Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Razi Nurullayevin səsləri azalmaq əvəzinə artdı - MSK-nın qərarı nəyi dəyişdi?

Tarix 18.02.20, 19:36

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Seçki Komissiyasının (MSK) 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb. Qurum pozuntular aşkarlanan 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar verib.

Bununla gözlənildiyinin əksinə olaraq lider namizəd Razi Nurullayevin səsləri azalmaq əvəzinə artıb. Belə ki, MSK-nın təqdim etdiyi rəqəmlərdə onunla ikinci yeri tutan namizəd Murad Fərzəliyev arasında cəmi 42 səs fərqi vardı.

Ehtimal edilirdi ki, MSK 79 saylı seçki dairəsində cəmi bir məntəqədə nəticələri ləğv etməklə qalib namizədi dəyişə bilər. Göründüyü kimi, seçki adminstrasiyası 1 yox, 5 məntəqədə nəticələri etibarsız saysa da, Razi Nurullayevin aldığı etibarlı səslərin sayı təxminən 5 dəfə artaraq 202-ə çatıb. Çünki ləğv olunan məntəqələrdə Razi Nurullayevin rəqibləri böyük fərqlə ona qalib gəlmişdilər.

Xatırladaq ki, 79 saylı İmişli seçki dairəsi növbədənkənar parlament seçkilərində ən çox diqqət çəkən dairələrdən biri olub.

Seçki günü keçirilən "Exit-poll" R.Nurullayevin qalib gəldiyini açıqlasa da, az sonra MSK lider namizədin Murad Fərzəliyev olduğunu elan etdi. Fevralın 10-da isə seçki qurumu yenidən bu dairə üzrə nəticələrə "əl gəzdirib" R. Nurullayevi qalib saydı.


AzPolitika.info 



Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap