Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Salyanda kanalizasiya xəttinin çəkilişi yolları keçilməz etdi - VİDEO

Tarix 15.02.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Kanalizasiya xəttinin çəkilməsi üçün qazılmış yol qar yağandan sonra keçilməz vəziyyətə düşüb. Gördüyünüz kadrlar Salyan şəhərinin Mirbağır Ağazadə küçəsindəndir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər iddia edirlər ki, yol kanalizasiya xətlərinin çəkilməsi üçün 2 dəfə qazılıb. Yolun bir hissəsində çirkab sularının yaratdığı gölməçələr, bir hissəsində isə toplanmış palçıq qatı həm sakinlərin, həm də məktəblilərin hərəkətini çətinləşdirir. Sakinlər deyirlər ki, sonuncu qardan sonra vəziyyət daha da pisləşib. Onların dediyinə görə, iki avtomobil yanaşı gəlsə, biri palçığa düşüb batır.

İndi sakinlər xüsusilə şagirdləri məktəbə aparıb-gətirməkdə ciddi çətinliklə üzləşdiklərini bildirirlər:

Sakinlər deyirlər ki, dəfələrlə yolu qazan şirkətə müraciət etsələr də, heç bir faydası olmayıb. Sakinlərin şikayətinə aydınlıq gətirmək üçün sözügedən şirkətə müraciət etdik. Sorğumuza cavab verən Nord vestin nümayəndəsi Elvin İbrahimov bildirdi ki, son günlər havaların yağmurlu keçməsi səbəbindən işlərin yekunlaşması ləngiyir. İşlər tamamlananadan sonra qazılan yolların asfatlanmasına başlanacaq.





Xəbərin oxunma sayı : 2146




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap