“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qazilər polis şöbəsinə dəvət olunub - DİN-dən açıqlama

Tarix 28.10.21, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün bir qrup qazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasında zəbt olunan torpaq sahəsi ilə bağlı yaranan mübahisəyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət olunublar".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, dəvətə səbəb mübahisə predmetinə çevrilən halla bağlı onlarla profilaktik, izahedici söhbətlərin aparılması olub: "Zəbt olunan torpaq sahəsinin insan həyatı üçün təhlükəli vəziyyətini bilərəkdən mahiyyətindən yayındıraraq onlar polis tərəfindən təzyiqə, zorakılığa məruz qalmalarını iddia ediblər. Vətən yolunda sağlamlığını itirən o qazilərin söylədikləri, hansısa sosial şəbəkə seqmentlərində “polis bizi döydü”, - deyə səsləndirilməsi ağır ittihamdır.

Deyilənləri, yazılanları ürək ağrısı ilə qaşılayırıq. Halbuki onlara mövcud vəziyyət, ərazinin yüksək gərginlikli hava xəttinin mühafizə zonası olması bildirilib. Onlar deyilənlərin əksinə olaraq, polis şöbəsində qeyzlənərək hay-küy yaradıb, əvvəlcədən razılaşdırılan bəzi internet televiziyalara polis haqqında neqativ fikirlər bildiriblar".

"Bir daha onların diqqətinə çatdırırıq ki, bu hərəkətlər qanunsuzdur. Çünki öldürücü elektrik xəttlərinin altında işləmək, yaşamaq həyat üçün təhlükəlidir", - o vurğulayıb.



Xəbərin oxunma sayı : 376




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap