“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Qlobal iqtisadiyyat 8,8 trln. dollar itirə bilər – AİB

Tarix 15.05.20, 11:33

Font ölçüsü : - / +
bitmap-img6


Asiya İnkişaf Bankının (AİB) yeni proqnozuna əsasən, COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadiyyatın itkiləri 5,8-8,8 trln. dollar arasında ola bilər.

Bankın  yenilənmiş “Assessment of the Potential Economic Impact of COVID-19” adlı hesabatına əsasən, sözügedən itki qlobal ÜDM-in 6,4%-dən 9,7%-nə qədər təşkil edir. Hesabatda qeyd edilir ki, 5,8 trln. dollar həcmində itki 3 ay davam edən təcrid ssenarisi halında, 8,8 trln. dollara çatan itkilər isə 6 aylıq təcrid ssenarisi halında baş verə bilər.

AİB-in proqnozuna görə, Asiya-Sakit Okean regionunda 3 aylıq təcrid halında ÜDM istehsalı 6,2% və ya 1,7 trln. dollar, 6 ay davam edən izolyasiya halında isə 9,3% və 2,5 trln. dollar azalacaq.

Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin proqnozuna görə, bu il dünya iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən təxminən 3,2% və ya 8,5 trln. azalacaq. (apa)





Xəbərin oxunma sayı : 547




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap