnalist” Rusiya televiziya tamaşaçısının düşüncəsində Azərbaycan yarımhəqiqətləri və yetişməmiş türk pomidorları ilə assosiasiya olunurdu. Vurulmuş Rusiya qırıcısından sonra Türkiyə ilə başlamış soyuq müharibə arxada qaldı, layihə aktuallığını itirdi və haqqında Ankarada və İstanbulda doğru-dürüst heç kimin eşitmədiyi yiyəsiz “türk jurnalisti” tezliklə Moskva bazarlarında özünə yer tapdı. Nəyə görəsə bir çox fəallarımızın düşüncəsinə görə qarına, yaxud cibə gedən yol diaspor vasitəsilə məhz Moskva bazarlarından keçir. Diaspor missiyası kimi etibarlı arxanı Moskvada deyil, başqa harda axtarasan?!

Rusiyada məşhur və adlı-sanlı azərbaycanlıların, ziyalı təbəqəsinin və elm dünyası  nümayəndələrinin mütləq fəaliyyətsizliyi şəraitində daha bir qrotesk Moskva personajının yenidən doğuluşu baş tutdu.


Eskobar və Al Kapone

Yaxın zamanlardan başlayaraq Azərbaycan diasporunda Frenk Al Kapone adlı xadim də liderliyə iddialıdır. Bu, axmaq zarafat deyil, bizim acı gerçəkliyimizdir. Al Kapone adını eşidəndə ağıla nə gəlir? Əlbəttə ki, qanqsterlik, quldurluq, narkotiklər, fahişələr, pəzəvənglik. Bu əfsanəvi mafiozu onillər boyu Nyu-York polisi izləyib, onu İtaliyada da axtarıblar, belə ki, hələ gənc ikən Frenk xeyli qan tökməyə macal tapmışdı.

Sual olunur: müsir dünyada hansı siyasətçi, yaxud ictimai xadim Al Kapone ləqəbini götürə bilər?! Heç cür ağıla sığmır – küçə başkəsənini necə kumir seçmək olar?! Başqa sözlə, artıq ad özü barədə hər şeyi deyir – cinayətlər, qətllər, qan və narkotiklər.

Al Kapone - Məmmədov

Təsəvvür edin, Azərbaycan diasporunda belə bir dələduz tapılıb və özünü Frenk Al Kapone adlandırıb. Bu adam bir vaxtlar hətta Azərbaycanın özündə ən yüksək vəzifəyə iddialı idi. Fırtınalı 90-larda bu cür personajların peyda olması xüsusi təəccüb, yaxud çaşqınlıq yaratmırdı, sadəcə təbəssüm, sarkazm doğururdu və anlayırdın ki, bu, dövrün çatışmazlıqlarıdır, əsintisidir.

O vaxt nəinki meydanlar, hətta hakimiyyət kabinetləri belə küçə adamlarının ixtiyarında idi. Gürcüstanda “vor zakon” hakimiyyətə gəlir, Azərbaycanda qarpızsatan baş nazir olur, fırıldaşçı Mavrodi isə Rusiyada parlamentin iclaslarına daxil olurdu... 90-ların bu cür nadanlar və cinayətkarlarla bəzədilmiş başıbəlalı tarixi bizdə böyük siyasətdə təsadüfi yoldan ötənlərə qarşı özünəməxsus müdafiə hissi, immunitet tərbiyə edib. Və budur, 90-ların lap sonunda Azərbaycanda Frenk Al Kapone adlı biri peyda olur və “XXI əsr” siyasi partiyasının yaradılmasını bəyan edir. Jurnalistlər, o cümlədən də mən bur çox araşdırmalar aparmalı olduq ki, bu siyasi ambisiyaları olan psevdomafioz şəxsin əsl adını müəyyən edək. Məlum oldu ki, sifilis xəstəsi olan qanqster Al Kaponenin adı altında Ordubad rayonunda anadan olmuş Füzuli Məmmədov gizlənir. Bu Kapone-Məmmədov Bakıya nəhəng pullarla gəlmişdi. İnsanların elə də xoş xatirələrlə yada salmadığı o dövrdə bu qədər pulu yalnız cinayətkarlıqla qazanmaq olardı.

Kapone-Məmmədov Bakıda ilk rəngli qəzeti dərc etdirməyə başladı, özü də milyonluq tirajla, həmin qəzeti küçələrdə pulsuz paylayırdılar. Bu qəzetdə bildirilirdi ki, Al Kapone Azərbaycanın yeganə ümidi və xilas yoludur, o özü isə xalqımıza ümumi rifah vəd edirdi. Məmmədovun siyasi mübarizəsi məşhur kolumbiyalı narkobaron, deputat Pablo Eskobarın siyasətə daxil olmasına bənzəyirdi. Al Kapone-Məmmədov, Pablo Eskobar kimi, kasıbları xilas etmək üçün siyasətə gəldiyini bildirirdi...

Bir vaxtlar Məmmədov Moskvada “Reçnoy vokzal” rayonunda meyvə satıb. Lakin bir müddət sonra Rusiya hakimiyyəti Al Kaponenin başqa ticarətinə diqqət yetirib. Məlum olub ki, gələcək əsrin partiyasının lideri adi narkotik alverçisidir. Əlbəttə ki, meyvəsatan Eskobarın miqyasları barədə düşünə də bilməzdi, lakin barmaqlıqlar arxasında keçirilmiş bir neçə ildən sonra zühur etmiş Kapone azadlığa çıxdı. Jurnalistlərdən xahiş etdi ki, onu bundan sonra İtaliya mafiyasının bossunun adı ilə çağırmasınlar... Bu dəfə o, günahsız körpə obrazında – Füzuli Məmmədov kimi görünməyə qərar verdi. Elə bu adla da gündəmə gəldi. İkinci dəfə. Əlbəttə ki, bütün Azərbaycan cəmiyyəti Al Kaponenin reinkarnasiyası ilə bağlı yersiz zarafatı unutmuşdu. Bizim bu absurdlarla dolu zəmanədə nələr baş vermir ki?

Lakin bir neçə il öncə Bakıda yenidən Füzuli Məmmədov adlı adam peyda oldu. Doğrudanmı, həmin Al Kaponedir?! Özüdür ki var. 20 il əvvəl olduğu kimi, o, Bakının siyasi bazarına milyonlarla daxil oldu. Onun yenidən çox pulu var. Yenidən pullarını sağa-sola paylayır. Lakin Məmmədov artıq meyvə alveri etmir. Onun gəlirlərinin yeni mənbəyi haqqında heç bir məlumat yoxdur. Bununla birlikdə, o, Bakıda milyonlar, bəlkə də onlarla milyon xərcləyir. Özü də xeyriyyəçiliyə. Xeyir ola?! Doğrudanmı, Eskobarın Kolumbiyadakı, üzr istyirəm, Azərbaycandakı kasıblar haqqında vəsiyyətlərini və düşüncələrini xatırlayıb?!

Al Kapone Moskvada azərbaycanlıları topladı

Bir neçə həftə öncə Al Kapone Azərbaycan diasporunun az tanınan və güclə gözə dəyən nümayəndələrini təmtəraqlı Moskva otelinin zalına toplamışdı. Həmin bu özfəaliyyət “konfrans”ında azərbaycanlı Eskobar yeni diaspor təşkilatının yaradıldığını elan etdi. Sonradan isə KİV-də pulu ödənilmiş piar başladı. Biu günlərdə isə Məmmədov-Al Kapone Rusiyanın Ədliyyə Nazirliyinə yeni diaspor təşkilatının qeydiyyatdan keçirilməsi üçün müraciət edib. Al Kapone metamorfozu ilə çətin vəziyyətə düşmüş rusiyalı məmurların təəccüb dolu üz cizgilərini yalnız təsəvvür etmək olar...

Biz isə dərin utanc hissi keçirdik!.. Hələ nə qədər Al Kapone kimilər Rusiyada azərbaycanlıların lideri roluna iddialı olacaq?! Zaman gözləmir. Ziyalılarımız, alimlərimiz, Rusiyada heç də az olmayan görkəmli azərbaycanlılar nəhayət təşəbbüsü ələ almalı və özlərini irəli atmalıdırlar. Qısa müddət ərzində diaspor konsepsiyası hazırlanmalı, Rusiyada təşkilatlanma proqramı qurulmalı və son nəhayətdə çox uzanmış və artıq qalmaqallı hala gəlmiş bu işdə nöqtə qoyulmalıdır. Ortada olan yalnız milyonlarla azərbaycanlının deyil, bütün Azərbaycanın nüfuzudur! Doğrudanmı biz heç olmasa bir layiqli təşkilat yaratmağa qadir deyilik? Doğrudanmı? Budur məsələ!..

Eynulla Fətullayev 

Mənbə:Virtualaz.org




Xəbərin oxunma sayı : 838




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap