“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olundu - FOTO

Tarix 09.06.26, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə yeni təyinat olub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, yeni direktor Gülnar Qəhrəmanova bu gün kollektivə təqdim olunub.

Gülnar Qəhrəmanova Gəncə Dövlət Universitetində "Kimya və biologiya müəllimliyi” ixtisası üzrə bakalavr, həmin ali təhsil müəssisəsində "Genetika” ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2025-ci ildə ADA Universitetinin "Bir müəllimin manifesti” proqramı çərçivəsində Vaşinqton şəhərində keçirilən "Tədris və təhsildə liderlik” istiqaməti üzrə təlimdə iştirak edib.

O, əmək fəaliyyətinə 2006-cı ildə Ağstafa şəhər Texniki və humanitar təmayüllü liseydə kimya və biologiya müəllimi kimi başlayıb. 2022–2024-cü illərdə Ağstafa rayonu Aşağı Kəsəmən kənd Ş.Abadov adına tam orta ümumtəhsil məktəbində, 2024–2026-cı illərdə isə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində fəaliyyət göstərib.

G.Qəhrəmanova təhsil sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Görüş zamanı kollecin kollektivi ilə qarşılıqlı müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.



 



Xəbərin oxunma sayı : 844




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap