Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq” – Nazir müavini

Tarix 14.03.18, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


“Artıq 3 aydır ki, Vergilər Nazirliyi yoxlamaları müvəqqəti olaraq dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir”.

“APA-Economics”in məlumatına görə, bunu vergilər nazirinin müavini Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır: “Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma bu o demək deyil ki, vergi nəzarəti olmayacaq. Hazırda vergi inzibatçılığı elə bir səviyyədədir ki, vergi orqanları yüksək elektronlaşdırma nəticəsində məsafədən idarəetmə metodu ilə riskli vergi ödəyicilərini aşkar edə bilir, ona görə də təsərrüfat fəaliyyətlərində problemləri olan, uçot işlərini düzgün qurmayan və riskli hesab edilən vergi ödəyiciləri qanunvericiliyin tələblərinə daha ciddi riayət etməlidirlər. Gələcəkdə yoxlamalar və sanksiyalarla üzləşməmək üçün sahibkarlar öz fəaliyyətlərindəki qanun pozuntularını aradan qaldırmalıdırlar. Qanunun tələblərinə uyğun olaraq riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamalar aparılacaq”.




Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap