![]() |
|
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
![](http://azfakt.com/photos/937755.jpg)
![](http://azfakt.com/photos/337136.jpg)
![](http://azfakt.com/photos/89944e2f-41e7-40cb-9d82-f3a1a10cb5c2.jpg)
![](http://azfakt.com/photos/46737.jpg)
![](http://azfakt.com/photos/309725.jpg)
![](http://azfakt.com/photos/054111.jpg)
Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir
Tarix 29.06.24, 21:14 |
|
![bitmap-img6](http://azfakt.com/photos/2c973a9c1e2cb8a27a992168a41ccacc.jpg)
Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir. Ekspertlərin fikrincə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bununla bağlı yeni elektron portal hazırlanır. Portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.
Hesablamalara əsasən, hazırda sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və Bakıətrafı ərazilərdə yerləşir. Bu tikililərin sayının təqribən 450-500 min arasında olduğu bildirilir. Vətəndaşların belə tikililərə çıxarış ala bilməməsinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərdir. Xüsusilə fərdi yaşayış evləri çox zaman kənd təsərrüfatı, sənaye əhəmiyyətli, habelə müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələrində, mühafizə zolaqlarında, aktiv vulkanik ərazilərdə yerləşir. Maraqlıdır, görəsən, “əmlak amnistiyası”na düşməyən tikililərin taleyi hansı formada həll ediləcək? Bu tikililərin sayı nə qədərdir? Ümumiyyətlə, amnistiya daşınmaz əmlak bazarına necə təsir göstərəcək?
![](https://kaspi.az/storage/posts/large/tWvZ0rUbdPrhiaiLhxIi4GqZVdjdvqCJqDj4aNDN.jpg)
Vətəndaşlar narazı qalmayacaqlar
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, təxminən 30 minə yaxın tikilinin “əmlak amnistiyası”nda yer almayacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu cür evlərə çıxarışların verilməsi mümkünsüzdür: "Ümumiyyətlə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər. Amma qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil. Çünki mövcud qanunvericilikdə açıq şəkildə qeyd olunub ki, magistral xətlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi yerlər, eləcə də aktiv mədən və vulkanik ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Düşünürəm ki, proqram icra olunarkən həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi aktual olacaq. Lakin bu o demək deyil ki, hökumət dərhal 30 minə yaxın ailəni bir gecədə çölə tökəcək”.
![](https://kaspi.az/storage/posts/large/ZbVMSx0ZNvmce5GAesNCZfSKF7dJ5XfEOqPuvupl.jpg)
Ekspert deyib ki, ölkə rəhbərliyi bu istiqamətdə qərarlar qəbul edərkən sosialyönümlü hökumət platformasının yaradılmasını əsas götürür. Burada da əsas məsələlərdən biri vətəndaş məmnunluğudur: “Bu mənada düşünmürəm ki, Azərbaycan hökuməti təxminən bir milyon evi sənədləşdirərkən 3-5 faizlik kütləni nəzərə almasın. Çox güman ki, bu məsələ ya vətəndaşa kompensasiya ödənilməsi, ya da başqa ərazilərə köçürülməsi yolu ilə öz həllini tapacaq”.
Bələdiyyələrə torpaq sahələrinin xəritəsi verilməyib
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, uzun illər tikinti sahəsində mövcud olan pərakəndəlik qanunsuz tikililər problemini daha da dərinləşdirib. Onun sözlərinə görə, zamanında bu sahə ilə bağlı bir çox qurum sərəncam vermək hüququna malik idi: “Məsələn, 2000-ci ildən bələdiyyələrə torpaq satmaq hüququ verilmişdi. Həmin dövrdən başlayaraq 2007-ci ilə qədər bələdiyyələr vətəndaşlara torpaq satırdı. Amma bələdiyyələrə satmaq üçün torpaq sahələri ayrılsa da, onların xəritəsi verilməmişdi. Bu torpaqlar hansısa bir dövlət təşkilatının və ya qurumun balansında idi. Əslində bələdiyyələr həmin torpaqları satarkən kadastr planı, yerləşdiyi koordinatları göstərməli idilər. Bu koordinatları isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmin etməli idi. Zamanında proses düzgün aparılsaydı, sənədsiz tikililər problemi bu qədər dərinləşməzdi".
Ekspert vurğulayıb ki, vaxtilə müxtəlif qurumların sərəncamları əsasında vətəndaşlara ayrılan torpaq sahələri artıq böyük yaşayış massivlərinə çevrilib. Amma bəzi qurumlar qadağan olunmuş ərazilərdə də torpaq satışları həyata keçiriblər: “Təbii ki, amnistiya nəzərdə tutulsa belə, həmin əmlaklara çıxarış verilməyəcək”.
![](https://kaspi.az/storage/posts/large/jaRLrWx6ltMvbY1xhozwZ0ORehB1Q0ERfMFSlPRI.jpg)
Bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq
E.Fərzəliyevin fikrincə, “əmlak amnistiyası” daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq: “Məlumdur ki, Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə əmlakların satış qiymətlərində ciddi artımlar var. Fərdi həyət evlərinin qiyməti bina evləri ilə müqayisədə daha ucuzdur. Ancaq indi vəziyyət əvvəlki kimi deyil. Əvvəllər bazarda nağd alıcıların sayı kifayət qədər idi. İndi isə vətəndaşların çoxu, xüsusilə gənc ailələr kreditlə mənzil almağa üstünlük verirlər. Statistikaya görə, son illər əmlakların böyük əksəriyyəti, təqribən 60 faizindən yuxarı hissəsi ipoteka və digər kreditli şərtlərlə satılıb. İpoteka və Zəmanət Fondunun ayırdığı kreditlərin təqribən 90 faizindən çoxu bina evlərinə şamil olunub, 5-7 faizi isə həyət evlərini əhatə edib. Daşınmaz əmlakın kreditlə satıla bilməsi üçün onun mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənədi olmalıdır. Bələdiyyə torpaqları üzərində tikilmiş evlərin böyük əksəriyyətinin çıxarışı olmadığından vətəndaşların daha ucuz qiymətə geniş yaşayış sahələrini kredit vasitəsilə əldə etmək imkanını məhdudlaşdırır. Məsələn, hazırda Bakı şəhərinin istənilən metro stansiyasına yaxın yeni tikili binalarda birotaqlı təmirli mənzillərin qiyməti təxminən 100-160 min manat arasında dəyişir. Köhnə tikili binalarda isə bu qiymət 70-90 min manat arasındadır. Hərçənd ki, 90-100 min manata gözəl şəraitli, 3-4 otaqlı həyət evi almaq olar. Amma vətəndaşlar belə evləri kreditlə ala bilmirlər. Çünki çıxarış yoxdur. Bu baxımdan, əgər sözügedən amnistiya reallaşsa, bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq. Bu da öz növbəsində əmlak bazarında ciddi canlanmaya səbəb olacaq”. (“Kaspi” qəzeti)
Xəbərin oxunma sayı : 673
Sosial
Xəbərlər
-
Respublika Pediatriya Mərkəzində nə baş verir? - İki aydır işçilərinə maaş vermir...
-
Taksi sürücüləri ilə bağlı daha bir QƏRAR
-
Məktəblərdə noyabrda 1 aylıq tətil olacaq? - AÇIQLAMA
-
İstidə infarkt riskini azaltmağın yolu - HƏKİM MƏSLƏHƏTİ
-
Azərbaycanda 19 yaşlı gənc magistr oldu - FOTO
-
Zelenskinin danışıqlar üçün atəşkəs ideyasına şübhələri var - Orban
-
Vaşinqton ABŞ silahları ilə Krıma zərbələrin endirilməsini məqbul sayır - Pentaqon
-
Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazırdır - Ərdoğan
-
AVRO-2024: Türkiyə millisi 1/4 finalda
-
“Bir müğənni muğamı bilmirsə...“ - Tənqid etdi
-
Ondan çox ukraynalı F-16-nı idarə etmək üçün təlimlər keçir - Pentaqon
-
Xəzər dənizində suyun səviyyəsi 1 metrdən çox artıb - VİDEO
-
Daha bir partiya seçki qərarını açıqladı - 5 namizədlə gedir...
-
Mənzil bazarında kəskin bahalaşma - VİDEO
-
AVRO-2024:Niderland Rumıniyanı məğlub etdi
-
İmişlidə işıqlar hər gün eyni saatda niyə sönür? - Şikayət
-
Bakıda Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib
-
“Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadır“ - Lukaşenko
-
Nazirlik Elvira Rafiqqızına cərimə yazdı - Hansı qaydanı pozub?
-
Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO
-
Füzulidə 1 şəhər, 10 kənd bərpa olunacaq - Tarix açıqlandı
-
Magistraturaya qəbulun nəticələri AÇIQLANDI
-
Daha 115 dərman vasitəsi - Ucuz satmaq olar, baha isə yox!
-
“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev
-
Əvəz Temirxan seçkiyə qatılır - Hansı dairədən namizəd olacaq?
-
Daşkəsən ərazisindən axan çaydan sel keçir - VİDEO
-
Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq - Astanada
-
“Nasosnu” üçün 237 min manatlıq güllər alınacaq – Siyahı
-
Bu prospektdə təmir aparılır - VİDEO
-
Səbail İH-də şöbə müdiri sahibkarı aldadıb – Külli miqdarda borc işi…
-
Müsavat seçkiyə gedir, getmir? – İsa Qəmbərdən açıqlama
-
“Yeni sədrlərə nəzarət etmək lazımdır“ - Məzahir Pənahov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Məcnun Məmmədov fermerlərlə görüşdü - Xaçmazda (Fotolar)
-
Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? – DOSYE
-
“Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir“ - Nebenzya
-
“Moon Kids“ Uşaq Bağçasının direktoru dələduzluğa görə saxlanılıb - “İlin iş xanımı“ seçilmişdi
-
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
-
Bağ evlərinin kirayə qiyməti bahalaşdı - Təlabat hansı ərazilərədir?
-
Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - FOTOLAR
-
Avtomobil bazarında ucuzlaşma olacaq - VİDEO
-
Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib? - Keçmiş bankir məhkəməyə üz tutdu
-
Prezident səfiri və baş konsulu geri çağırdı - Yeni təyinat
-
İcraçı direktor istefa verdi - Yeni vəzifəyə təyinat alıb
-
Bu il işğaldan azad olunan rayonlarda nə qədər taxıl əkilib? - SİYAHI
-
Yağış, şimşək, külək - Sabahın havası
-
Cəlilabadlılar Malik Həsənovu axtarır – SƏBƏB?
-
Bakıda 24 təhsil müəssisəsində tibb xidməti yoxdur - RƏSMİ
-
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - FOTO/VİDEO
-
Şafiq Heydərovla bağlı Zaur Mikayılova şikayət - İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb
-
Bakıda sələmçi qadının qəribə şantajı - Fotolarını Qabilə göndərdi
-
Türkiyənin yeni nazirləri kimlərdir? - DOSYELƏR
-
Prezident “Zəngilan“ tankerinin istismara verilməsi mərasimində iştirak etdi - FOTOLAR
-
Hazırda Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik yoxdur - RƏSMİ
-
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?
-
Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib - VİDEO
-
Hansı bitərəf deputatlar yenidən seçilmək istəyir? - SORĞU
-
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
-
Dünyada tüğyan edən meymunçiçəyinə Azərbaycanda yoluxan varmı? - RƏSMİ
-
Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? - ARAŞDIRMA
-
Azərbaycanda qız övladı olacaq deyə ana körpəsi ilə çölə atılıb - VİDEO
-
Sənədsiz əmlakı olanlara vacib xəbər… - VİDEO
-
Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
-
Ronaldo penaltini vura bilmədi, ağladı – Oyunun icmalı
-
Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar - VİDEO
-
Azərbaycan Polisi 106 yaşında - VİDEO
-
Damla İran üçün açıq-saçıq geyimdə konsert verdi - VİDEO
-
Kosmetika məhsullarındakı təhlükə – Xərçəngə səbəb olur
-
Azərbaycanda bu kənd palçıq altında qaldı - Sakinlər köçürülür (VİDEO)
-
“Baydenin əvəzlənməsi xaosa səbəb olacaq” – Baydenin seçki qərargahı
-
Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
-
Seçkilərin taleyini müəyyən edəcək iki AMİL: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir
-
AVRO-2024: Fransa növbəti 1/4 finalçı oldu
-
Bakıda ad günündən sonra dəhşətli qətl: Anasını söydüyü üçün ögey atasını...
-
Sabah Bakının 4 rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
“Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var“ - Blinken
-
UEFA Bellinqem barədə araşdırma başlatdı - VİDEO
-
Nohur gölündə suyun səviyyəsi artdı: Təhlükəli vəziyyət yarandı (VİDEO)
-
“Avita Clinic“ hansı qaydanı pozub? - Cərimə oluna bilər
-
Niyam Salami “Star Dostluq”dakı konsert vədinə niyə əməl etmədi? - Restoran isə özünü haqlı sayır…
-
Sahibkarlıq subyektlərinin əksəriyyəti Bakıda fəaliyyət göstərir – SİYAHI
-
“Bu emosiyalar kənara qoyulmalıdır” - Prezident
-
Səyahət sığortası neçəyə başa gəlir? - Rəsmi açıqlama
-
DİN Şuşa “ASAN Xidmət”də vakansiya ELAN ETDİ
-
AZAL Füzuliyə təyyarə biletlərinin satışına BAŞLADI
-
“Nar“ şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
-
“Sülh müqaviləsinin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra bilərik“ - İlham Əliyev
-
“Azəriqaz“da yeni təyinat - Baş direktora yeni müavin göndərildi
-
Zakir Sultanov azadlığa buraxıldı - VİDEO
-
ETSN və BŞİH arasında “yaşıl savaş“ - Təkcə bir müəssisədən hər il 1 milyon oğurlanır
-
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası: komisiyya üzvləri görüşüblər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident 2024-cü ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib
-
Sabunçuda maklerlə dələduz vətəndaşı aldadıb - Saxta sənədlərlə ev satıblar
-
Kəlbəcər rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edildi - DOSYE
-
Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir - KİV
-
Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu - FOTO
-
198 ağac kəsildi, təbiətə 413 min ziyan vuruldu - Cinayət işi başlandı
-
Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - FOTO/VİDEO
-
Bakıda rəhbər işçilərin orta aylıq əmək haqqı 4 673 manat olub – Rəsmi
-
“Növbəti tədris ilindən ibtidai sinf müəllimləri 20 faiz yenilənəcək“ - Emin Əmrullayev
-
Xaçmaz meşələrində ekoloji terror, 100-ə yaxın ağac kəsildi - VİDEO
-
Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük “əmlak amnistiyası“ gözlənilir
-
Dövlət qurumu məktəb direktorunu cərimələdi - Maliyyə nöqsanlarına yol verib?
-
Trampın “qisas planı” – seçilsə, bəziləri gününü görəcək
-
“İstanbul Meyhane Bilgəh”dən narazılıq - Əlavə pullar alınır (FOTO)
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“Çin NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyur“ - Stoltenberq
-
“Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məqsədəuyğun deyil“ - Paşinyan
-
Hakim partiyadan namizədlərlə bağlı açıqlama – “Bəzi seçki dairələrində...”
-
Çingiz Mehdiyevlə həyat yoldaşı üz-üzə gəldi - "Qızımı əlimdən aldı"
-
“Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 6,5%-dək endirəcək“ - Proqnoz
-
Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR
-
Şirvan şəhərində 13 hektar ərazini başçının müavini Orxan İbrahimov ələ keçirib? - İDDİA
-
Ukraynada dövlət çevrilişi hazırlayan mütəşəkkil dəstə ifşa edilib - FOTOLAR
-
Hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi: Yeni qayda
-
Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi
-
“AccessBank” kapitalını kəskin – AZALDIR
-
Deputat Bəhruz Məhərrəmov yola salınır? - İDDİA
TOP 10
ARXİV