“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qubadlının düşməni qorxuya salan igid oğulları: Əliyar Əliyevdən Bərxudarovadək... (VİDEO)

Tarix 27.10.20, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


Qubadlı uğrunda gedən döyüşlərdə istər 1992-1993-cü illərdə, istərsə də hazırkı əks-hücum əməliyyətlarında Qubadlıdan olan bir çox mərd, qəhrəman oğullar döyüşüb, canını vətənimizin düşmən tapdağından azad olunması yolunda fəda edib.

ARB TV 1992-ci ildə Qubadlının müdafiəsi və Laçın əməliyyatlarında şəhid olan Milli Qəhrəman Əliyar Əliyev, bir neçə gün əvvəl şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidov və general-mayor Mais Bərxudarovla bağlı süjet hazırlayıb.

Həmin süjeti təqdim edirik:

Milli Qəhrəman, Qubadlının ən cəsur övladlarından biri Əliyar Əliyevin ailə üzvlərinin sevinci ikiqat artıqdır.

Əliyar Əliyevin həyat yoldaşı Pəri Hüseynova bildirir ki, o torpaqların azad edilməsi ilə Milli Qəhrəmanın qəbrinin üstünə tez-tez gedib gələ biləcək: “Ən böyük arzumdur ki, onun qəbri orada qalsın, dağıtmasınlar. Gedib görə bilim”.

Əliyar Əliyev qızı Pərvanə Əliyeva isə qeyd edir ki, ilk işi atasının qəbrini ziyarət etmək olacaq: “Bilmirəm, qəbri qalıb-qalmayıb. Bizim müqəddəs bildiklərimizi onların qoruyub-saxlayacaqlarına inanmıram. Amma ən azından biz onu orada buraxmışıq. Onun kimi generallarımız, hərbçilərimiz var.

Mais Bərxudarov onun yolunu gedir. Allah can sağlığı versin. Bir çıxışında qeyd edib ki, atamın şəhid olduğu “Tikanlı zəmi”yə qələbə bayrağını sancacaq. Biz onu ondan çox gözləyirik”.








Xəbərin oxunma sayı : 421




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap