“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Rafael Cəbrayılov necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR

Tarix 16.01.21, 23:12

Font ölçüsü : - / +
bitmap-img6


Borclu olması səbəbindən deputat mandatını girov qoyub, daha sonra mandatı əlindən alınan Rafael Cəbrayılov nə vətəndaşlara vurduğu maddi zərəri ödəyib, nə də ona qarşı açılan cinayət işində bir irəliləyiş var.
Yenicag.az xəbər verir ki, vətəndaşlara külli miqdarda ziyan vurduğu üçün keçmiş deputat Rafael Cəbrayılovun barəsində 7 aydan çoxdur ki, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.

Maraqlıdır ki, 7 ay ərzində istintaq hərəkətsizlik nümayiş etdirir.

Rafael Cəbrayılov dələduzluq yolu ilə onlarla vətəndaşın bir neçə milyon pulunu yeyib. Şikayətçilər var, mətbuatda da bu barədə saysız-hesabsız məqalələr dərc olunub. Hər şey ortada olsa da, müstəntiqlər hərəkətsiz qalmaqda davam edir. Əldə etdiyimiz məlumata görə, ötən 7 ay müddətində keçmiş deputat bir dəfə də olsun dindirilməyib.

Rafael Cəbrayılov zamanında deputat idi və toxunulmazlığı vardı. Hazırda müstəntiqlər Rafael Cəbrayılova niyə toxuna bilmir, bu, çox maraqlıdır. Keçmiş deputat toxunulmazlığı haradan alır? İstintaqın fəaliyytsizliyi deməyə əsas verir ki, Rafael Cəbrayılov haqqında açılan cinayət işi formal xarakter daşıyır.

İşə baxan müstəntiq Ceyhun Rzayev müxtəlif bəhanələrlə şikayətçiləri yola verməklə məşğuldur. Gah deyir, COVID-19-a yoluxmuşam, gah da məzuniyyətdə olduğunu bildirir. 7 ay ərzində müstəntiq heç bir addım atmayıb. Müstəntiq hətta "işim çoxdur, ona görə bu işin üstünə gələ bilmirəm”, deyir. Maraqlıdır, Azərbaycanda milyonluq işlər bu qədər çoxdur? Şikayətçilər hətta işin Ceyhun Rzayevdən alınıb, başqa bir müstəntiqə verilməsi ilə bağlı ölkə rəhbərliyinə də şikayət ərizəsi ilə müraciət ediblər.

İstintaqın hərəkətsizliyi zərərçəkənlərin əsəblərini tarıma çəkməkdədir. Onlarla vətəndaşa vurulan maddi zərərin ödənilməsi qeyri-müəyyən müddətə qədər uzanır. Mandatını girov qoyub, mandatı əlindən alınan Rafael Cəbrayılov isə heç nə olmamış kimi həyatını yaşayır.










Xəbərin oxunma sayı : 1228




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap